"Azərsu"da YENİLİK

"Azərsu"da YENİLİK"Azərsu" Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə müasir informasiya texnologiyaların tətbiqini davam etdirir. "Elektron hökumət" portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" ölkə Prezidentinin Fərmanına uyğun olaraq "Azərsu" ASC tərəfindən 13-cü - "Əhali qrupuna aid olan yeni istehlakçının qeydiyyata alınması" adlı elektron xidmət istifadəyə verilib.

Qurumdan Sonxeber.az-a bildirlib ki, bu xidmət vasitəsilə əhali qrupu üzrə yeni istehlakçılar "Azərsu" ASC-nin abonent bazasında abonent kimi qeydiyyata alınır. Adıçəkilən xidmətdən su və kanalizasiya şəbəkələrinə qoşulmaq üçün texniki şərt almış və şəbəkəyə qoşulmuş abonentlər istifadə edə bilər. Bunun üçün www.e-gov.az portalında qeydiyyatdan keçmiş vətəndaşlar portalın xidmətlər bölməsində "Azərsu" ASC, daha sonra "Əhali qrupuna aid olan yeni istehlakçının qeydiyyata alınması" adlı elektron xidməti seçilməlidir. Müraciətin qeydiyyata alınması üçün vətəndaşlar aşağıda qeyd edilən məlumatları sistemə elektron formada daxil edilməlidir.

- Rayonun adı;

- İstehlakçının ünvanı (küçə/qəsəbə/kənd, ev nömrəsi, mənzil nömrəsi);

- Bina evi və ya həyət evi seçimi;

- İstehlakçının şəxsiyyət vəsiqəsinin FİN kodu;

- Texniki şərt sənədinin elektron formada yüklənməsi(zəruri olduqda);

- Mülkiyyəti təsdiq edən sənədin (çıxarış, sərəncam, bələdiyyə qərarı, order və s.) elektron formada yüklənməsi;

- Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın elektron formada yüklənməsi;

- Müraciət edənin telefon nömrəsi;

- Müraciət edənin elektron poçt ünvanı;

- Müraciətlə bağlı qeydlər.

Təqdim olunan məlumatlar düzgün olduğu təqdirdə müraciət icra olunur və abonentin elektron poçt ünvanına yeni müqaviləni imzalaması üçün sukanal idarəsinə yaxınlaşması barədə bildiriş göndərilir. Əgər abonentin təqdim etdiyi hər hansı məlumatda yanlışlıq və ya anlaşılmazlıq aşkar edilərsə, bu barədə onun elektron poçt ünvanına məlumat ötürülür və məlumatın dəqiqləşdirilməsi tələb olunur.

Texniki şərt almış istehlakçılar bu xidmət vasitəsilə "Azərsu" ASC-nin abonent bazasında qeydiyyata alınır, su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsi üçün onlarla müqavilə bağlanır və abonent kodu verilir.

Qeyd edək ki, "Elektron hökumət" portalının operatoru Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin 2017-ci il üzrə açıqladığı statistikaya əsasən, "Azərsu" ASC elektron xidmətlərdən istifadə sayına görə 5-ci yeri tutub. Ötən il elektron xidmətlərlə əlaqədar Cəmiyyətə 347 min, bu ilin 6 ayında isə 225 min müraciət daxil olub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1162   Tarix: 10 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ev dustaqlığına buraxılıb. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib. Məlumatı onun vəkili Bəhruz Bayramov da təsdiq edib. Xatırladaq ki, ötən həftə Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.

22 aprel
.

"McDonald’s Azərbaycan" və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEO

"McDonald’s Azərbaycan" şirkətinin və Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə qazi övladları üçün 23 aprel Ümumdünya Kitab Gününə həsr olunmuş seminar təşkil olunub. Bakı şəhəri və ətraf ərazilərdə yaşayan 30-a yaxın qazi övladının iştirak etdiyi seminarda xüsusi qonaq qismind

23 aprel
.

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) "İmprotex İndustries" MMC (VÖEN – 1401813511) ilə satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə ANAMA minatəmizləmə texnikaları, ehtiyat hissələri və təlim xidmətlərini

23 aprel
.

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

"Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar ki, bu da çox önəmlidir". APA xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Böyük Britaniya mətbuatına müsahibəsində söyləyib. Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında SSRİ-nin süqutu dövründ

23 aprel
.

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

"Qobu Park-3" yaşayış massivində məcburi köçkünlər üçün tikilən binanın əyilməsi ilə bağlı məlumat vermişdik. Qeyd edək ki, kompleksə daxil olan 26-cı binada bərkitmə işləri aparılması ilə bağlı görüntülər də yayımlanıb. Görüntülərdən məlum olur ki, ərazidə iş aparılarkən heç bir təhlükəsizli

22 aprel
.

Övladları Rəşad Dağlının 40 yaşını belə təbrik etdi - VİDEO

Ötən gün meyxanaçı Rəşad Dağlının 40 yaşı tamam olub. xəbər verir ki, onun övladları Yusif və Betül atalarını təbrik edib, daha sonra kiçik ad günü tortunun şamlarını üfürüblər. Hazırda həbsdə olan Rəşad Dağlını həmkarı Baləli də təbrik edib. O meyxanaçının ad günün gələn il öz evində qeyd etməsini arzulayıb

22 aprel
.

"Azərbaycan Rusiya arasında əməkdaşlıq və dostluq əlaqələrin möhkəmlənməsi regiona davamlı təhlükəsizlik gətirir" - DEPUTAT

"22 aprel 2024-cü ildə Prezident İlham Əliyevin Rusiyanın dəvəti ilə Moskvaya səfər etməsi ölkələrimiz arası münasibətlərin inkişafında yeni bir səhifə açacaqdır". Bunu -a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, dövlət başçımızın işgüzar səfəri çərçivəsində ölkələr aras

23 aprel
.

Məktəb direktoru həmin qadından 300 min alıbmış

Məktəb direktoru həmin qadından 300 min alıbmış. Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Əkbərova Cinayət Məcəlləsini

23 aprel
.

"Baku electronics"ə cərimə yazılmasının səbəbi açıqlandı

"Baku electronics" MMC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 44.2-ci (Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir

23 aprel