Ərdoğan hakimiyyətdə qalsa, Türkiyədə çevriliş olacaqmı?

Ərdoğan hakimiyyətdə qalsa, Türkiyədə çevriliş olacaqmı?İyunun 24-də Türkiyədə keçiriləcək növbədənkəar seçkilərdən sonra uduzan tərəflərdən hansısa birinin çevriliş etmək ehtimalı yoxdur.

Bunu Sonxeber.az-a politoloq, beynəlxalq münasibətlər üzrə mütəxəssis Nəzakət Məmmədova sabah Türkiyədə keçiriləcək erkən seçkilərdən sonra ölkədə iğtişaşların baş vermə ehtimalını şərh edərkən deyib.


Ordu kimin tərəfini tutacaq?

O, fikrini onunla əsaslandırıb ki, seçkilərdə iştirak edənlər siyasi partiyalardır və onların da heç birinin sərəncamında silahlı qüvvələr, silahlı birləşmələr və ordu yoxdur: "Yəni müxalif partiyalarının belə bir imkanı yoxdur. Hazırda iqtidarda olan Ədalət və İnkişaf Partiyası (AKP) seçkilərdə uduzsa, müxalifətə keçəcək və ordu tabeçiliyindən çıxacaq. Nə iqtidarın, nə də müxalifət partiyalarının çevriliş etmək ehtimalı və imkanı yoxdur və bu, məntiqli olmazdı".

Çevriliş ehtimalı

Türkiyə tarixində bir sıra hərbi çevriliş olduğunu xatırladan politoloq qeyd edib ki, ölkədə hərbi çevrilişə sonuncu cəhd 2016-cı il iyulun 15-nə təsadüf edib: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə deyib ki, ölkədə hərbi çevrilişə cəhd ehtımalı var. Lakin bunun seçkilər dövründə və ya ondan sonra baş vermə ehtimalı inandırıcı deyil, çətindir. Məhz prezident seçkiləri dövründə uduzan qüvvələrin çevriliş edəcəyi inandırıcı deyil".

Ərdoğan hakimiyyətdə qalsa, Türkiyədə çevriliş olacaqmı?İğtişaş törədənlər həbs olunacaqlar

R.T. Ərdoğanın hakimiyyətdə qalması halında Türkiyədə "türk baharı"nın olma ehtimalına toxunan N. Məmmədova istisna etməyib ki, seçkilərdə müxalifətin uduzacağı təqdirdə, tərəfdarlarını küçələrə çıxarmağa səsləyə bilər: "Lakin nəzərə almaq lazımdır ki, erkən seçkilər ölkədə tətbiq olunmuş fövqəladə vəziyyət rejimində keçirilir. Məhz AKP müxalifətin seçkilərdən sonra qarşıdurma yarada biləcəyini nəzərə alaraq fövqəladə vəziyyət rejimini uzadıb. Buna görə də seçkilərdən sonra iğtişaş, qarşıdurma törətmək istəyən qüvvələrin qarşısını təhlükəsizlik qüvvələri alacaq. Mümkün qarşıdurmalarda saxlanılanlar, həbs olunanlar olsa, bu, dövlətin təzyiqi kimi deyil, qanunu pozanların cəzalandırılması kimi qiymətləndiriləcək. Hesab etmirəm ki, "türk baharı" olacaq. Vəziyyət AKP-nin nəzarətindədir. AKP seçkilərə getməzdən qabaq bütün bu ehtimalları nəzərə alıb".

Ərdoğanın uduzması Türkiyənin imperializm iddialarına son qoyacaq

Onun sözlərinə görə, R. T. Ərdoğanın prezident seçkilərində uduzması Türkiyəni hazırki xarici siyasətindən, strategiyasından, böyük dövlət, imperiya keçmişini bərpa edərək Yaxın və Orta Şərqdə, eləcə də dünya siyasətində önəmli yer tutmağa çalışmaq yolundan dönməsi anlamına gələcək: "Türkiyə 70 ildir, 1923-cü ildə imzalanmış Lozanna sazişindən bəri dünyəvilik yolunu seçib. Amma R.T. Ərdoğan isə demokratiya dəyərlərini saxlamaqla dünyəviliklə yanaşı dini dəyərlərə üstünlük verərərək Türkiyəni təkcə Yaxın Şərq çərçivəsində bir dövlət kimi deyil, eyni zamanda müsəlman və türk dünyasını birləşdirərək onların lider dövlətinə çevirmək strategiyasını ortaya qoyub və bütün fəaliyyətini bu istiqamətdə aparır. Türkiyə Yaxın Şərq, Qafqaz, Mərkəzi Asiya, Şimali Afrika, Cənub-Şərqi Asiya, Balkan yarımadası regionlarını əhatə edən coğrafiyada liderliyini bərpa etmək niyyətindədir. R.T. Ərdoğanın seçkilərdə uduzması Türkiyənin hazırki həyata keçirməyə çalışdığı Osmanlı ənənələri və imperiya iddialarından vaz keçməsinə, ölkənin yenidən öz sərhədləri çərçivəsinə çəkilməsinə, Atatürkün qoyduğu prinsiplər əsasında yaşamasına gətirib çıxaracaq. Türkiyə dünyəvi və türkçülük siyasətilə özünün indiki sərhədlərindən kənara yayıla bilməz. Türkiyəyə I Dünya müharibəsindən və Osmanlının çöküşündən sonra bu yol cizilmişdi. Lakin Ərdoğan bunlardan imtina edərək imperializm, neoosmanizm iddialarını otaya qoydu. Onun uduzması bu ambisiaların üstündən xətt çəkəcək, Türkiyə yenə də böyük dövlətlərini istədiyi və nəzərdə tutduğu siyasəti yeridəcək. Bu da Qərblə, ABŞ-la ittifaq, NATO-nun tərkibində qalma, Rusiya və İrandan uzaqlaşma deməkdir".


AKP buna getdisə, deməli bildiyi bir şeylər var

Politoloqun fikrincə, AKP məğlub olacağını bilsəydi, növbədənkənar seçkilərə getməzdi: "Partiya bütün hesabları aparıb. Əgər AKP buna getdisə, deməli bildiyi bir şeylər var. Seçkilərin keçirilmə istəyi planlı şəkildə oldu. "Halkbank"da əməliyyatlar keçirildi, Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsinə girdi, "Doğan" mediasının alındı, fövqəladə vəziyyət rejimi uzadıldı. Bunlar göstərir ki, AKP seçkilərə planlaşdırılmış şəkildə getdi. Yəni Ərdoğan uduzacağı seçkiyə getməzdi. Seçkilərdə AKP və Ərdoğanın qalib gəlməsi qaçılmazdır. Lakin Ərdoğanın prezident seçkilərində birinci və ya ikinci turda qalib gəlməsi məsələsi açıq qalır. AKP-MHP ittifaqı səslərin 51 faizini , CHP, "İYİ Parti", "Səadət" partiyasının isə 49 faizini toplayacağı ehtimal olunur. Ərdoğanın Türkiyə Prezidenti seçilməsini ən doğru addım hesab edirəm. Çünki o, Türkiyəni böyük dövlətə çevirmək və ona layiq yeri tutmasını istəyir. Tarixən hökmranlıq etdiyi, sıx mədəni, iqtisadi əlaqələri olduğu coğrafiyada liderliyini qaytarmaq planını həyata keçirir. Ərdoğanın hakimiyyətdə qalması türk və müsəlman dünyasına birlik və inkişaf vəd edir".

Müxalifətin vədləri

N. Məmmədova müxalifətin seçkiqabağı vədlərini inandırıcı hesab etmir: "Müxalifət bu vədləri hakimiyyətə gəlsə, çətin ki, qısa müddətə icra edə bilsin. Türkiyənin üzləşdiyi problemlər AKP-nin uğursuz siyasət aparmasından qaynaqlanmır, müstəqil siyasət yürütməsinin nəticəsidir. Əgər müxalifət vədlərini yerinə yetirəcəksə, bu, müstəqil siyasətdən uzaqlaşması hesabına başa gələ bilər".

Məftun Salmanov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4644   Tarix: 23 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb - FOTO

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Xankəndidə erməni əsilli sakinlərlə görüşüb, həssas əhali qrupları üçün yaradılmış sığınacağa baş çəkib. Bu barədə -a Ombudsman Aparatından məlumat verilib. Qeyd edilib ki, Ombudsman Səbinə Əliyeva Xankəndi şəhərində erməni əsilli sakinlərlə görüşüb

28 mart
.

Azərbaycanın təklifi ilə Avronest PA-da "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi məruzədən çıxarılıb

Avronest Parlament Assambleyasının (PA) Siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin hazırladığı məruzədə "dondurulmuş Dağlıq Qarabağ münaqişəsi" ifadəsi çıxarılıb. "Report"un xəbərinə görə, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasını

20 mart
.

Prezident: "Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram"

"Dördüncü dəfədir ki, mən bayram tonqalını azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Novruz bayramı münasibətil

18 mart
.

Azərbaycan XİN Rusiyadakı silahlı hücumu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib. "Report" xəbər verir ki, bu barədə XİN sosial şəbəkədə paylaşım edib. "Moskvada "Krokus siti holl" konsert kompleksinə edilmiş dəhşətli hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, eləcə də Rusiy

22 mart
.

Bayden Prezident İlham Əliyevi təbrik edib

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Prezident. Amerika Birləşmiş Ştatlarının xalqı adından Sizə və Azərbaycan xalqına xoş arzularımı yetirir və Novruz bayramınızın dinc

16 mart
.

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC xəbər verir

16 mart
.

Aqil Qurbanova daha bir vəzifə verildi - FOTO

Müdafiə nazirinin müavini - baş direktor Aqil Qurbanova daha bir vəzifə verilib. O, "Azərsilah"ın Müşahidə Şurasının sədri təyin edilib. Müdafiə Sənayesi Nazirliyindən -a verilən xəbərə görə, martın 18-də "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyətinin Müşahid

19 mart
.

"Hesabatına ödənişi əlavə etməyi unudub" - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenlə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, Hacıyev bu barədə "X"də qeyd edib:. "NATO-nun keçmi

27 mart
.

Mehriban Əliyeva Saida Mirziyoyeva ilə sərgi açılışında - Fotolar

Martın 17-də Heydər Əliyev Mərkəzində "İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət" adlı sərgi açılıb. Axşam.az xəbər verir ki, sərginin açılışında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva iştirak ediblər. Azərbayca

18 mart