Canlı yayımda damarlarını doğrayaraq intihara cəhd edən məşhur ictimaiyyətə səsləndi

Canlı yayımda damarlarını doğrayaraq intihara cəhd edən məşhur ictimaiyyətə səsləndiŞənbə günü "Facebook" sosial şəbəkəsindəki canlı yayımda intihara cəhd edən, lakin yaxınları tərəfindən xilas olunan yazar Cəlil Cavanşır ictimaiyyətə müraciət edib.

Sonxeber.az həmin açıqlamanı təqdim edir:

"Salam əziz dostlar!

Bəzilərinizin narahat olduğunu nəzərə alıb, hamıya ümumi bir müsaj yazmağın yerində olacağını düşündüm.

Sizləri narahat etdiyim üçün hamınızdan üzr istəyirəm!

Bütün baş verənlərə cavab vermək məsuliyyətini hiss etdiyim üçün, bu halımda belə cavab verməyi özümə borc bilirəm.

İnsanların narahat olduğunu anlayıram və xəbərsiz yoxa çıxmağı yanlış hesab edirəm. Amma nəzərə alın ki, toparlanmaq üçün təkliyə və təbiətə ehtiyacım var. Dünən hiss etdim ki, hər şey daha da pisə doğru gedir.

Yüzlərlə təsəlli verən, yaşadığıma sevinən, qayğıma qalan və yol göstərənlərlə yanaşı məni yenidən təhrik edənlər vardı. Bunu hələ də anlamıram, mənim etirazım sizi niyə qıcıqlandırır?

Mən düşdüyüm vəziyyətdən, qapıldığım qaranlıqdan çıxacağam, bəs siz? Siz bu kinlə, nifrətlə, qəzəblə hara gedəcəksiniz?

Hazırda fiziki və mənəvi ağrılarla mübarizə aparıram. Tezliklə toparlanacığama, yaralarımın sağalacağına inanıram və heç bir həkim müdaxiləsinə, prsixoloqa, psixatra ehtiyac görmürəm. Bunları vaxtında etməli idim. İndi isə ailəmin yanında olmaq mənim üçün ən böyük stimuldur. Bu halımda belə ailəm məni tək qoymadı. Və çalışın ailənizə, sizi anlayan, sizi başa düşən insanlara belə pisliklər etməyin!

Etdiklərimi yanlış hesab edənlər, bunun şou olduğunu düşünənlər oldu. Hər kəsin qınağını, gileyini qəbul edirəm. Amma bu addımım affekt halında atılan bir addımdır və nə qədər sakitləşsəm də, o gün baş verənlərlə bağlı heç nəyi xatırlaya bilmirəm. Mənim bu şəkildə məhşur olmağa ehtiyacım olmadığını hər kəs bilir, çünki heç bir zaman məhşur olmaq üçün addım atmamışam. O gün ölsəm nə dəyişəcəkdi? Mahiyyət etibarı ilə bu qəddar, ruhsuz, insafsız adamlar üçün heç nə dəyişməzdi. Amma daha çox üzülənlər, əzab çəkənlər gördüm. Onlar üçün bu axmaqlığı etməməli idim.

Mənim məhşurluğa yox, xoşbəxtliyə ehtiyacım var.

Konkret səbəblərə gəlincə, qısa olaraq izah edim ki, xoşbəxt deyiləm. Uzun müddətdir depresiyadayam. Amma bütün bunları tətikləyən bəzən kiçik səbəblər olur. Bəzən aylarla övladlarımın üzünü görə, onların kiçicik istəklərini yerinə yetirə bilmirəm. Belə məqamda insanın özünə yaxın bildiyi, dəstək gözlədiyi yaxın dostlar, yoldaşlar olur. Həyat şəraitim elədir ki, uzun müddətdir dostlarımla görüşə bilmirdim. Və həyatımda doğma, yaxın, əziz hesab etdiyim adam, ən çətin anımda mənə dəstək olmağı yox, mənim bu addımı atmağımı istədi. Onu da artıq qınamıram. Hər kəs mahiyyətinə görə davranır, haqqı olanı yaşayır. Deyək ki, mənim də yaşadıqlarım mənim haqqımdır.

Bu addımımın arxasında ciddi sosial, iqtisadi və mənəvi səbəblər axtara bilərsiniz. Amma mən işsizlikdən, evsizlikdən şikayətçi deyiləm. Kirayələrdə yaşamaq imkanım olmasa, küçələrdə yaşaya və heç vaxt bundan şikayət edib, heç kəsdən kömək gözləmərəm. Ən sevdiyim övladlarım ac qalsa belə, mən buna görə kiməsə əyilmərəm, əyilməmişəm də.

Heç bir insan qəfildən intihar həddinə çatmır. Mənim kimi həssas bir adamın bu vəziyyətə gəlməsi isə an məsələsidir. Bəli, nə qədər səhv olsasa da mən həssas bir insanam və bu hala düşməyimdə də özüm günahkaram. Müəyyən şeyləri vaxtında ağılla həll etmədiyim üçün, ölümün bir addımlığından döndüm.

Yaşadığım heç nədən utanmıram və heç nəyi unutmuram. Bütün bunlar başıma gəlməli idi və gəldi.

Bir məqama da aydınlıq gətirim. Mən çoxlarının düşündüyü kimi əyyaş həyatı yaşamıram, yaşamamışam. Sadəcə 6 ay ərzində dörd kitab tərcümə etmişəm və onlarla yazı yazmışam. Çox ciddi kitabların redaktəsi ilə məşğul olmaqla yanaşı ciddi bir qurumda illərdi kitab təbliğatı ilə məşğulam.

Bəlkə də fikirlərim rabitəsiz, qarışıq ola bilər. Üzürlü sayın, çünki hələ də durumum sabit deyil. Amma hər şey yaxşı olacaq!

Əziz dostlar, dəyərli insanlar!

Heç kəs bu nümunədən təsirlənməsin. Təbii ki əsəbləri yerində olmayan insanlar üçün çox pis nümunə olduğumun fərqindəyəm. Buna görə üzr istəsəm də, heç nə dəyişmir. Həyatınızda olan hər şeyi səbrlə, sakitliklə, soyuq başla analiz edin. Mən bunu bacarmamışamsa, bu mənim günahımdır. Sizə dəyər verən insanlardan, sizi sevənlərdən qaçmayın. Düşüncələrinizlə, reallıqla beyninizdə qurduğunuz xəyallar üst-üstə düşməyə bilər. Bağışlamağı, geri çəkilməyi, hər şeyə təmkinli yanaşmağı öyrənin.

Bu gün həyatda olmağımdan məmnun olmasam da, mənim həyatda qalmağım üçün hər şeyi edən sevimli, təmiz ürəkli, təmənnasız insanlara minnətdaram. Nə qədər çətin olsa da, tezliklə sizlərin arasına qayıdıb həyatımı qaldığım yerdən davam edəcəm!

Unutmayın, nifrət yox sevgi xilas edir!

Sizləri sevirəm insanlar! Yaxınlarınızdan, doğmalarınızdan muğayat olun! Problemi olanlara həssaslıqla yanaşın! Heç kəsi intihar həddinə çatdırmayın!

Qəlbinizdə sevgini və mərhəməti bəsləyin! Kindən, nifrətdən, biganəlikdən, laqyidlikdən uzaq olun!

Əziz dostlarım, doğmalarım! Sizləri çox sevirəm və sizin üçün yaşamağa davam edirəm!

Sevgilərlə, sizin Cəlil..."..

Xatırladaq ki, iyulun 7-də "Facebook"da canlı yayımda intihara cəhd edən Cəlil Cavanşır sosial şəbəkədəki dostlarına vida nitqi söyləyib. Bundan sonra o, sevgi, həyat, ölkə barədə müxtəlif qarışıq fikirlər söyləyərək damarlarını kəsdiyini nümayiş etdirib.

Yazar sosial şəbəkə istifadəçilərinə ünvanını və harada olduğunu bildirməyib. C.Cavanşir çıxışında qeyd edib ki, indiyə qədər 11 dəfə intihara cəhd edib.

Lakin Cəlil Cavanşirin qardaşı yazıçının yaşadığı evə gələrək, onun intihar cəhdinin qarşısını alıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1245   Tarix: 09 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021