Taksi sürücüləri ilə bağlı YENİLİK

Taksi sürücüləri ilə bağlı YENİLİKRegionlarda istismar edilən taksi minik avtomobillərinin qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab vermədiyinə dair vətəndaşlardan daxil olan sorğulara əsasən bildirək ki, taksi daşımalarının sosial əhəmiyyətini nəzərə alaraq, bu sahədə Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən yumşaq tənzimləmə və stimullaşdırma tədbirlərinin görülməsi nəzərdə tutulub.

Sonxeber.az bildirir ki, bu barədə Modern.az-a DANX-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

N.Allahyarova deyib ki, hazırda əsasən oturacaq yerləri 8+1 və ondan az olan minik avtomobilləri ilə həm ölkədaxili, həm də beynəlxalq istiqamətlər üzrə sifarişli sərnişin daşımaları geniş vüsət alıb:

"Bu tip avtomobillər nə avtobuslarla sərnişin daşınmasına, nə də taksi minik avtomobilləri ilə sərnişin daşınmasına aid edilmədiyindən, belə daşımalarda sərnişinlərin təhlükəsizliyinin və qanuni maraqlarının qorunması narahatlıq doğuran vacib məqamlardan biridir. Bu problemin həlli məqsədilə təkliflər hazırlanıb, eyni zamanda belə daşımalar həyata keçirilən tərəfdaş dövlətlərin aidiyyəti qurumları ilə məsləhətləşmələr aparılıb. Sifarişli daşımalarla bağlı oxşar problemlər digər dövlətlərdə də mövcuddur".

Onun sözlərinə görə, Bakı şəhərinin simvollarından birinə çevrilən "London taksiləri" ilə göstərilən sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılması üçün də işlərin görülməsi nəzərdə tutulub:

"Çağrı sisteminin təkmilləşdirilməsi məqsədilə müvafiq proqram təminatı hazırlanır və tezliklə müştərilərin istifadəsinə təqdim olunacaqdır. Eyni zamanda, taksi sürücülərinin davranışlarında rast gəlinən bəzi xoşagəlməz halların tam aradan qaldırılması məqsədilə kompleks tədbirlər görüləcəkdir. Bu tədbirlərə sürücülərin reytinqinin aparılması, reytinqi yüksək olan sürücülərə qarşı həvəsləndirmə tədbirlərinin görülməsi, müştəri məmnuniyyətinin qiymətləndirilməsi, sürücülərin fəaliyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi və s. daxil olacaq.
Xüsusilə vurğulayaq ki, vətəndaşlarımıza və ölkəmizə gələn qonaqlara göstərilən taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə Heydər Əliyev Beynəlxalq Hava Limanında taksi xidməti stendi təşkil edilib, xüsusi ayrılmış duracaqda taksi minik avtomobillərinin nizamlı dayanması və növbəli şəkildə müştərilərin xidmətinə verilməsi təmin edilib".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1564   Tarix: 10 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

MEDİA çağırış etdi

"Sosial şəbəkə seqmentində cəmiyyətdə tanınmış şəxslər barədə, xüsusən də onların şəxsi həyatına dair dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyət tərəfindən narazılıqla qarşılanır və eyni zamanda, birmənalı qəbul olunmur". Bu barədə -a Medianın İnkişafı Agentliyindən məlumat verilib

22 aprel
.

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib

Qərbi Kaspi Universitetinin sabiq sektor müdiri Asim Əliyev əcnəbi tələbələrin təhsilhaqqını mənimsədiyinə görə cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 2022-ci ilin avqustuna kimi Beynəlxalq Əlaqələr şöbəsinin əcnəbi tələbələrlə iş sektorunun müdiri işləmi

22 aprel
.

Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ

Nazirlər Kabinetinin ölkədə taksi xidməti ilə bağlı qərarı iyulun 1-dən qüvvəyə minəcək. -in məlumatına görə, taksilərlə bağlı bu tələblər bunlar olacaq:. Buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. Avtomobilin istehsal yaşı 8-dən az olmalıdır ki, sahibi taksi fəaliyyətin

23 aprel
.

Rafael İskəndərovdan 52 yaş videosu

Əməkdar artist Rafael İskəndərovun ad günüdür. Axşam.az xəbər verir ki, 52 yaşı tamam olan aktyor bununla bağlı paylaşım edib. R.İskəndərov oğlu ilə çəkdirdiyi ad günü videosuna "Təbriklərə görə təşəkkür edirəm" qısa şərhini yazıb. Qeyd edək ki, "Bu şəhərdə"nin aktyorunun iki övlad

23 aprel
.

DYP avtobus sürücülərinə XƏBƏRDARLIQ ETDİ - FOTO/VİDEO

Ötən gün iki avtobus sürücüsünün qaydaları pozması ilə bağlı görüntülər yayılıb. -in məlumatına görə, sürücülər Abşeron rayonu ərazisində avtobusları idarə edərkən həm öz, həm də sərnişinlərin həyatını təhlükəyə atıblar. Görüntülər sosial şəbəkədə yayıldıqdan sonra sürücülər tənqid obyektinə çevrilib

23 aprel
.

Əməkdar artist Faiq Sadıqovun son durumu ilə bağlı RƏSMİ AÇIQLAMA

Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqovun vəziyyəti ağır stabil olaraq qiymətləndirilir. Bu məlumat -ın sorğusuna cavab olaraq TƏBİB-dən verilib. Məlumatda qeyd olunub ki, Əməkdar artist, Prezident təqaüdçüsü

23 aprel
.

Vaqif Sadıqov Bakı həbsxanasında öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Vaqif Əmirxan oğlu Sadıqov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir

22 aprel
.

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;. 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

23 aprel
.

Dərmanlar niyə BAHADIR? "Tarif şurası bu işin öhtəsindən gələ bilmir, qiymət və keyfiyyətdə müsbət atdım yoxdur" - TƏNQİD

Vətəndaş dərmanların baha olmasından şikayətlənir. Bəs ölkədə dərman preparatları niyə bu qədər bahadır? Bunun səbəbi nədir?. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli -a açıqlama verib. İqtisadçı bildirib ki, tarif şurası bu işin öhtəsindən gələ bilmir:. "Azərbaycanda dərman qiymətlətinin bahalaşması

22 aprel