Daxili Qoşunların Ali Hərbi Məktəbinin ilk buraxılışına Ramil Usubov da gəldi - FOTO

Daxili Qoşunların Ali Hərbi Məktəbinin ilk buraxılışına Ramil Usubov da gəldi - FOTODaxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin ilk buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.

DİN-dən Sonxeber.az-a verilən məlumata görə, tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Əvvəlcə Ali Hərbi Məktəbin döyüş bayrağı sıra meydanına gətirilib. Sonra ümummilli lider Heydər Əliyevin və vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş, xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı canlarından keçmiş hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.

Nazir müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov təntənəli mərasimdə çıxış edərək Ali Hərbi Məktəbin ilk buraxılışının Qоşunlаrın həyatında ən əlamətdar günlərdən biri olduğunu bildirib.

Qeyd olunub ki, ölkəmizdə aparılan hərbi quruculuq işləri Daxili Qoşunlardan və onun Ali Hərbi Məktəbindən də yan keçməyib. Bu ali təhsil ocağı qısа müddət ərzində bütün zəruri maddi-texniki və tədris bazası ilə təmin edilib, xidmətin müasir standartlara uyğun təşkili məqsədilə tam kompyuterləşdirilmiş auditoriyalar, təlim şəhərcikləri yaradılıb, kursantların intellektual səviyyəsinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb edən xüsusi fənn kabinələri və xarici dil mərkəzi təşkil olunub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbrik və xoş arzularını mərasim iştirakçılarına çatdırıb. Bildirilib ki, Daxili İşlər Nazirliyinin əsas struktur qurumlarından olan Daxili Qoşunlar yarandığı gündən şərəfli xidmət yolu keçib, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə fədakarlıqlar göstərib, ölkədə sabitliyin, ictimai təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayıb. Ulu öndər Heydər Əliyevin vaxtilə dediyi "Dövlət quruculuğu prosesində Daxili Qoşunların düzgün istiqamətdə təşkil olunması çox əhəmiyyətli məsələdir" fikrini xatırladan nazir möhtərəm ölkə başçımızın ali diqqət və qayğısının nəticəsi olaraq hazırda Qoşunların peşəkar hərbi quruma çevrildiyini nəzərə çatdırıb.

Daxili Qoşunlar üçün yüksək ixtisaslı kadrların hazırlanmasında danılmaz roluna, təmənnasız yardımlarına görə qardaş Türkiyə Respublikasının Jandarma Qüvvələri Baş Komandanlığına, hərbi mütəxəssislərinə təşəkkürünü bildirən R.Usubov bu işdə digər ölkələrin də anoloji təhsil müəssisələri ilə işgüzar əlaqələrin əhəmiyyətini qeyd edib.

Nazir Ramil Usubov hər zaman Daxili Qoşunların inkişafına qayğı göstərən Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə peşəkar zabit kadrların hazırlanması məqsədilə 2014-cü ildə Ali Hərbi Məktəbin yaradıldığını, məhz Ali Baş Komandanın xüsusi diqqəti sayəsində onun maddi-texniki bazasının ilbəil gücləndiyini, bütün infrastruktur obyektlərinin tikildiyini vurğulayıb. O, bu gün Ali Hərbi Məktəbin öz təyinatına uyğun olaraq, Qoşunlar üçün yüksək ixtisaslı, peşəkar zabit heyətinin hazırlanması ilə bağlı çox böyük işlər gördüyünü, bu mühüm vəzifənin gələcəkdə də layiqincə yerinə yetiriləcəyinə əminliyini bildirib.

Məzunların həyatında yeni bir dövrün başlandığını nəzərə çatdıran daxili işlər naziri gənc zabitləri, onların valideynlərini və yaxınlarını Ali Hərbi Məktəbi müvəffəqiyyətlə bitirmələri münasibətilə bir daha təbrik edib, Daxili Qoşunlar üçün peşəkar kadrlar hazırlayan bu ali təhsil müəssisəsinin rəhbərliyinə və zabit-müəllim heyətinə təşəkkürünü bildirib, olduqca vacib fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Nazir Ali Hərbi Məktəbi əla qiymətlərlə bitirmiş dörd məzuna - Emil Abdullayev, İlkin Allahverdiyev, Xəyal Cəbrayılov və Cavid Məhərrəmzadəyə fərqlənmə diplomlarını və "leytenant" hərbi rütbələrinin paqonlarını təqdim edib.

Gənc zabit Emil Abdullayev "Yaş kötüyü"nə rəmzi xatirə lövhəsini vurub.

Daha sonra döyüş bayrağı üçüncü kursun kursantlarına təhvil verilib və onlar Məktəbin marşını ifa ediblər.

Sonda şəxsi heyət tənətənəli marşla tribunanın qarşısından keçib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1893   Tarix: 23 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır. xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyini

28 mart
.

Bu ölkədə uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək

Cənubi Koreyalı bir şirkət, ölkədə kəskin azalan doğum nisbətini düzəltmək üçün milyonlarla dollar ödəyəcək. xarici mənbəyə istinadən xəbər verir ki, Seulda yerləşən tikinti şirkəti "Booyoung Group" işçilərinə hər dəfə uşaq dünyaya gələndə 100 milyon Koreya vonu (75 min dollar) ödəməyi planlaşdırır

28 mart
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28 mart
.

İcra başçısının qardaşının qətlinə görə tutulan oğula hökm oxundu

Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətli ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilə

28 mart
.

Təlabat artıb, Azərbaycanda dollar BAHALAŞIR? -AÇIQLAMA

Son zamanlar ölkə ərazisində dollara tələbatın yüksək olması müşahidə olunur. Ölkə ərazisində dollara olan təlabatın bu dərəcədə artması nə ilə bağlıdır? Tələb bu qədər çox olarsa,dollar bahalaşa bilər?. Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. O bildirib ki, hazırda ölkədə dolları

28 mart
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

28 mart
.

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - Video

Boşanma zamanı ər-arvadın əmlakının bölünməsi ilə bağlı yeni qərar qəbul edilib. "Qafqazinfo"nun məlumatına görə, Xəzər TV-də yayımlanan süjetdə bildirilib ki, boşanma zamanı tərəflər arasında sənədsiz evlərin də bölgüsü aparılacaq. Belə ki, əgər tərəflər nikah dövründə özbaşına tikili inş

28 mart
.

Suraxanıda 36 yaşlı qadını avtomobil vurub

Bakının Suraxanı rayonunda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. "Report" xəbər verir ki, 1988-ci il təvəllüdlü Xatirə Əyyub qızı Yusifova yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır

28 mart
.

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Günəş enerjisi istehlakındakı kəskin artım elektrik enerjisinin qiymətlərinə təsir edə bilər. Bu ilin ilk iki ayında ölkədə günəş enerjisinin istehsalı 6 dəfə artıb. Azərbaycanın bərpaolunan enerji mənbələri üzrə potensialı 27 00 meqavat dəyərləndirilir. Mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramo

28 mart