"Ərə getdiyim kişi nəslimi də saxlamalıdır, məcburdur"

"Ərə getdiyim kişi nəslimi də saxlamalıdır, məcburdur"Aparıcı Xoşqədəm Hidayətqızı ilə şairə Nazilə Səfərli arasındakı qalmaqal məhkəməlik olub.

N.Səfərli aparıcı haqda "Ərim keçmişdə Xoşqədəmi yox, məni aldığını indi məndən qisas alır" sözlərini deyib. X.Hidayətqızı qarşı tərəfə "Səni axtarıram" verilişində cavab verib:

"Nazilə Səfərli, səni məhkəməyə verdim. Şər və böhtan atdın, dünəndən işlər başlayıb. Bunu mənə sübut edəcəksən. Ailəmə dil uzatmısan. Həyat yoldaşım idmanla məşğul olan, sözünü deyən biridir. Amma mən məhkəməni seçdim. Mənim həyat yoldaşımın harada yaşamasının nə fərqi var? Biz ailə quranda hər ikimiz öhdəliyimizi bildirdik. Nə mən, nə də yoldaşım pul üçün ailə qurmadıq. Hamı gözləyirdi ki, bu gün evləndi, sabah ayrılacaqlar.

Nazilənin ərinin necə adam, kişi olduğunu bilmirəm. Naziləyə sual verirlər ki, ailədə son qərarı kim verir? Cavab verir: "Pulu kim çox qazanırsa, o da son qərarı verir. Yoldaşım metropolitendə işləyir, ayda 400 manat maaş alır. Mənim təkcə aylıq benzinimin pulu 400 manatdı".

Mən Xoşqədəm Hidayətqızı ailəni saxlayan, benzin pulumu verən kişiyə ərə gedirəm. Mənim saxlayacağım kişiyə ərə getmərəm, ailəm belə qoymaz bunu. Atam işləməyən, əlində sənəti olmayan kişiyə qız verməzdi. İlk həyat yoldaşım da, indiki də qazanıb.

Heç vaxt mən evə pul aparmamışam. Bəli, mən indi qazanıram, amma Doğuş bəyin bir konsertdə qazandığını mən 1 il boyunca qazana bilmirəm. Bir də mən həyatı boyu ailəsini saxlaya bilməyən evinə, uşağına baxa bilməyən kişiyə ərə gedib evimə gətirmərəm. Nə də yanımda saxlamaram. Çünki mən qadınam, o kişini əzmərəm. Niyə o kişini əzirəm ki?

Məni saxlayan, uşaqlarını, evini saxlayan, hələ mənim ailəmə də kömək edən kişiyə ərə gedərəm. Ailəmə də kömək etməlidir. Mənim atam, anam, bacım, nəslimdən birinin ehtiyacı varsa, onlara da kömək etməyə məcburdur. Çünki mənim yaxınlarımdır".

Qeyd edək ki, Nazilə Səfərlinin qardaşı arvadı Pərvanə Xoşqədəm Hidayətqızının verilişində şairənin ailəsi haqda qalmaqallı açıqlamalar verib. O, 3 illik həyat yoldaşından boşanmasında baldızlarının və qayınanasının əli olduğunu söyləyib. Pərvanə Nazilə Səfərlidən kömək istədiyini, ama heç bir yardım görmədiyini bildirib. Aparıcı ilə şairə arasında qalmaqal bundan sonra başlayıb./axsam.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2906   Tarix: 24 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021