Neft 150 dollara qədər bahalaşacaq

Neft 150 dollara qədər bahalaşacaqABŞ-ın "Sanford C. Bernstein & Co" (SCB) şirkətinin analitikləri neftin qiymətinin qalxa biləcəyini hesab edirlər.

Sonxeber.az modern.az-a istinadən xəbər verir ki, SCB mütəxəssisləri neftin bir barelinin qiymətinin 150 dollara qədər qalxa biləcəyini ehtimal edir.

Analitiklər qiymətlərin belə qalxmasının səbəbini yeni yataqların aşkarlanması üçün geoloji kəşfiyyat işlərinə investisiyaların azalması ilə əlaqələndirirlər.

Ekspertlər neftin dünya üzrə hazırkı məlum olan ehtiyatlarının 2000-ci illə müqayisədə 30 % faiz azaldığını bildirilər.

"Təchizatda istənilən çatışmazlıq qiymətlərin 2008-ci ildə olduğu kimi bir barelə 150 dollardan da yuxarı qalxa bilər" – SCB-nin analitiklərinin hesabatında bildirilir.

Mütəxəssislərin qiymətlərin qalxma ehtimalını həmçinin tələblərin artması ilə əlaqələndirilər. Belə ki, Asiya əhalisinin ən azı bir milyardadək artacağı düşünülür ki, bu da yanacağa olan tələbləri də artırır.

Qeyd edək ki, İranın OPEK-nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili Donald Trampın hazırki, fəaliyyətinə görə neftin qiymətinin 100 dollaradək qalxa biləcəyini bəyan edib.

İqtisadiyyat   Baxılıb: 912   Tarix: 07 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR