Bu yolda təmir aparılır

Bu yolda təmir aparılırBakı-Quba yolunda təmir işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sonxeber.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-52-ci km-lik hissəsində yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin sökülməsi işləri aparılır.

İşlərin axşam saatlarınadək davam etdirilməsi nəzərdə tutulub.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Sosial   Baxılıb: 365   Tarix: 09 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR