"Bu, dövlətə xəyanətdən başqa bir şey deyil"

"Bu, dövlətə xəyanətdən başqa bir şey deyil""Hələ təqribən iki il yarım bundan əvvəl ermənilərin bəzi hakimiyyətə yaxın ekspertləri həm Qarabağla bağlı beynəlxalq təşkilatların təşkil etdiyi görüşlərdə, həm də Ermənistan mediasında hədə-qorxu ilə çıxış etməyə başladılar. xəbərdarlıq etməyə başladılar ki, Ermənistan preventiv olaraq Mingəçevir Su Elektrik Stansiyasına zərbə endirə bilər, bu da Azərbaycanı iflic vəziyyətinə sala bilər. İddia etdilər ki, əgər bu addım atılsa, Azərbaycan heç bir hərbi əməliyyat keçirmək iqtidarında olmayacaq".

Sonxeber.az xəbər verir ki, bunu Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov musavat.com-a müsahibəsində deyib. E. Namazov bildirib ki, Mingəçevirdə məlum hadisələr baş verəndən sonrakı gün erməni mətbuatında bu haqda məlumatlar çap olunurdu və Ermənistanın ruslardan aldığı raket sistemlərinin şəkillərini də həmin xəbərlərə əlavə edirdilər ki, "bu, Azərbaycanın zəif yeridir, həmişə istifadə edə bilərik".

"İndi təsəvvür edin, Mingəçevir İstilik Elektrik Stansiyasında bir yanğın baş verdi, bütün ölkə iflic vəziyyətinə düşdü. Prezidentin yanında keçirilən müşavirədə də məlum oldu ki, aylarla, illərlə FHN-in komissiyaları, başqa qurumlar orda vəziyyətin çox təhlükəli olması barədə xəbərdarlıq ediblər. Həmçinin nöqsanlar, zəif yerlər də göstərilib ki, hara təmir olunmalıdır. Ancaq indi bəlli olur ki, həmin xəbərdarlıqlardan da nəticə çıxarılmayıb və vaxtında avadanlıqlar dəyişdirilməyib, təmir işləri isə yarımçılıq aparılıb".

E. Namazov qeyd edib ki, bu, sadəcə enerji məsələsi deyil, Azərbaycanın milli təhlükəsizliyinə olan birbaşa qəsddir və bununla bağlı cinayət işi qaldırılmalı və çox ciddi araşdırmalar aparılmalıdır: "Mingəçevirdəki qəzadan iki gün sonra yenə də bir yanğın baş verdi. Ondan sonra axşamüstü növbəti bir yanğın oldu. Yəni illərlə həmin stansiyada modernləşdirmə, təmir işləri elə aparılırdı ki, həmin elektrik stansiyasında bir yox, iki yox, bir çox yerlərdə qəza vəziyyəti yaratmışdılar. Bunu təsadüfi saymaq olarmı?

Şəxsən mənim yanaşmam odur ki, bu sahəyə rəhbərlik edən adamlar illərlə orda işlərini düzgün qurmayıblarsa, aldıqları avadanlıqlar yararsız olubsa, təmir işləri yarımçıq həyata keçirilibsə, bu, dövlətə xəyanətdən başqa bir şey deyil".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1025   Tarix: 09 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam

31 avqust 2021
.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021
.

Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd

16 sentyabr 2021
.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021
.

Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"

4 sentyabr 2021
.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021