Ordumuz işğal edilmiş əraziləri azad etmək üçün HƏRƏKƏTƏ KEÇİR: 20 min əsgər, yüzlərlə texnika...

Ordumuz işğal edilmiş əraziləri azad etmək üçün HƏRƏKƏTƏ KEÇİR: 20 min əsgər, yüzlərlə texnika...Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, iyulun 2-dən 6-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri keçiriləcək.

Müdafiə Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, təlimlərə 20.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.

Təlimlərdə döyüş əməliyyatlarının aparılmasının müasir təcrübəsi nəzərə alınmaqla qoşunlar müxtəlif növ qoşun əməliyyatlarının keçirilməsi, o cümlədən şərti düşmənə yüksək dəqiqlikli silah sistemlərinin etibarlı raket, artilleriya, bomba-hücum, eləcə də aviasiya və pilotsuz uçuş aparatları (PUA) ilə atəş zərbələrinin endirilməsi, həmçinin genişmiqyaslı hücum əməliyyatının keçirilməsi ilə işğal edilmiş ərazilərin azad edilməsi üzrə tapşırıqları yerinə yetirəcək.

Kəskin kəsişən ərazi və mürəkkəb dağlıq relyef, həmçinin radioelektron mübarizə şəraitində keçiriləcək təlimlərdə birləşmə və hərbi hissələrin qarşılıqlı fəaliyyəti, qoşunların və atəş vasitələrinin idarə olunması, eləcə də şərti düşmənin müxtəlif diversiya fəaliyyətlərinə qarşı taktiki epizodlar icra ediləcək.

Təlimlərdə Azərbaycan Ordusunun silahlanmasına yeni qəbul edilmiş ən müasir silah növlərinin və hərbi texnikanın tətbiqi ilə müxtəlif poliqonlarda döyüş atışlarının keçirilməsi nəzərdə tutulub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 2555   Tarix: 28 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Qisas əməliyyatı" nəticəsində öldürülən erməni hərbçilərin sayı ARTDI

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq keçirilən "Qisas əməliyyatı" nəticəsində məhv edilən erməni hərbçilərinin sayı dördə çatıb. Məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Hələlik Ermənistan tərəf

13 fevral
.

Zəngilan istiqamətində təxribat törədənlər Ermənistanın "Yerkrapa" terror təşkilatının üzvləri olublar

Ötən gün Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu istiqamətindəki mövqelərinə qarşı təxribat törədənlər Ermənistanın "Yerkrapa" terror təşkilatının üzvləri olublar. Məlumatı Ermənistan mətbuatı yayıb. Xatırladaq ki, hələ bir müddət əvvəl Azərbaycan-Ermənistan şərti sərhədində Ermənista

13 fevral
.

Ermənilərin döyüş postu darmadağın edilib - RƏSMİ

Ermənilərin dünənki təxribatına cavab olaraq Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi "Qisas əməliyyatı" zamanı Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib. Bununla bağlı DSX məlumat yayıb

13 fevral
.

SEPAH bəyanat yaydı: "Bu, iki generalın öldürülməsinə cavabdır"

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücuma başladığını təsdiqləyən bəyanat yayıb. Bəyanatda bildirilib ki, bu, İsrail ordusunun bu ayın əvvəlində Dəməşqdəki konsulluq binasına endirdiyi zərbəyə, iki general da daxil olmaqla bir neçə SEPAH üzvünün öldürülməsinə cavabdır. SEPAH İsraildək

14 aprel
.

İran İsraili ballistik raketlərlə VURMAĞA BAŞLADI - GƏRGİNLİK PİK HƏDDƏ

İran İsrailə ballistik raketlər atıb. "Report" xəbər verir ki, bu barədə İRNA agentliyi mənbələrə istinadən məlumat yayıb. Onların məlumatına görə, zərbələr üçün hədəflər İsrail ərazisinin dərinliklərində yerləşir. Qeyd edək ki, daha əvvəl İrana məxsus onlarla pilotsuz təyyarənin İraqın cənu

14 aprel
.

İran İsrailə 185 PUA və 36 qanadlı raket atıb: Hücum dəf edilib

İsrailin Dəməşqdəki İran konsulluğunu atəşə tutmasına cavab olaraq İslam Respublikası İsrailə 185 pilotsuz uçuş aparatı və 36 qanadlı raket atıb. Buraxılışların əksəriyyəti İrandan edilib, az sayda PUA İraq və Yəməndən buraxılıb. İran həmçinin 110 yer-yer raketi buraxıb. İranın zərbələri nəticəsind

14 aprel
.

Qarabağdakı antiterror tədbirlərindən yeni görüntülər - VİDEO

Ötən il sentyabrın 19-20-də Qarabağda antiterror tədbirləri ilə bağlı yeni görüntülər üzə çıxıb. Görüntülərdə Azərbaycan hərbçilərinin təkcə cəsarəti və qəhrəmanlığı deyil, həm də peşəkarlıq və koordinasiyasının yüksək səviyyədə olması öz əksini tapıb. Bizim.Media-nın yaydığı görüntüləri təqdim edir

8 fevral
.

İsrail ordusu: İranın buraxdığı PUA-ların heç biri İsrail sərhədlərinə çatmayıb

İsrail Müdafiə Qüvvələri (IDF) yəhudi dövlətinə doğru uçan 300-ə yaxın İran mərmisinin 99%-ni zərərsizləşdirib. "Report"un məlumatına görə, bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqariyə istinadən "The Times of Israel" qəzeti yazıb. Onun sözlərinə görə, İran İsrailə doğru 17

14 aprel
.

İsrail PUA-ların buraxılmasına cavab olaraq Livana zərbələr endirib

İsrail ordusu PUA-ların ölkə ərazisinə buraxılmasına cavab olaraq "Hizbullah"ın Livandakı hədəflərinə zərbələr endirib. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. Məlumata görə, pilotsuz təyyarələr İsrailin şimalındakı Kfar-Blum və Hanita yaşayış məntəqələr

14 aprel