Çeçenistanda yeni baş nazir: Kadırov-Putin planının pərdəarxası – Şərh

Çeçenistanda yeni baş nazir: Kadırov-Putin planının pərdəarxası – ŞərhÇeçenistan başçısı Ramzan Kadırov paytaxt Qroznı şəhərinin meri Müslüm Xuçiyevi ölkənin yeni baş naziri təyin edib. Qeyd edim ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin qəbul etdiyi gözlənilməz qərarla Çeçenistanın baş naziri Əbubəkr Edelgeriyevi özünə müşavir təyin etmişdi.

Sonxeber.az bildirir ki, bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti, siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

O qeyd edib ki, Ə.Edelgeriyev R.Kadırovun həmkəndlisi və uşaqlıq dostudur:

"Böyük ehtimalla Putin onu Kadırovun təklifi əsasında bu vəzifəyə təyin edib. Bir ehtimal da bundan ibarətdir ki, Putin Kadırovu Çeçenistan rəhbərliyindən azad edəcək və uzun illər ona sədaqətlə xidmət edən kadrına özündən sonrakını müəyyən etməkdə tam sərbəstlik verib".

Z.Əmrəliyev qeyd edib ki, burada diqqət çəkən məqam isə Kadırovun son dövrlərdə yürütdüyü kadr siyasəti ilə bağlıdır:

"Belə ki, respublika rəhbəri son zamanlar yüksək postlara yeni kadrlar təyin edərkən, üstünlüyü əsasən qohumu olan gənclərə verir. Diqqətə çatdırım ki, yeni baş nazir Xuçiyev Kadırovun yaxın qohumudur. Kadırov yeni baş nazirin əvvəlki vəzifəsinə – Qroznı meri postuna isə öz bacısı oğlu İbrahim Zakiriyevi təyin edib. Zənnimcə, Kadırov vəzifəsini əldən verməyə razı olsa da, Çeçenistanı əldən vermək istəmir. Elə son təyinatlar da bundan xəbər verir. Belə görünür ki, Putin də bununla razılaşıb. Yeni müşavir təyinatı və onun Kadırovun yerinə əsas namizəd kimi cəmiyyətə təqdim olunması da elə buna hesablanan addımdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1483   Tarix: 09 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19 aprel
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19 aprel
.

Prezident İlham Əliyev Rusiyada səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfərə gedib. xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digə

22 aprel
.

Rusiya Prezidenti: "Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb"

"Bu günlər biz Baykal-Amur Magistralının 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, Sizin atanız bu layihənin icrasında böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşdə deyib

22 aprel
.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel
.

Qırğızıstan prezidenti Ağdama gedəcək

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır. Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasını

23 aprel
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23 aprel
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22 aprel