Azərbaycanda 4 oğlandan dəhşətli əməl: insanlara gizlicə yaxınlaşıb... - Şok təfərrüat

Azərbaycanda 4 oğlandan dəhşətli əməl: insanlara gizlicə yaxınlaşıb... - Şok təfərrüatSumqayıt şəhərində soyğunçuluq, quldurluq və hədə-qorxu yolu ilə pul tələb etmə cinayətləri törətməkdə təqsirli bilinən 2002-ci il təvəllüdlü Rüfət İmanverdiyevin və onunla birlikdə cinayət törədən yetkinlik yaşına çatmayan və azyaşlı olan dostlarının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Rüfət İmanverdiyev 24 oktyabr 2016-cı il tarixdə, saat 18 radələrində Sumqayıt şəhəri 7-8-12-ci məhəllə ərazisinə gəlib.

Rüfət İmanverdiyev həmin məhəllədə ev 14, mənzil 17-də kirayədə yaşayan tanışı Kamal Abbaslını həyətə çağırıb və onu 38 nömrəli tam orta məktəbin yaxınlığına apararaq ona pul verməsini istəyib.

Pul istədi, telefonunu aldı

Bu zaman Kamal Abbaslı ona pulunun olmadığını bildirib. Rüfət ona bıçaqla hədə-qorxu gəlib, istifadəsində olan mobil telefonunu ona verməsini tələb edib. Kamal Abbaslı onun tələbini yerinə yetirməkdən boyun qaçırıb.

Buna görə də Rüfət İmanverdiyev məqsədinə nail olmaq üçün şillə və yumruqla Kamal Abbaslının bədəninin müxtəlif nahiyələrinə və üzərində olan bıçağın arxa hissəsi ilə baş nahiyəsinə vurub. O, Kamal Abbaslını hədələyərək, 200 manat dəyərində "Samsung Galaxy J3" markalı mobil telefonunu alıb.

İnternet kluba gəldi, pul tələb etdi

Bundan başqa, Rüfət İmanverdiyev həmin ilin dekabrın 14-də, gecə saat 01 radələrində Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən Abil Allahverənova məxsus "İdeal" internet kluba gəlib. Orada müştərilərə faktiki xidmət göstərən Emin Məmmədova öz "odnoklassnik" hesabına pul köçürtmək istədiyini deyib, kompüterdə olan ödəniş sistemini açdırıb, pulu olmadığına görə hesaba pul köçürmək istəməyən Emin Məmmədovun üstünə qışqıraraq kompüter arxasından durmasını tələb edib.

Bundan sonra Rüfət İmanverdiyev özü kompüter arxasına keçərək həmin sistem vasitəsilə öz istifadəsində olan oyun hesabına 500 manat pul köçürərək və saxlanc yeri hesab olunan kassanın açıq olmasından istifadə edib, oradan Abil Allahverənova məxsus 100 manat pulu götürüb.

Avtomobil qaçırdı, qəza törətdi

Daha sonra Rüfət İmanverdiyev 13 fevral 2017-ci il tarixdə, gecə saat 01 radələrində sərxoş vəziyyətdə Nadir Novruzova məxsus "VAZ-2107" markalı, 90-EB-097 dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri ərazisində yerləşən "Metallurq" kafesinin qarşısından talama məqsədi olmadan qaçırıb. O, avtomobili Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisində qaz borusuna vuraraq Nadir Novruzova 1440 manat maddi ziyan vurub.

Dostları ilə birləşib internet kluba gəldi

Rüfət İmanverdiyev həmin gün saat 04 radələrində Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən Abil Allahverənova məxsus "İdeal" internet kluba gəlib, sonuncuya məxsus əmlakı ələ keçirmək fikrinə düşüb.

Rüfət İmanverdiyev özü ilə gətirdiyi şəxslərlə razılığa gəliblər. Razılığa əsasən, gələn olduğu halda məlumat verməsi üçün bir nəfər klubun qapısının qarşısında, başqa şəxs isə klubun içində dayanıb.

Bu zaman Rüfət İmanverdiyev klubda müştərilərə xidmət göstərən Rafiq Əfəndiyevdən 50 manat borc pul istəyib. Sonuncu pulunun olmadığını deyib.

Amma Rüfət İmanverdiyev bu cavabla qane olmayıb, o, kompüter stolunun üzərində olan kassanın açarını icazəsiz götürərək saxlanc yeri hesab olunan kassanı açıb, içərisindəki Abil Allahverənova məxsus 650 manat pulu ələ keçirib.

Vəziyyətə baxdığı yerə gələndən pul tələbi

Rüfət İmanverdiyev daha sonra fevralın 28-də Abil Allahverənova məxsus "İdeal" internet kluba gəlib, orada olan Rahib Rüstəmovu çölə çağıraraq yaxınlıqda heç kimin olmadığı yerə aparıb.

Orada Rüfət İmanverdiyev onun vəziyyətinə baxdığı yerə gəldiyinə görə ona pul verməli olduğunu Rahib Rüstəmova bildirib.

Rahib Rüstəmov üstündə 41 manat və bir manatlıq qəpik pullar olduğunu deyib, qəpikləri çıxararaq ona göstərib. Bu vaxt Rüfət İmanverdiyev əlilə vurması nəticəsində qəpiklər ətrafa səpələnib.

Döyülərək qarət edildi

Bundan sonra Rahib Rüstəmovun ünvanına nalayiq söyüşlər söyüb, təpiklə vuraraq, onu yerə yıxıb. Sonra yerdən qaldıraraq, bir daha yerə çırpıb, yerdə olan vaxt onu yumruq, təpiklə bədənin müxtəlif nahiyələrindən zərbələr vurub.

Sonra o, bıçaqla Rahib Rüstəmovun sol ayağına vuraraq ona sol gicgah nahiyəsinin və üzün yumşaq toxumalarının şişkinlik fonunda əziyi ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər yetirib, 41 manat pulunu ələ keçirib.

Daha bir internet klubunun sahibinə hədə

Bundan başqa Rüfət İmanverdiyev Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən "Red club" internet kafedə işləyən Orxan Əlizadədən pul tələb etmək qərarına gəlib.

Bu məqsədlə o, avqustun 7-də, saat 18 radələrində sosial şəbəkə vasitəsi ilə tanışını həmin kafeyə çağırıb, özü ora daxil olub. Bir müddət sonra ora gələn həmin şəxs ilə söhbət edib, sonra həmin şəxsə çöldə dayanaraq kənar şəxslərin gəldiyi halda məlumat verməsi, onun Orxandan pul tələb etməsi barədə razılığa gəlib.

Sonra həmin gələn şəxs öz rolunu yerinə yetirmək üçün bayıra çıxıb. Rüfət İmanverdiyev Orxan Əlizadədən pul tələb edib. Sonuncu pul verməkdən imtina etdikdə üstündə gəzdirdiyi bıçaqla onun sol buduna dirəyib, onu vuracağı ilə hədələyib, əlində olan dəyəri 600 manat təşkil edən "Samsunq J7" markalı mobil telefonu ələ keçirib.

Parkda mütəşəkkil cinayət

Daha sonra Rüfət İmanverdiyev Sumqayıt şəhəri, "Nəsimi" adına parkda olan oturacaqda oturmuş İlkin Kərimovdan pul tələb etmək qərarına gəlib. O, digər dostları ilə birlikdə, birinin kənar şəxslər gəldiyi halda məlumat verməsi üçün kənarda dayanması, digərləri Gülməmməd Hüseynovun, Vasif Hacıyevin və özünün İlkin Kərimovu dairəyə almaqla pulun alınması barədə razılığa gəlib.

Bundan sonra Rüfət İmanverdiyev İlkin Kərimova yaxınlaşıb, ondan pul istəyib. Sonuncu onlara az miqdarda pul verə biləcəyini deyərək şalvarının arxa cibində olan pul qabını çıxarıb 1 manat Gülməmməd Hüseynova verib.

Bu zaman Rüfət İmanverdiyev üstündə olan pulun hamısını verməyi tələb edib. İlkin Kərimov onların tələbini yerinə yetirməkdən imtina edib.

Bundan əsəbiləşən Rüfət İmanverdiyev İlkin Kərimovun yaxasından tutaraq sifət və boyun nahiyəsinə zərbələr vurub, digər şəxslər isə badalaq vuraraq onu yerə yıxıblar.

İlkin Kərimovun əynində olan cins şalvarının arxa sağ cibindən dəyəri 8 manat olan pul qabının içərisində olan 190 manat pul olan pul qabını götürüblər.

Bu zaman yerdən qalxan İlkin Kərimov onlara tərəf gəlmək istəyib. Rüfət İmanverdiyev İlkin Kərimovu üstündə gəzdirdiyi bıçaqla vuracağı ilə hədələyib.

8 maddəli cinayət işi

İstintaq orqanı tərəfindən Rüfət İmanverdiyevin barəsində Cinayət Məcəlləsinin 180.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən soyğunçuluq törətmək), 180.2.2-ci (təkrar soyğunçuluq törətmək), 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək), 181.2.2-ci (təkrar quldurluq törətmək), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək), 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə),182.2.3-cü (zor tətbiq etmə ilə bağlı hədə-qorxu gəlmə) və 185.2.2-ci (təkrar talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işində adı keçən digər təqsirli bilinən şəxslərin barəsində isə Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə ittiham verilib.

4 il həbs və şərti cəzalar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rüfət İmanverdiyev 4 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, onlara şərti cəza verilib.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror yetkinlik yaşına çatmayan Rüfət İmanverdiyevin cəzasının ağırlaşdırılmasını tələb edib.

Cəza 1 il artırıldı

Prokurorun protesti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Elman Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim heyəti apelyasiya protestinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, prokurorun protesti qismən təmin edilib və Rüfət İmanverdiyevin cəzası 5 ilə qədər artırılıb.

///Publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1890   Tarix: 10 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Ərini kürəklə öldürüb cəsədini yandırdı

Neftçalada ərini öldürüb yandıran Şahzadə Məhərrəmovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. " "a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlkin Abdullayevin icraatına verilib. Qeyd edə

1 sentyabr 2021
.

Prokurorluq keçmiş polis rəisinin bıçaqlanması ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

Avqustun 24-ü saat 21 radələrində Xaçmaz rayon sakini Əsgərbəyli Əliağa Aydın oğlunun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub. Xaçmaz Rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarl

25 avqust 2021
.

Yerdə xırıldayanda yenə bıçaqladım, çünki... - "Emin 444"ün qətli

Kriminal aləmdə "Emin 44" kimi tanınan Emin Səfərovun qətlinə görə həbs edilmiş şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. -a istinadən xəbər verir ki, artıq məhkəmə araşdırması yekunlaşmaq üzrədir. Sonuncu prosesdə məhkəm

12 sentyabr 2021
.

İmişlidə mübahisə qanlı bitdi: 32 yaşlı kişi bıçaqlandı

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Şahverdili kəndində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Səbuhi Sabir oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmi

5 sentyabr 2021
.

Azərbaycanda qayınata 19 yaşlı gəlinini boğaraq öldürdü

Naxçıvan Muxtar Respublikasında (MR) qətl hadisəsi baş verib. -ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, MR-in Babək rayonunda 67 yaşlı Əli Məmmədov gəlini 19 yaşlı Jalə Məmmədovanı boğaraq qətlə yetirib. Ə.Məmmədov tutulub. Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılı

13 sentyabr 2021
.

Daşkəsəndə 72 yaşlı kişi güllələnib

Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Özünün dediyinə görə

31 avqust 2021
.

Azərbaycanda oğul atasını baltayla öldürdü

2021-ci il iyunun 9-da Quba rayonu Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb. Quba Rayon Prokurorluğunda aparılan istintaqla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminind

1 sentyabr 2021
.

Azərbaycanda iki qardaş bıçaqlandı: Biri öldü - YENİLƏNİB

Sentyabrın 12-i saat 23:00 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri – Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşvik Zeynalova isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağstafa Rayon Prokurorluğunda aparılan araşdırmalarla 1986-cı il təvəllüdl

13 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏT - Arvad ərini öldürüb, kolluqda gizlətdi

Neftçala rayonunda 9 il əvvəl törədilərək bağlı qalmış cinayətin açılması təmin edilmişdir. Baş Prokurorluqdan -a verilən məlumata görə, 09.02.2013-cü il tarixdə Neftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən qəbirstanlığın yanındakı kolluq ərazidə çürümü

10 sentyabr 2021