Tıxacda gedən sürücü "radar"a düşdü: DYP onu 40 manat cərimələdi - VİDEO

Tıxacda gedən sürücü "radar"a düşdü: DYP onu 40 manat cərimələdi - VİDEOBakıda qəribə hadisə yaşanıb.

azxeber.com-a müraciət edən Nazim Ələkbərov adlı sürücü bildirib ki, tıxacda getdiyi halda ona radar gəlib.

Sürücü iddia edir ki, Dövlət Yol Polisinin bu cəzası qanunsuzdur: "Bakı - Quba yolunun 7.4 kilometrliyində, 20 yanvar yaxınlığında tıxacda yol gedirdim. Mənim idarə etdiyim 90-CA-171 seriyalı Mercedes - 190 avtomobilinə DYP-dən cərimə gəlib. Onlar iddia edir ki, guya mən yol hərəkətinin və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməmişəm. Əslində, isə mən o yolda istəsəm də, qaydanı poza bilməzdim. Çünki orada tıxac idi və manevr etmək mümkünsüz idi".

Nazim Ələkbərov deyib ki, pozmadığı qaydaya görə 40 AZN cərimələnib.

Sürücü həmin görüntüləri də AZXEBER.COM-a təqdim edib.

Görüntülərdən də məlum olur ki, Mercedes-190 qaydaları pozmur. Həmin qaydanı taksi sürücüsü pozur.

Həmin videonu təqdim edirik:

Sosial   Baxılıb: 1109   Tarix: 09 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR