Stalinin oğlu əsir düşərgəsində ölüb — YENİ FAKTLAR

Stalinin oğlu əsir düşərgəsində ölüb — YENİ FAKTLARİkinci dünya müharibəsində Stalinin oğlu Yakov Cuqaşvili əsir düşərək ölüb.
"Ölkə.Az" xəbər verir ki, son dövrlər Cuqaşvilinin ölümü barədə yeni faktlar üzə çıxıb.

1945-ci ilin mart ayında Stalinin masasına Beriyanın çox gizli hesabatı qoyulur. Hesabatda alman əsirliyində olan Yakov Cuqaşvili barədə məlumat var idi. Yakov 1941-ci ildə müharibəyə yollanır, əsir düşür və 1943-cü ildə düşərgədə ölür.

Hesabata əsasən, 1945-ci ilin yanvar ayında Birinci Belorus cəbhəsi alman əsir düşərgəsindəki yuqoslaviyalı zabitləri azad edib. Onların arasında general Stefanoviç də var idi. Stefanoviçi Yakovla bir düşərgədə saxlayıblar.

"Stefanoviç gəzinti zamanı bir neçə dəfə baş leytenant Cuqaşviliyə yaxınlaşıb. Düşərgədə isə 15 dəfə onun otağına baş çəkib. Stefanoviç dəfələrlə yuqoslaviyalı zabitlər adından Yakova maddi yardım təklif edib. Amma Yakov buna qətiyyən etiraz edib və bəyan edib ki, əsirlikdə olan digər sovet zabitlərindən fərqlənmək istəmir", - deyə hesabatda bildirilir.

Eyni zamanda məlum olub ki, Stalinin oğlu xüsusi otaqda saxlanılıb və daim nəzarətdə olub.

General Stefanoviç deyib: "Cuqaşvili özünü sərbəst və məğrur aparırdı. Onun otağına alman zabiti daxil olanda heç vaxt ayağa qalxmır, çox vaxt isə söhbət zamanı arxasını çevirirdi. Bu səbəbdən isə tez-tez karserə salınırdı".
Bundan başqa alman mətbuatı Cuqaşvili ilə müsahibə dərc etmişdi. Guya Yakov müsahibəsində Sovet İttifaqını lənətləyib. Stefanoviç gəzinti vaxtı bunu Yakova deyəndə, Stalinin oğlu faktı inkar edib və bildirib ki, heç vaxt siyasi və hərbi suala cavab verməyib. Bundan başqa Yakov bildirib ki, Almaniyanın məhv olacağına inanır.

1942-ci ilin sentyabr ayında yuqoslaviyalı zabitlər qaldıqları barakdan qaçmaq üçün tunel qazırlar. Tunel Yakovun da qaldığı otağından altından keçirmiş. Düşərgənin komendantı məsələdən xəbər tutur və Yakovu karserə salır. Sonra isə karseri betonlayır. Bir neçə gün sonra isə Berlindən gələn əmr ilə Cuqaşvili təyyarə ilə naməlum istiqamətdə aparılır.

Bundan sonra Stefanoviç Yakovu görməyib.

Stalinin böyük oğlu Yakov 1907-ci ildə anadan olub. Atası ilə münasibətləri gərgin idi. Stalin oğlunun nikahının əleyhinə idi. 22 iyun tarixində Stalin hərbçi oğlunu çağırır və deyir: "Get və savaş".

1941-ci ilin iyul ayında Yakov döyüşlərdə şücaət göstərir və mükafatlandırılır. Amma eyni ayda almanlara əsir düşür. Almanlar onu iki düşərgədə saxlayaraq feldmarşal Paulyusla dəyişmək istəyirdilər. Amma Stalinin almanlara cavabı qəti olub:

"Mən əskəri feldmarşala dəyişmirəm".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2895   Tarix: 09 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Google" xəritəsindən mistik görüntü - VİDEO

Sosial şəbəkələrdə səhrada yardım çağırışının əks olunduğu foto yayılıb. Şəkli "MrMBB33" ləqəbli "YouTube"-bloqer dərc edib. Bloqer xəritədə İordaniyanın cənubundakı ucqar səhranı araşdırarkən qumun üzərində latın hərfləri ilə "SOS Stranded" ("Kömək lazımdır. Burd

7 sentyabr 2021
.

Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO

Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır

11 sentyabr 2021
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər? . xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəzilər

18 sentyabr 2021
.

İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı

İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar

6 sentyabr 2021
.

İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO

Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:

15 sentyabr 2021
.

Tez-tez selfi çəkmək ehtiyacı ruhi xəstəlikdir? - ARAŞDIRMA

Psixoloqlar tez-tez selfi (selfie) çəkib sosial mediada paylaşanların Selfitis xəstəliyinə tutulmaq ehtimalının ola bildiyini və psixoloji yardıma ehtiyac duyduqları barədə xəbərdarlıq edirlər. Bu barədə The Daily Telegraph qəzeti yazır. Qəzet yazır ki, Selfitis termini, çox selfi çəkənlər üçün ilk dəf

14 sentyabr 2021
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15 sentyabr 2021
.

Bu əlamətlər ölümün yaxınlaşdığından XƏBƏR VERİR

Amerikalı elm adamları ölümdən əvvəl bədəndə baş verən bir sıra fizioloji dəyişikliklərin olduğu qənaətinə gəliblər. -a istinadla xəbər verir ki, çılpaq gözlə görünməsələr də, bir insanın ölümündən çox əvvəl tanına bilərlər. Bu cür əlamətlər xüsusi bir araşdırmanın köməyi ilə müəyyən edilə bilər. Alimlə

16 sentyabr 2021
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021