Deputat: Diplomun yoxdursa, sən heç nəsən, cəmiyyətdə sənin hörmətin olmayacaq demək...

Deputat: Diplomun yoxdursa, sən heç nəsən, cəmiyyətdə sənin hörmətin olmayacaq demək...Biz hələ də keçmiş stereotiplərdən uzaqlaşmamışıq. Böyük əksəriyyət hələ də belə düşünür və fikirləşir ki, ali təhsilin, diplomun yoxdursa, sən heç nəsən, cəmiyyətdə sənin yerin, hörmətin, nüfuzun olmayacaq. Nə olursa, nə yolla olursa, olsun, mütləq ali təhsil almalısan, diplom qazanmalısan. Bu, çox yanlış və zərərli düşüncədir. Bir çox problemlərimizin, xüsusilə də, mənəvi problemlərimizin kökündə çox zaman elə bunlar dayanır.

Sonxeber.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında millət vəkili, şair Tahir Rzayev deyib.

O, qeyd edib ki, artıq keçmişin stereotiplərindən, yanlış, zərərli düşüncə tərzindən uzaqlaşmaq və qurtulmaq gərəkdir.

Millət vəkilinin dediyinə görə, necə ki, bundan əl çəkməyəcəyik, inadkarlıq göstərəcəyik, problemlərimiz də yerində qalacaq, hətta, üzərinə daha yeniləri qalaqlanacaq.

T. Rzayev deyib ki, cəmiyyətdə layiqli yer, nüfuz, hörmət qazanmaq üçün ali təhsil, diplom vacib şərt deyil. Elə bir gözəl peşə, sənət sahibi olarsan ki, bir çox diplomlulardan daha çox nüfuzlu və daha çox hörmət sahibinə çevrilərsən:

"Mən bir dəfə də qeyd etmişdim ki, valideynlər uşaqlara "Sən oxumasan, vəziyyətin pis olacaq", "Hüquq fakültəsinə və ya hansısa fakültəyə daxil olmasan, dilənçi olacaqsan" deməklə düzgün etmirlər.

Onlar bu yanlış düşüncə ilə uşaqları yükləyirlər.

Əslində intiharların bir səbəbi səbəbi budur. Son illər dəfələrlə şahidi olmuşuq ki, imtahandan yaxşı nəticə əldə edə bilməyənlər, çıxış yolunu intiharda görüblər...Bu, çox acı və dəhşətli bir mənzərədir.

Valideyn uşağa demir ki, sən filan peşəni seç, amma məcbur edir ki, filan fakültəyə daxil olmalısan.

Onlar uşaqlara düzgün istiqamət verməlidirlər ki, gələcəkdə nə övladları, nə özləri, nə də cəmiyyət əziyyət çəksin".

Millət vəkilinin qeyd etdiyinə görə, xarici ölkələrdə bu məsələlər xüsusi diqqətdə saxlanılır:

"Azərbaycanda "Peşə təhsili haqqında" qanun qəbul olunub. Hər bir insan özünə peşə seçməlidir, ona ləyaqətlə qulluq etməlidir.Uşaqlar niyə intihar etməlidirlər ki?

Yenə deyirəm, axı, hamı alim ola bilməz ki?!

Bu, o qədər vacibdir bəyəm?!

Burada televiziyaların da rolu var. Onlar bu məsələni diqqətdə saxlamalıdırlar. Valideyn işdə olur, uşaq televiziyaya baxır. Bəzi hallarda verilişlərdə elə yanlışlıqlara yol verilir ki, uşaqlara mənfi təsir edir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1142   Tarix: 09 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

25 aprel
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir. Bildirilir ki

25 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel
.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel
.

Elmira Süleymanovanın dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİR

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. xəbər verir ki, E.Süleymanova İkinci Fəxri xiyabanda dəfn olunacaq. 14:27. Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir. xəbər verir ki, mərasim Təzəpir məscidind

25 aprel