Həkimlərimiz yazır, apteklərdə satılır, amma müalicə etmir- Şok ADLARSİYAHI

Həkimlərimiz yazır, apteklərdə satılır, amma müalicə etmir- Şok ADLARSİYAHIUzun illərdir ki, Avropa, Amerika müalicə protokollarında yer almayan, ordakı həkimlərin tanımadığı dərmanların keçmiş SSRİ, indiki MDB və bir sıra üçüncü dərəcəli ölkələrdə reklamı, satışı və təyini barədə fikir ayrılıqları, mübahisələr davam edir. Çox həkimlər Rusiya bazarlarında aktiv reklam olunan və satılan dərmanları ya bilərəkdən, ya da bilməyərəkdən pasiyentlərinə yazır. Daha çox Sovet dövründə çalışmış həkimlər vərdiş etdiklərindən və müasir preparatlardan xəbərdar olmadıqlarından Ümumdünya Səhiyyə Təşkilatının saytında belə yer almayan dərmanları reseptə yazır. İş ondadır ki, bu dərmanlar apteklərimizdə də var, problemsiz satılır.
ğ
Efektivliyi və müalicəsi elmi araşdırma, elmi jurnallarda kliniki laboratoriya analizləri ilə sübut olunmayan onlarla dərman preparatlarını siz də tanıyın. Onlardan çoxu müasir təbabətdə artıq qadağan olunub. Boş dərmanlara boşuna pul xərcləməyin. Orqanizmə onların bir faydası yoxdur. Qısa müddətli effekt isə plasebodur, yəni öz-özünü inandırmaq.

Sonxeber.az medicina.az-a istinadən həmin dərmanların siyahısını təqdim edir.

- AKTOVEGİN - 2011-ci ildən Kanada, ABŞ, Avropada qadağan olunub. İstehsalçı nə qədər çalışsa da bu dərmanın effektivliyini sübut edə bilmədi. Amma bir yolla Rusiya bazarında qala bildi. Aktovegin damarların açılması, keçiriciliyini artırmaq və qan dövranını yaxşılaşdırmaq üçün təyin olunur. Xüsusən ateroskleroz, işemik insult, hamilə qadınlar və şəkər xəstələrinə yazılır. Effekti yoxdur. Amma bizim çox cərrah və terapevtlərin sevimli dərmanıdır.

- SEREBROLİZİN - elə xəstəxana, reanimasiya yoxdur ki, bu dərmanı təyin etməsin. Beyin insultu, infarkt keçirən xəstələrə birinci təyin edirlər. 2010c-cu ildə bu preparatın təsiri barədə kliniki araşdırmalar sübut etdi ki, o xəstədə yaxşılığa doğru heç bir təsir etmir.

- ARBİDOL , İNQAVİRİN - 1960-cı illərdə SSRİ-də yaradılıb. A - B qrip virusları əleyhinə idi. Lakin böyük kliniki sınaqlar onun effektivliyini sübut etmədi. SSRİ dövründə aparılan bu araşdırmaların nəticələri isə dərc olunmadı. Amerika və Avropa bu preparatı qeydə almaqdan imtina etdi.

- TAMİFLYU, RELENZA - son illərdə yayılmış qrip epidemiyası ilə bağlı yaranmış və reklam olunan dərmanlar heç bir effekt vermir. Tamiflyu böyrəklərə əks təsir edib, qanda şəkəri artırır, həmçinin psixi gərginlik yaratmaq kimi təsiri var.

- AMİKSİN, TİMALİN, VİFERON, ANAFERON, İNQARON, ÇİKLOFERON, ERSEFURİL, İMUNOMAKS, ENQİSTOL, İMUDON - bütün immunomodulyatorlar yalnız Rusiyada satılır, ordan da MDB dövlətlərinə yayılır. 400 adda immunitet üçün dərmanların 90%- effektsizdir. 2010-cu ildə " İnsan və dərman" konqresindeə tibb elmləri namizədi İrina Andreyevna məruzə etdi ki, immunomodulyatorların effektivliyi və zəruruliyi kliniki araşdırmalarda sübut olunmayıb. Halbuki bu dərmanları uşaqdan -böyüyə hər kəsə çox xəstəliklərdə reseptə yazırlar. Zəifləmiş immunitet və onu yüksəltmək imkanlarının olmasıbarədə konsepsiyanın özü çox mürəkkəb immun sistemi barədə eybəcər bir fikirdir. Heç bir preparat immuniteti qaldıra bilməz.
Viferon şamlarından istifadə edən hamilə qadınların dünyaya gətirdiyi uşaqların qanında onkoloji xəstəliklərin göstəriciləri yüksək olub.

- ESSENSİAL, KARSİL - qaraciyəri guya bərpa edən bu preparatları bizdə hepatit, sirroz xəstələrinə də yazırdılar. Halbuki Amerika, Avropa, Avstraliya həkim və cərrahlarının praktiki protokollarında bu dərmanların heç birinin adı yoxdur. Adıçəkilən dərmanların qaraciyər toxuması və funksiyasına heç bir müsbət təsiri sübut olunmayıb. Hepatitlərdə isə onu qəbul etmək olmaz.

- LİNEKS, HİLAK FORTE, BİFİRORM, BİFİDOBAKTERİN - disbakterioz diaqnozu olmadığı kimi, onu aradan qaldırmaq üçün satılan bu dərmanlara da gərək yoxdur. Amma bu dərmanlar bizim pediatrların sevimli dərmanıdır. Guya probiotiklər mikroflorası pozulmuş bağırsaqları düzəldir. Lineks ölü dərmandan başqa bir şey deyil. Probiotik preparatlar müxtəlif ştamlı bakteriyaları birləşdirir. Hansı xəstəyə hansı bakteriyanın hansı dozada lazım olduğu isə məlum deyil.

- MEZİM FORTE - pankreatit, mədəaltı vəz, mədə xəstəliklərində bizim həkimlərin birinci yazdığı dərmandır. Sovet dövründə də dəbdə idi. Lakin 2009-cu ildə Ukraynada Dövlət Farmakoloji Mərkəzin keçirdiyi farmanalizdə bu dərmanın effektinin sıfır olması sübut olundu. Bir dərman ki, hamıya düşərlidir, deməli, o heç kimi sağaltmır. Düzdür, dərman istehsalçı şirkət bu rəy ilə razılaşmır, amma fakt odur ki, Avropa və Amerikada bu preparat dəbdə deyil.

- KORVALOL, VALOKORDİN, VALOSERDİN

Bu tip ürək, əsəb sakitləşdirici dərmanların tərkibini Fenobarbital təşkil edir. Bu maddə orqanizmdə çox dövr etdiksə yüksək toksiklik yaradır. Narkotik təsiri var, dərmandan asılı vəziyyətə salır. Çox Avropa ölkələrində fenobarbital çox nadir hallarda istifadı olunur və ya qadağan olunub. Bu dərmanlardan aşırı istifadə edənlərdə qaraciyər, ürək, beyin zədələnmələri baş verir.

Effektsiz dərmanlar siyahısı bununla bitmir:

- Pirasetam, Fenibut, Amibalon, Sinnarizin, Pikamilon kimi nootroplar - nevroloqlar, psixiatrlar çox yazır.
- Kokarboksilaza, Riboksin - kardioloqlar, ginekoloqlar və terapevtlər yazır
- Vinpoçetin - Kavinton - dərmanları az öyrənilib, Amerika və Avropada BAD hesab olunur.
- Trombovazim - miokard infarktı, venoz problemlərdə, varikozda istifadə olunur.
- Vobenzim - əgər təlimatına inansaq hepatitdən tutmuş onkoloji xəstəliklərə kimi guya kömək edir. ABŞ_da bu dərmanı qeydiyyata almaqdan imtina olunub.
- İnstenon, Sinnarizin, Flunarizin - 1970-ci illərdən tətbiq olunmur, dayandırılıb. Amma hələ də yazanlar var.

- Flunarizin
- Vitamin və mikroelementlər - dünyada ən böyük bazardır. Amma effekti çox azdır, demək olar yoxdur.
- Validol - tibbdə nanəli konfet rolunu oynayır. Müalicə etmir.
- Meksidol, Fenotropil - dopinq təsirlidir. Dünyada təyin olunmur.
- Çitoxrom C, Adenozin, Nikotinamid, Kvinaks, Taurin - göz preparatlarıdır. Effektivliyi sübut olunmayıb
- Essensiale, Livolin - qaraciyərə faydası yoxdur.
- Novo-passit - psixotrop dərmandır, həyəcanı azaldır, amma inkişaf etmiş ölkələrdə bu dərman yoxdur.
- Erespal - sirop variantı allergiyası və bronxial astması olanlara qadağandır. Bronxospazm verir.
- Diokidin - uşaqlara qadağandır. Toksiki təsiri var. Zərəri çoxdur.
- Bioparoks, kudesan - yalnız siçanlar üzərində sınanıb, geniş kliniki araşdırması və effektivliyi yoxdur.

Bu dərmanların çoxunda plasebo effekti ola bilər. Yəni insan öz-özünü inandırır ki, təsir etdi. Bu təsir isə qısamüddətlidir.
Dərmanları almazdan əvvəl reseptinizi incələyin və belə dərmanlara pul xərcləyib, vaxtınızı boşuna keçirməyin və mütləq həkiminizi dəyişin.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 4294   Tarix: 04 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Keratinin qorxunc fəsadından danışan dermotoloq: "Demək olar ki, zəhərdir" - VİDEO

Son vaxtlar saçlarını keratin etdirən xanımların sayı artıb. Tez-tez müraciət edilən saç düzləşdirmə prosedurunun orqanizmə bir çox zərərləri var. Keratinin tərkibində müəyyən kimyəvi maddələr olur ki, bu da orqanizmdə fəsadlara yol açır. xəbər verir ki, mövzu ilə bağlı "Günə doğru" verilişin

17 aprel
.

Kişilər daha dözümsüzdür – Koronavirusla bağlı yeni araşdırma

Kişilərin və qadınların Covid-19-a yoluxduqları zaman fərqli simptomlarla üzləşdikləri məlum olub. -a istinadla xəbər verir ki, Lixtenşteyndəki Private Universitet tərəfindən aparılan araşdırma Covid-19-un cinsə görə fərqli təsirlərini üzə çıxarıb. Tədqiqatçılar geyilə bilən tibbi cihazdan istifadə edərə

10 mart
.

Özünüzü yaxşı hiss etmək üçün GÜNLÜK VƏRDİŞLƏR

Alimlərin uzun araşdırmalar nəticəsində bəzi vərdişlər məlum olub ki, bunlar gün ərzində özünüzü yaxşı hiss etməyə kömək edəcək. xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hipnoterapevt Robert Hayzi danışıb. Onun sözlərinə görə, əhvalınızı yaxşılaşdırmaq və gün ərzində sakit qalmaq üçün səhər məşqlər

2 mart
.

Diz-oynaq ağrılarında nəyə diqqət etməliyik? - VİDEO

Baku TV-də yayımlanan "Baku Med" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında artroz və bud-çanaq oynağının zədələnməsi, uşaqlarda serebral iflic kimi mövzular müzakirə olunub, eləcə də sümükləri gücləndirməyə kömək edən üsullardan bəhs olunub. Proqramın qonağı cərrah

24 mart
.

Müalicəvi Masajın insan Sağlamlığına xeyirləri

Masaj Bütün bədənin başdan başa ən azı bir saat masaj edilməsi insanın immunitetini artırır, ürək qan damar sisteminin işini rahatlaşdırır, qaraciyərin filtr funksiyasını yaxşılaşdırır. Dərinin təravətli olmasına səbəb olur. Masaj olunan sahələrdə qan dövranı sürətlənir, qan dövranına mane olan hissəcikləri

24 mart
.

Hər gün bir banan yesək, orqanizm necə reaksiya verəcək?

İndiki vaxtda sağlam qidalanma və düzgün qida seçimi hər zamankından daha vacibdir. Bu nöqtədə bəzi sirli və təsirli qidalar var ki, onların möcüzəvi təsiri göz ardı edilə bilməz. xəbər verir ki, meyvənin tərkibindəki vitaminlər, minerallar və antioksidantlar orqanizmi qidalandırır, immunitet sistemin

7 aprel
.

Rənglər sağlamlığınızın qeydinə qalır

Yeməklərdəki rəngarənglik iştahanı artırır. Elə buna görə də aşpazlar yemək hazırlayarkən daha çox tərəvəzdən istifadə etməyə çalışırlar. Axşam.az xəbər verir ki, tərəvəzlərdəki rəngarənglik sağlamlığa da xeyirlidir. Bənövşəyi. Bu rəngdə olan tərəvəzlər sinir sisteminin sağlamlığı üçün yaxşıdır. Bu rən

30 mart
.

Masaj faydaları və sağlamlığa təsiri

Masaj sağlamlığımıza hələ kəşf edilməmiş bir çox faydaları var. Sağlamlıq və rahatlıq baxımından əvəzsiz olan bu xidmət, müxtəlif növləri ilə hər kəsin ehtiyaclarına cavab verə bilir. masaj xidməti, gündəlik stress və gərginlikdən uzaq durmaq, fiziki və mənəvi sağlamlığı qorumaq üçün ideal bir seçimdir

24 mart
.

Arıqlamaq üçün vacib olan "toxluq molekulları"nı necə yaradaq?

Stenford Tibb Universitetinin alimləri aşkar ediblər ki, intensiv fiziki fəaliyyətdən sonra insan orqanizmi xüsusi "toxluq molekulları" əmələ gətirir. Bənzər bir maddə "Metformin" adlı məşhur diabet dərmanının qəbulu nəticəsində sintez olunur. Qan şəkərinə nəzarət etmək üçün metmorfi

23 mart