Gömrük Komitəsi bəzi KİV-lərdə yayılan məlumatlara münasibət bildirdi - FOTO

Gömrük Komitəsi bəzi KİV-lərdə yayılan məlumatlara münasibət bildirdi - FOTODövlət Gömrük Komitəsi (DGK) bəzi KİV-lərdə yayılan məlumatlara münasibət bildirib.

DGK-dan Sonxeber.az verilən məlumata görə, bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ölkəmizin gömrük orqanları və onun ayrı-ayrı əməkdaşlarına qarşı, onlayn ticarət portalları vasitəsilə xaricdən sifariş edilən və poçt göndərişləri vasitəsilə ölkəyə gətirilən mallarla bağlı əsassız ittihamlar irəli sürülür. Belə ki, gömrük orqanlarının həmin mallara görə guya hansısa əlavə ödəmələr tələb etdiyi, sifariş edilən bağlamaların sahiblərinə gec təhvil verildiyi və ya təhvil verilmədiyi iddia olunur.

Dövlət Gömrük Komitəsi dəfələrlə rəsmi açıqlamalar verərək xaricdən sifariş edilən malların tərkibinin, gömrük dəyərinin düzgün göstərilməməsinin, asan yolla qazanc əldə etmək istəyən şəxslərin dövlət büdcəsinə çatacaq vergi və rüsumlardan yayınmasının qarşısının alınması məqsədilə aparılan araşdırmaların poçt göndərişləri ilə gətirilən malların vaxtında ünvanına çatdırılmasında problemlər yaratdığını bildirib.

Lakin görünür gömrük orqanlarının ticarətin qanuni yollarla həyata keçirilməsi ilə bağlı atdığı addımlar kimlərinsə mənafeyinə uyğun gəlmədiyidən əsassız ittihamlar hələlik səngimir.

Bugünlərdə "Facebook" sosial şəbəkəsində İsa Turan adı ilə qeydiyyatdan keçən şəxsin xaricdən sifariş etdiyi mobil telefonu satdığına dair elan verməsi gömrük orqanlarının haqlı olduğunu bir daha sübut edir. "İsti-isti təndirdən çıxdı, kim istəyir" başlıqlı statusda həmin şəxs "Xiaomi" markalı telefonu satdığını bildirir və statusa poçt bağlamasına aid qablaşdırmanın fotosunun əlavə olunması telefonun xaricdən sifariş edildiyini açıq-aydın sübut edir və bu cür elanlara sosial şəbəkələrdə tez-tez rast gəlmək olur.

Dövlət Gömrük Komitəsi bir daha hər kəsi dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumlarını vaxtında və düzgün ödəməyi tövsiyyə edir.
Gömrük Komitəsi bəzi KİV-lərdə yayılan məlumatlara münasibət bildirdi - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 963   Tarix: 08 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Qubadlıda ekoloji mövzuda birgə tədbir keçiriblər

Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Azərbaycan Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar Qubadlı rayonunda Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Dövlət Sərhəd Xidmətinin yüksək rütbəl

22 aprel
.

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ev dustaqlığına buraxılıb. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib. Məlumatı onun vəkili Bəhruz Bayramov da təsdiq edib. Xatırladaq ki, ötən həftə Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.

22 aprel
.

Məktəbli qıza qarşı əxlaqsızlıq edən kişiyə cəza verildi

Bakının Nərimanov rayonunda yerləşən binanın dəhlizində 11 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən şəxsə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Oğuz rayon sakini olan 1993-cü il təvəllüdlü Riad Ağayev (ad-soyad şərtidir) Cinayət Məcəlləsinin 153.2-ci (14 yaşına çatmamı

23 aprel
.

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;. 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

23 aprel
.

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair saziş təsdiqlənib. Report-a istinadən xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın arada

23 aprel
.

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin əldə etdiyi gəlirlər məcburi dövlət sosial sığorta haqqı və gəlir vergisindən azad edilir. APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Sosia

23 aprel
.

Firəngiz Mütəllimova Xocalıda - Foto

Xalq artisti Firəngiz Mütəllimova bu dəfə Xocalıya yollanıb. Axşam.az xəbər verir ki, aktrisa çəkdirdiyi şəkli instaqram izləyiciləri ilə bölüşüb. "Bu günə şükür. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa diləyirəm" deyə, F.Mütəllimova paylaşımına yazıb

23 aprel
.

Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi

Keçmiş baş prokuror Zakir Qaralovun əmisi qızı Mehriban Qaralova məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir. İddiaya Bakı Kommersiya Məhkəməsində baxılacaq. Günay Namazova iş üzrə hakim təyin edilib. Məhkəmə çəkişməsi icar

23 aprel
.

Məktəb direktoru həmin qadından 300 min alıbmış

Məktəb direktoru həmin qadından 300 min alıbmış. Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Əkbərova Cinayət Məcəlləsini

23 aprel