Azərbaycanda bu evdə bir dahi dünyaya gəlib, indi özü dünyadan köçmək üzrədir... - FOTO

Azərbaycanda bu evdə bir dahi dünyaya gəlib, indi özü dünyadan köçmək üzrədir... - FOTOAzərbaycanın səfalı diyarı olan Xızı təbiəti, füsunkarlığı ilə yanaşı, həm də bir çox dahi şəxsiyyətimizin doğulub boya-başa çatdığı rayonlarımızdandır. Bu torpaqda Mikayıl Müşfiq, Cəfər Cabbarlı kimi dahilər dünyaya göz açıb.

Bu dəfə qərara gəldik ki, yaşadıqları çox qısa ömürlərində qiymətli yaradıcılığa və böyük şöhrətə imza atmağı bacarmış dahilərimizin yurduna səfər edək. Bənzərsiz istedad sahibi, dramaturq, şair, nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, Əməkdar incəsənət xadimi olmuş Cəfər Cabbarlının Xızıdakı izlərini ziyarət edək.

Sonxeber.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, cəmi 35 il ömür sürmüş Cəfər Cabbarlının 1899-cu ilin 20 martında Xızıda dünyaya gəldiyi ev hazırda eksponat kimi qorunub saxlanılır. Bu ev 1956-cı ildən muzey kimi fəaliyyətə başlayıb. Ancaq muzeyə rəsmi status 1961-ci ildə verilib.

Kasıbçılıq və yoxsulluq üzündən ailəsi 1903-cü ildə Bakıya köçsə də, C.Cabbarlı ara-sıra Xızıdakı evlərinə gəlirmiş. Orada yaşayan və yaradıcılıqla məşğul olan bibisi Zərnişanla, dağ kəndlərindəki qohumları ilə görüşürmüş.

Həmin muzeydə olduğumuz zaman düşünürdük ki, Bakıdan cəmi 110 kilometr uzaqlıqda yerləşən bu evin varlığından, bəlkə də, çoxları xəbərsizdir. Bir çoxları bu xatirələrlə dolu evin yanından keçsə də, yəqin ki, əhəmiyyət verməyib. Buna səbəb isə ev muzeyinin hündür villalar arasında itib-batmasıdır.

Cəfər Cabbarlı bu evdə cəmi iki il yaşayıb. Buna baxmayaraq, evin hər bir daşında dahi dramaturqun silinməz izləri görünür. Kim bilərdi ki, bir kömürçünün tikdiyi bu koma gələcəkdə tarixi muzeyə çevriləcək, illər keçsə belə, qonaqlı-qaralı olacaq.

Muzey C.Cabbarlının həyat yoldaşı Sona xanımın təşəbbüsü ilə yaradılıb. Lakin SSRİ dövründə yazıçılarmıza qarşı münasibətin birmənalı olmadığına görə baxımsız qalıb. Muzeyin sökülüb-tökülməsi heç kimi maraqlandırmayıb.

1978-ci ildən qorunan muzeyin ümumi sahəsi 30 kvadratmetrdir. Şüşəbəndlə mühafizə edilən ev 2 otaqdan, bir dəhlizdən ibarətdir. Mədəniyyət ocağında 8000-dən çox eksponat qorunub saxlanılır. Eksponatların sərgiləndiyi otaqlarda ədibin həyat və yaradıcılığını əks etdirən sənədlər, fotoşəkillər, sağlığında istifadə etdiyi özünə və ailəsinə məxsus şəxsi əşyaları, ayrı-ayrı dram əsərlərinə hazırlanmış səhnə maketləri nümayiş etdirilir.

Yataq otağında ədiblə vidalaşma mərasimində və dəfnində çəkilmiş fotoşəkillər var. Xatırladaq ki, Cəfər Cabbarlı Novruz bayramı gecəsi - 20 martda dünyaya göz açıb və bir xristian bayramı günü - 31 dekabrda son mənzilə yola salınıb.

Cabbarlının Xızıdakı ev muzeyi hal-hazırda çox qəzalı vəziyyətdədir. Muzeyin işçisi Anaxanım Kərimovanın sözlərinə görə, yağış yağan zaman evin damından su içəriyə tökülür: "Yağış, qar yağanda eksponatlar zərər görməsin deyə çox əziyyət çəkirik. Günü-gündən qəzalı vəziyyət daha da genişlənir. Belə getsə, muzey tez zamanda tamamilə sıradan çıxacaq. Təmir-bərpa işlərinə isə gücümüz çatmır".

A.Kərimovadan onu da öyrəndik ki, evin vəziyyəti barədə dəfələrlə indiki Mədəniyyət Nazirliyinə məlumat veriblər. Lakin hər dəfəsində hələ ki, bu muzeyin təmirinin nəzərdə tutulmadığı cavabını alıblar.

Cəfər Cabbarlı kimi dahi şəxsiyyətin dünyaya gəldiyi evin yerli və xarici turistlərə belə acınacaqlı, qəzalı vəziyyətdə təqdim etmək heç də ürəkaçan deyil. İnanırıq ki, bir gün bu ocağa da dönüb baxan, onu bu vəziyyətdən xilas edən tapılacaq. Beləliklə də Cabbarlının ruhu şad olacaq.

Xızıda ev muzeyindən əlavə, C.Cabbarlı adına salınmış park da fəaliyyət göstərir. Parkda dahi dramaturqun 1999-cu ildə Cəlal Qaryağdıoğlu tərəfindən hazırlanmış heykəli də qoyulub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1972   Tarix: 09 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb

Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində Bərdə rayonunda qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib. Hazırda faktla bağl

24 aprel
.

Bakıda avtomobil mopedlə toqquşdu, ölən var

Bakıda avtomobillə moped toqquşub. xəbər verir ki, hadisə Nəsimi rayonu, Azadlıq prospektində qeydə alınıb. Orxan Əlizadənin idarə etdiyi "Mitsubishi L 200" markalı avtomobillə Rəşad Hüseynovun idarə etdiyi moped toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən moped sürücüsü orada ölüb

24 aprel
.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24 aprel
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24 aprel
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24 aprel
.

Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin aprelin 24-ü saat 09:00-a olan məlumatına əsasən bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb. Bu barədə xidmətdən -a bildirilib. Aprelin 23-də axşam Bakıda və Abşeron yarımadasında qısamüddətli az yağış yağıb. Düşən yağıntını

24 aprel
.

Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...

Bakıda bir neçə ərazidə yeni parkların salınması planlaşdırılır. -in əldə etdiyi məlumata görə, yeni parklar paytaxtın 6 istiqamətində salınacaq. Bakının simasını daha da gözəlləşdirəcək yeni parklar paytaxt sakinləri və turistlərin mədəni istirahəti üçün əlverişli məkana çevriləcək. Parklara müxtəli

24 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

Nazirdən Nəzrinlə Mərdana hədiyyə

Gənclər və İdman Naziri Fərid Qayıbov ötən gün toyu olan müğənni Mərdan Kazımov və influenser Nəzrin Nəcəfovaya hədiyyə yollayıb. Bununla bağlı Mərdan paylaşım edib. "Nazirimiz Fərid Qayıbov da bizi toy günü unutmadı. Təşəkkür edirik", - deyə, Kazımov bildirib. OLAY-ın əldə etdiyi məlumat

23 aprel