İcra başçısını güllələyən Yunis Səfərovu hansı cəza gözləyir?

İcra başçısını güllələyən Yunis Səfərovu hansı cəza gözləyir?Ölkə mediasının gündəmini Gəncənin İcra başçısı Elmar Vəliyevin və mühafizəçisinin silahlı hücuma məruz qalması xəbəri zəbt edib.Rəsmi məlumata görə, iyulun 3-də saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Cinayəti törətməkdə şübhəli bilinən 1983-cü ildə Gəncə şəhərində anadan olan Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutularaq tərk-silah edilib. Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29-cu, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılıb.

Femida.az məsələnin hüquqi tərəflərinə aydınlıq gətirmək üçün araşdırma aparıb. Yunis Səfərova qarşı irəli sürülən ittihamlar məhkəmə yolu ilə öz sübuta yetirilərsə, onu hansı cəza gözləyir?Ümumiyyətlə qeyd olunan maddələrin açıqlaması nədir?
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsində cinayət etməyə cəhddən bəhs olunur.

Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.

Cinayət Məcəlləsinin 120.2.3. maddəsi zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə; 120.2.7. maddəsi isə iki və ya daha çox şəxsi öldürmə ilə bağlıdır.

Qeyd olunan maddələrlə ittiham olunan şəxsin təqsiri şübuta yetirilərsə on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulur.

İcra başçısını güllələyən Yunis Səfərovu hansı cəza gözləyir?Praktikadan yanaşsaq,burada dövlət məmuruna silahlı hüumdan söhbət gedir. Yunis Səfərova ömürlük həbs cəzasının verilməsi daha realdır.Amma məsələnin başqa bir tərəfi də var. Məlum olduğu kimi Səfərov Yunis Rafiq oğlu milliyətcə azərbaycanlı olsa da, Rusiya vətəndaşıdır.Bu isə onun cəzasının Rusiyada çəkməsinin mümkünlüyünü qanunla təsdiq edir.

Femida.az məsələ ilə bağlı Vəkillər Kollegiyasının üzvü,vəkil Sadiq Əfəndiyevlə əlaqə saxlayıb.Vəkil məsələnin detallarına aydınlıq gətirərkən bildirib ki, hazırda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında "Məhkumların cəza çəkmək üçün verilməsi haqqında" müqavilə mövcuddur.

"Ekstradisiya (cinayət törətmiş şəxsin digər dövlətə verilməsi) və cinayət işləri üzrə hüquqi yardım beynəlxalq hüquqda müxtəlif formalarda tətbiq olunur. Nəzərə alınmalıdır ki, ekstradisiya məsələsi məhkumun sosial reablitasiyasının təmin edilməsinə yönəlmiş beynəlxalq əməkdaşlığın mühüm bir formasıdır. Hazırda ölkəmiz cinayətkarlıqla mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi sahələrində "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasına, "Cinayət işləri üzrə hüquqi yardım haqqında" 20 aprel 1959-cu il tarixli Avropa Konvensiyasına, Minsk Konvensiyasına, Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında imzalanmış "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 7 oktyabr 2002-ci il tarixli Kişinyov Konvensiyasına (bundan sonra – Kişinyov Konvensiyası) qoşulmuş və digər bu kimi beynəlxalq müqavilələr imzalanıb. Hazırda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında "Məhkumların cəza çəkmək üçün verilməsi haqqında" müqavilə mövcuddur. Bu müqaviləyə görə Tərəflər, yəni Azərbaycan Respublikası və Rusiya Federasiyası bu müqavilənin müddəalarına uyğun olaraq sorğuya əsasən Tərəflərdən birinin ərazisində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş digər Tərəfin vətəndaşları olan şəxsləri cəzanı çəkmək üçün vətəndaşı olduqları ölkəyə verirlər. Cəzanın çəkilməsi üçün məhkumun verilməsi hökmü çıxaran və hökmü icra edən dövlətin təklifi ilə həyata keçirilə bilər. Eyni zamanda məhkum, onun yaxın qohumları, yaxud qanuni nümayəndəsi hökmü çıxaran Dövlətin, yaxud hökmü icra edən dövlətin səlahiyyətli orqanlarına məhkumun verilməsi haqqında vəsatətlə müraciət edə bilərlər. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasında bu işlər üzrə səlahiyyətli orqan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyidir. Hökmü icra edən Dövlət bu Müqaviləyə tamamilə uyğun surətdə verilməsi tələb olunan şəxsin qəbul edilməsindən imtina edə bilməz. Bu baxımdan Yunis Səfərovun barəsində çıxarılmış məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra cəzasını çəkmək üçün onun vətəndaşı olduğu Rusiya Federasiyasına verilməsi istisna olunmur."


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2645   Tarix: 06 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda dəhşətli qətl - Qardaş bacısını amansızlıqla öldürdü

Sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Kürdəmir rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü Xəya

16 sentyabr 2021
.

Şirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTO

Şirvan sakini oğurladığı avtomobili yandırıb, saxlanılan zaman onun üzərində narkotik vasitə olan heroin aşkar edilib. xəbər verir ki, avqustun 20-də əvvəllər məhkum olunan Şirvan sakini, 1997-ci il təvəllüdlü Qasımzadə Sakit Qasım oğlu saat 5.00 radələrində avtomobil təmiri sexindən Şirvan sakini, F.Namazov

22 avqust 2021
.

Qaxda meşəlik ərazidə yanğın BAŞLADI

Bu gün səhər saat 07 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb. xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri

25 avqust 2021
.

İmişlidə mübahisə qanlı bitdi: 32 yaşlı kişi bıçaqlandı

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Şahverdili kəndində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Səbuhi Sabir oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmi

5 sentyabr 2021
.

Azərbaycanda ana, oğlu və qızı bıçaqlandı

Sabirabadda bıçaqlanma hadisəsi baş verib. Report-a istinadən xəbər verir ki, hadisə Kürkəndi kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu, anası, 1946-cı il təvəllüdlü Zərbəliyeva Gülzar Nuru qızı və G.Zərbəliyevanın qızı, 1987-ci il təvəllüdlü Tarverdiyeva Hilal

8 sentyabr 2021
.

Azərbaycanda iki qardaş bıçaqlandı: Biri öldü - YENİLƏNİB

Sentyabrın 12-i saat 23:00 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri – Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşvik Zeynalova isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağstafa Rayon Prokurorluğunda aparılan araşdırmalarla 1986-cı il təvəllüdl

13 sentyabr 2021
.

Bakı sakini döyülərək öldürüldü

Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda

1 sentyabr 2021
.

"Anasına danışanda oğluna şər atdığımı dedi" - 10 il həbs verilən 26 yaşlı Nərmin

Ötən il Bərdədə həmcinsini güllələməkdə ittiham olunan 26 yaşlı Nərmin Mehrəliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib. Qətldə özünü təqsirli bilməyən N.Mehrəliyeva şəxsi istəyi olmadan cinsi əlaqəyə məcbur edildiyini bildirib. O, məhz həmin şəxsin anası Sevda Hacıyevanı ov tüfəngi ilə qətlə yetirməkd

2 sentyabr 2021
.

Azərbaycanda oğul atasını baltayla öldürdü

2021-ci il iyunun 9-da Quba rayonu Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb. Quba Rayon Prokurorluğunda aparılan istintaqla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminind

1 sentyabr 2021