Alimlərdən xərçəngin müalicəsində önəmli ADDIM

Alimlərdən xərçəngin müalicəsində önəmli ADDIMBir qrup danimarkalı alim tarixdə ilk dəfə süni insan yumurtalıq toxumalarını yaratmağa nail olub.

Bununla da doğum qabiliyyətinə təsir edə biləcək xəstəliklərdən sonra da qadınların nəsilartırma problemləri aradan qalxacaq.

"Rigshospitalet" Danimarka Milli Hospitalının ekspertləri transplantasiya üçün süni yumurtalıq yarada biliblər.

Onlar reagentlərin köməyi ilə birləşdirici toxuma çərçivəsini saxlamaqla yumurtalıq toxumalarını xərçəngdən zədələnmiş hüceyrələrdən təmizləyiblər. Daha sonra qadın orqanizmindən əldə edilmiş sağlam follikullar bu çərçivəyə nəql edilib.

Bu üsul onkoloji xəstəliklər riski olmadan təkrar implantasiya imkanı yaradır.

Laboratoriyalarda siçanlar üzərində sınaqdan keçirilmiş bu üsul yaxşı nəticələr verib. Heyvanlara iyirmi insan follikulundan ibarət xüsusi hazırlanmış yumurtalıq toxuması nəql edilib. Onların dörddə biri üç həftədən çox müddət ərzində canlı qalıb və həmin yumurtalıqların ətrafında qan damarları meydana gəlib.

Siçanlar üzərində aparılan sınaqlar uğurlu nəticələr göstərsə də, alimlər insanlar üçün bu texnologiyanın hələ tam hazır olmadığını bildiriblər.

"Bu, bizim yumurtaların canlılığını təmin edə biləcəyimizi göstərən ilk sübutdur. Lakin qadın orqanizmində bunu sınaqdan keçirməyimiz üçün hələ uzun müddət lazımdır" – layihənin ekspertlərindən Syüzan Pors bildirib.

Ekspertin fikrincə, hələ 5-10 il sonra bu üsulu insanlar üzərində tam əminliklə sınaqdan keçirmək mümkün olacaq./modern.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 685   Tarix: 03 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Zəncəfil və sarıkökün bilinməyən zərərləri

Mütəxəssislər xüsusən də qış aylarında mikrob və viruslardan qorunmaq üçün daha çox çay dəmlənmələrində istifadə edilən zəncəfil və xörəklərə xüsusi təam verən sarıkökün zərərlərindən danışıblar. -ın Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, bu haqda ürək-damar cərrahları xəstələrə xəbərdarlıq edib

14 sentyabr 2021
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

17 sentyabr 2021
.

Payız soyuqdəyməsindən bunlarla qorunun

Havaların get-gedə soyumağa başlaması ilə soyuqdəymə, qrip kimi xəstəliklər də çoxalır. İmmunitet getdikcə, düşür. Buna görə də ilk növbədə immuniteti yüksək saxlamaq üçün vasitələrə baş vurmaq lazımdır. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, immuniteti ən çox yüksəldən vasitə otlardan hazırlana

17 sentyabr 2021
.

Son sutkada peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 52 386 vaksin vurulub. Bu barədə -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir. Vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiy

12 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

12 sentyabr 2021
.

Qızdırma yaradan yeni virus aşkarlanıb

Rusiyanın "Vektor" mərkəzinin mütəxəssisləri qızdırma simptomlarına səbəb ola biləcək yeni virus təsbit ediblər. Yeni patogenə Rusiyanın cənubundakı Manıç çayının şərəfinə "manych" adı verilib. Virus Rostov vilayətində tibb müəssisələrindən "Krım-Konqo hemorragik qızdırması"

10 sentyabr 2021
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18 sentyabr 2021
.

Qızdırmanı salmağa tələsməyin!

Qızdırma müxtəlif səbəblərə görə qalxa bilər. -a istinadən bildirir ki, qızdırmanın əsas səbəblərindən biri soyuqdəymə və virus xəstəlikləridir. Belə qızıdırmadan qorxmaq lazım deyil. Əksinə qızdırmanın qalxması orqanizmə xəstəliklə mübarizə etməyə yadım edir, sağalmanı tezləşdirir. Belə ki, qızıdırm

17 sentyabr 2021
.

Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq

COVID-19-u yarım saatdan az müddətdə yüksək dəqiqliklə aşkar edə biləcək cihaz hazırlanıb. İxtiranın müəllifi Rusiya Federal Tibbi və Bioloji Agentliyinin (FTBA) Fiziki və Kimya Tibb İnstitutundan olan rusiyalı mütəxəssislərdir. Bildirilir ki, cihaz virus antigeninin varlığını 27 dəqiqədə aşkarlayır

8 sentyabr 2021