Cahangir Əsgərovun federasiyasında növbəti dopinq qalmaqalı - FOTO

Cahangir Əsgərovun federasiyasında növbəti dopinq qalmaqalı - FOTOAğır Atletika Federasiyası növbəti dəfə doppinqə görə cəzalanıb. Azərbaycan ağırlıqqaldıranı Hüseyn İsmayılovun qanında qadağan olunmuş preparat aşkarlanıb.

Bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəsmi saytında məlumat verilib.

Dopinq-testi müsbət nəticə verən, orqanizmindən istifadəsi qadağan olunmuş testosteron izləri aşkarlanan İsmayılov bütün yarışlardan müvəqqəti kənarlaşdırılıb.

İsmayılovun antidopinq qaydalarının pozuntusuna yol verib-vermədiyi sübuta yetirildikdən sonra müvafiq qərar açıqlanacaq.

Qeyd edək ki, Hüseyn İsmayılov (94 kq) 2017-ci ildə Albaniyanın Dürres şəhərində 20 və 23 yaşa qədər gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb.

Xatırladaq ki, bir müddət əvvəl İsa Rüstəmov da dopinqə görə beynəlxalq qurum tərəfindən cəzalandırılıb. O sonuncu Avropa çempionatından sonra dopinqdə ilişib. Gənc atletin qanında dopinq tapılması nədənsə AAAF tərəfindən gizli saxlanılmağa çalışırdı./unikal.org

İdman   Baxılıb: 230   Tarix: 27 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR