Mingəçevirdəki qəzaya səbəb nə olub?

Mingəçevirdəki qəzaya səbəb nə olub?"Energetikada xırda məsələ yoxdur. Hər hansı kiçik bir məsələ çox böyük miqyas ala bilər və qəzanın genişlənməsinə səbəb olar".

Sonxeber.az xəbər verir ki, bunu "Xalq Qəzeti"nə Azərbaycan -Texniki Universitetinin dosenti, Əməkdar mühəndis Qara Həsənov Mingəçevirdəki "Azərbaycan" İES-də baş verən qəzanın səbəblərinə münasibət bildirərkən deyib. Q. Həsənov bildirib ki, cərəyan transformatorunda bir tona yaxın yağ olur. Yağın həcminə görə 60 kiloqramdan başlamış 600 kiloqram, bir ton-hər bir kateqoriya elektrotexniki qurğuya uyğun standart var. Bir tona yaxın olan avadanlıqların ətrafında qəza vaxtı yağ necə paylanmalı, hara yönəldilməli, hara toplanmalıdır. Bütün bunlar qabaqcadan müəyyənləşdirilməlidir ki, qəza baş verən zaman yanğın bu şəkildə böyük bir faciəyə çevrilməsin.

Cərəyan transformatorları yağlı transformatorlardır. Hazırda bütün dünyada bu tip transformatorları qaz transformatorları ilə əvəz ediblər. Belə transformatorların heç bir partlayış və yanğın qorxusu yoxdur. Bu tip transformatorlar çox uyğun şəkildə yarımstansiyalarda öz funksiyalarını normal qaydada yerinə yetirir, cərəyanın ölçü prinsiplərinə düzgün, xətasız əməl edirlər. "Təəssüf ki, bizdə yağ transformatorlarlı hələ də qaz transformatorları ilə əvəzlənməyib.

Ona görə də yanğın bu çəkildə fəsad törədib. Hazırda istifadə olunan transformatorlar ölçü transformatorlarıdır, güc transformatorları deyil. Ölçü transformatoru rele mühafizə, avtomatika, siqnala hesablanıb. Onların funksiyaları başqadır. Ona görə də bu transormatorları komplektə uyğun şəkildə dəyişmək lazımdır. Transformatorlar "Scada" sisteminə uyğunlaşdırılmalıdır. "Scada" sistemi şəbəkəni onlayn rejimində izləməyə imkan verir. Bir çox avadanlıqlar da buna uyğun olaraq rəqəmsal variantda ifadə olunmalıdır. Burada söhbət təkcə bir tranformatordan yox, müəyyən bir kompleksi dəyişməkdən, müasirləşdirməkdən söhbət gedir. Təəssüf ki, "Azərbaycan" İES-də "Scada" sistemi tam qurulmayıb".

Q. Həsənovun ehtimalına görə, Mingəçevirdəki İES- də yanğın baş verən zaman siqnal kabelləri, avtomatika, rele mühafizəsinə aid olan kabellər– buna ikinci dövrə kabelləri deyilir – onlar yanğın vaxtı yanlış siqnallarla işləyiblər. Bütün əməliyyatlar yanlış gedib. Bütün əməliyyatlar personal tərəfindən deyil, siqnallar əsasında aparılır. Bu da çox qısa bir müddətdə baş verən prosesdir. Yanlış bir əməliyyat şəbəkədə böyük bir fəsada gətirib çıxara bilir. Çünki oradan çıxan 300-500 kilovotluq xətlər çox böyük enerji daşıyıcılarıdır. Onlardan biri dövrədən çıxarsa, şəbəkədə dayanıqsızlıq rejimi yaranar. Dayanaqsızlıq digər generatora keçər. Bu şəkildə yaranmış zəncirvari dayanıqsızlıq bütün sistemə təsir edə bilər.

"Bildiyiniz kimi, Azərbaycanda çoxlu su-elekrtik stansiyaları var. Ancaq su elektrik stansiyalarının böyük gücü yoxdur. Möhtərəm Prezidentimiz də müşavirədə dedi ki, bu, Cənubi Qafqazda ən böyük stansiyadır. Nə Ermənistanda, nə Gürcüstanda bu gücə malik istilik elektrik stansiyası yoxdur. 2400 meqavat bizim enerji təchizatımızın 40-45 faizini təşkil edir. Ona görə də su-elektrik satnsiyaları nə qədər çevik, tez yük götürə bilsələr də, bu qədər defisiti qapaya bilməzdilər. Çünki 3 blokun birdən-birə dayanmağı zamanı böyük defisit əmələ gəlmişdi. Təbii ki, su-elektrik stansiyaları bunun yerini doldura bilməzdi.

Əslində, Mingəçevir İES "Skada" sisteminə – kompüterləşmə sisteminə keçirilməli idi. Bu, çox mükəmməl, son variantlı sistemdir. Ancaq bu sistemin əsas əhəmiyyəti nədən ibarətdir? O, şəbəkəni online rejimində izləmək, onların şəbəkə vəziyyətini, parametrlərini, standartlara uyğun olub-olmadığını izləmək, kənarlaşma varsa, onu siqnalla korrektə etmək, komandaları yenidən işlək qayadasına salmaq və bu komandaları müəyyən bir yerin açılması və ya avtomatik qoşulması və digər işlər həyata keçirməyə imkan verir. Bu, çox mükəmməl bir sistemdir, ancaq kompleks olmalıdır. "Skada" ya aid olan avadanlıqların hamısı son variantlarda olmalıdır. Transformatorlarda sensorlar, detektorlar, açarlar da həmin variantlarda olmalıdır. Cərəyan transformatorları, açarlar, gərginlik ¬transformatorları–bütün nöqtələrdə siqnalı qəbul, və ötürə biləcək sistem olmalıdır. Bu sistem fibroptik kabellərlə çox dəqiq işləyir. Hətta personalın burada səhv buraxması da mümkün deyil. "Skada" sistemi hələ ki, Mingəçevir İES-də tam şəkildə qurulmayıb. Əgər ¬"Skada" sisteminə keçilərsə, avadanlıq tam izolyasiya olunarsa, rəqəmsal sisteminə keçilərsə qəzanın qarşısı vaxtında alına bilər.

Şübhə etmirəm ki, Mingəçevir İES-də vaxtlı-vaxtında yoxlamalar aparılıb. Ancaq etinasızlıq, yağın həcminə görə tədbirlərin görülməməsi qəzaya gətirib çıxarıb. Buraya bardürlər qoyulmalı idi. Yağın axın istiqamətləri müəyyənləşdirilməli idi. Yağ axaraq kabelin kanalına dolmamalı idi. Diqqətsizlik olan yerdə energetikada qəzanın baş verməsi qaçılmazdır. Hər etinasız hərəkət qəzaya şərait yaradır. Adicə bir şaybanın yerində olmaması böyük bir fəsada gətirib çıxarır. Energetikada hər şey bir-biri ilə əlaqəlidir. Adi bir qığılcım və ya sıxac böyük qəzaya şərait yaradır. Mingəçevir İES-də baş vermiş qəzanın səbəblərindən biri səhlənkar və işə qeyri-ciddi münasibət olub".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5578   Tarix: 10 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gəlinə verilən hədiyyə boşananda bölünəcək?

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

28 mart
.

Lənkəranda dəhşətli qəzada ölən şəxslərin adları açıqlandı

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda ata və oğulun öldüyü yol qəzası barədə məlumat yayıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, martın 28-də saat 8 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes-Benz"

28 mart
.

"ABŞ və Aİ-nın məqsədi Ermənistanı Rusiyadan tamamilə qoparmaq, bölgədə ikinci cəbhə açmaqdır" - DEPUTAT

Xəbər verdiyimiz kimi aprelin 5-də Brüsseldə Aİ-Ermənistan-ABŞ müştərək konfransı keçiriləcək. Bununla bağlı -a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, aprel ayının 5-ə təyin olunmuş Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfrans, Fransa başda olmaqla, kollektiv Qərbin 44 günlük müharibədə

28 mart
.

"Sözügedən verilişlərin vaxtının qısaldıması heç nəyi dəyişmir" - Media eksperti

Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" proqramını, Elgiz Əkbər və Pərvanə Tahirqızının təqdimatında efirə gedən "Elgizlə izlə", . Zümrüd Bədəlovanın "Xəbər-ətər və Zaur Baxşəliyev "Bizimləsən" verilişinin yayım saatının azaldılıb. Məsələ ilə bağl

28 mart
.

Təlabat artıb, Azərbaycanda dollar BAHALAŞIR? -AÇIQLAMA

Son zamanlar ölkə ərazisində dollara tələbatın yüksək olması müşahidə olunur. Ölkə ərazisində dollara olan təlabatın bu dərəcədə artması nə ilə bağlıdır? Tələb bu qədər çox olarsa,dollar bahalaşa bilər?. Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. O bildirib ki, hazırda ölkədə dolları

28 mart
.

Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında

Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ili tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır. Artıq 27 ildir ki, ölkəmizi

28 mart
.

"Bu yolda yerimək təhlükəli hal alıb" - Video

"Bu yol uzun müddətdir ki, bərbad vəziyyətdədir. Avtomobillər buradan işləyə bilmir. Problemi də həll edən yoxdur". Bu şikayətlə "Qafqazinfo"ya Xırdalanın Qəzənfər Xaliqov küçəsində yaşayan bir qrup sakin müraciət edib. Vətəndaşların sözlərinə görə, burada yollar artıq yararsız haldadır

28 mart
.

"Azneft"in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyində (İB) kadr dəyişikliyi olub. "Qafqazinfo" xəbər verir ki, Şahmar Hüseynov İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilib. Onun əvəzinə "Umid Babək Əməliyyat Şirkəti"nin Azərbaycandakı filialını

28 mart
.

Qaraciyəri qardaşına köçürülən Nərmin: "Səhhətimdə problemlər var, müalicə alıram" - VİDEO

Müğənni Nərmin Kərimbəyova səhhətindən danışıb. xəbər verir ki, "Xəbərin var?" proqramına qonaq olan ifaçı qaraciyərinin bir hissəsi qardaşına köçürüldükdən sonra mütəmadi olaraq müalicə olunduğunu etiraf edib:. "Səhhətimdə problemlər olur, sadəcə onu dilə gətirən adam deyiləm. Siyahıy

28 mart