Bir çox xəstəliyi sağaldan SEHRLİ VASİTƏ

Bir çox xəstəliyi sağaldan SEHRLİ VASİTƏQalxanabənzər vəzi tək üzvlərdən olub, boyunda nəfəs borusunun və qırtlağın önündə yerləşir. Qalxanabənzər vəzin hormonları (tiroksin, triyodtironin, diyodtironin və s.) bədənə daxil olaraq maddələr mübadiləsini sürətləndirir, oksidləşmə prosesini artırır, yağların yanmasını çoxaldır və istiliyin əmələgəlməsini artırır. Bunlardan başqa qalxanabənzər vəzinin hormonu skeletin inkişafına təsir edərək sümükləri uzununa böyüdür və epifizləri bitişdirir. Sinir sisteminin vəzifəsini təmin edir. Bir sözlə, orqanizmdə bir çox mühüm prosesləri yerinə yetirir və fizioloji proseslərə təsir edir.

Sonxeber.az Publika.az-a istinadən oxucuları qalxanabənzər vəzinin ciddi xəstəliklərin inkişafının qarşısını alan və orqanizmində yod ehtiyatı artıran təbii inqrediyentlərdən ibarət möcüzəvi resept təklif edir.

Qalxanabənzər vəzinin iki tip xəstəliyi var:

Hipertireoz qalxanabənzər vəzin hormonlarının səviyyəsinin yüksək olması deməkdir. Bu, bir çox problemlərin yaranmasına təkan verir.

Ürək döyüntüsünün artması

Bağırsaq fəaliyyətinin pozulması

Yorğunluq

Narahatlıq və əsəbilik

Menstruasiya problemləri

İstilik hissi

Çəki itkisi

Hədsiz tərləmə

Yuxu pozulması

Diqqət pozunluğu

Unutqanlıq

Hipotireoz qalxanabənzər vəzi hormonlarının çatışmazlığı ilə bağlı vəziyyəti deməkdir. Bu xəstəliyin ən yayılmış əlamətləri:

Qıcolmalar

Dırnaqların qırılması

Depressiya

Çəki artması

Qəbzlik

Yorğunluq

Dəri və baş dərisinin quruluğu

Menstrual tsiklin pozulması

Unutqanlıq

Qalxanabənzər vəzinin funksiyasını tənzimləməyə qadir olan təbii vasitələr var. Əgər zob xəstəliyi yod çatışmazlığı ilə əlaqədardırsa, aşağıdakı resepti sınaqdan keçirin.

İnqrediyentlər:

Təzə yetişmiş 40 qoz tumu

1 kq təbii bal

Yaşıl qoz tumlarını yuyun, qurudun və sonra onları iynəylə yarın. Hazırlanmış qozları bankaya tökün və üzərinə bal əlavə edin. Bankanı 40 gün qaranlıq yerdə gizlədin. Bu müddətdən sonra şüşəni açıb şirəni süzün. Cövhəri hər gün səhər və axşam bir xörək qaşığı qəbul etmək tövsiyə olunur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1367   Tarix: 09 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dünyanı təhdid edən xəstəlik: sürətlə artır – Azərbaycanda da...

Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, 2050-ci ildə dünyada xərçəngə tutulma halları 77 faiz artacaq. Buna səbəb piylənmə, alkoqol və siqaret aludəliyi, qida məhsullarının xarab olması və yanlış qidalanma vərdişləridir. Maraqlıdır, bu xəstəliyin qarşısını necə ala bilərik?. Məsələ ilə bağl

20 mart
.

Avropa təşvişdə: tutuquşu qızdırmasından ölümlər artır

Beş Avropa ölkəsində insanlar arasında tutuquşu qızdırmasına (psittakoz) yoluxma halları sürətlə artır. -a istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstəliklə bağlı təcili xəbərdarlıq edib. "Chlamydophila Psittaci" bakteriyasının törətdiyi virusa görə çoxsaylı ölüm xəbərlər

10 mart
.

Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

İsti havalar infeksiya xəstəliklərinin artmasına səbəb olub. Bu cür infeksiyalar özünü hərarət, boğaz ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir. Yazda ortaya çıxan infeksiya xəstəliklərini təqdim edirik:. Onlarda biri diabakteriozdur: Disbakterioz zamanı normal və atipi

14 aprel
.

Reklam edilən dərmanlar uşağınızın boyunu uzadır? - Həkimlər fəsadlarını AÇIQLADILAR

Son zamanlar sosial şəbəkələrdə uşaqların boyunun uzanması üçün müxtəlif adlı dərmanlar təklif edilir. Bildirilir ki, həmin dərmanların tərkibi, əsasən, vitamin və mikroelementlərdən ibarətdir. Bəs bu dərmanlar nə qədər effektivdir? Neçə yaşından bilmək olur ki, uşaqda boy problemi var? Uşaqların bo

24 mart
.

Səs tellərində problem olan insanlar bunun sayəsində danışa biləcəklər - FOTO

Artıq səs telləri zədələnən insanlar da danışa biləcəklər. Kaliforniya Universitetinin (ABŞ) Biomühəndislik Departamentinin alimləri bunun üçün insanın boynuna yapışdırılan xüsusi cihaz hazırlayıblar. Sözügedən qurğu boğaz əzələlərinin hərəkətlərini nitqə çevirmək qabiliyyətinə malikdir və insana sə

17 mart
.

Kişilər daha dözümsüzdür – Koronavirusla bağlı yeni araşdırma

Kişilərin və qadınların Covid-19-a yoluxduqları zaman fərqli simptomlarla üzləşdikləri məlum olub. -a istinadla xəbər verir ki, Lixtenşteyndəki Private Universitet tərəfindən aparılan araşdırma Covid-19-un cinsə görə fərqli təsirlərini üzə çıxarıb. Tədqiqatçılar geyilə bilən tibbi cihazdan istifadə edərə

10 mart
.

Nanə ilə baş ağrısını dəqiqələr ərzində dayandıran effektiv üsul

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərindən biri, reseptləri günümüzdə də aktuallığını qoruyan İbn Sinanın məsləhət gördüy

17 mart
.

Ağciyər xərçənginə qarşı peyvənd hazırlanır

Britaniya alimləri ağciyər xərçənginə qarşı dünyada ilk peyvənd hazırlayırlar ki, bu da xəstəliyin 90%-ə qədərinin qarşısını ala bilir. Bir neçə xeyriyyə təşkilatının "LungVax" peyvəndinin üç min dozasını yaratmaq üçün komandaya 1,7 milyon funt sterlinq vəsait ayırdığı bildirilir. Dərmanı

23 mart
.

Qan təzyiqini tez aşağı salmaq üçün SADƏ ÜSUL

Mütəxəssislər ürək sağlamlığını yaxşılaşdırmağın və qan təzyiqini azaltmağın yollarını açıqlayıblar. Hər hansı orta fiziki fəaliyyət qan təzyiqini azaltmağa və eyni zamanda ürək sağlamlığını yaxşılaşdırmağa kömək edir. Ancaq son məlumatlara görə, ürək sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdıran xüsus

7 aprel