Deputat: "Kim harada istəyir, haqqını ödəyib bina tikir"

Deputat: "Kim harada istəyir, haqqını ödəyib bina tikir"Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir çox məqamlara toxunub. Tikinti sahəsindəki pərakəndəliyə diqqət çəkən ölkə başçısı qeyd edib ki, bəzən memarlıq baxımından çox eybəcər binalar tikilir:

"Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır. Qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a ölkə başçısının göstərişlərindən sonra bu sahədəki neqativlərin tədricən aradan qalxacağına ümid etdiyini bildirib:

"Prezident bir çox məsələlərə toxundu. Azərbaycanda altı ayın nəticələri açıqlandı. Bildiyiniz kimi, altı ayda ÜDM-də, qeyri-neft sektorunda, sərmayə qoyuluşunda müəyyən qədər artım var. Bununla bərabər, prezident Mingəçevirdəki hadisələrə görə haqlı olaraq günahkarların düzgün cəzalandırılmasını tələb etdi. Korrupsiya və rüşvətxorluq məsələlərinə diqqət çəkdi".

Deputatın sözlərinə görə, ümumiyyətlə tikinti sahəsində özbaşınalıq hökm sürür:

"Kim harada istəyir, haqqını ödəyir bina tikir. Sonra da bir evi bir neçə adama satır. Hazırda Bakının Baş Palnı hazırlanır. İlham Əliyevin də xəbərdalıqda bildirdiyi kimi, İcra Hakimiyyəti orqanları buna diqqəti artırmalıdırlar. İindi bütün yük Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə düşür. Çünki nəzarət mexanizmi Komitəyə verilib. Düzü elə sovet dövründə də belə komitə vardı, hansı ki, tikinti işlərini həyata keçirirdi. Amma hazırkı proseslərin vahid mərkəzdən idarə olunmağı sevindirici haldır. Xüsusilə Komitəyə cəlb edilən yeni kadrlara göstərilən etimadı doğrultmağın vaxtıdır. Mütəxəssislər araşdıracaq, standartlara uyğun tikintiyə icazə veriləcək, uyğun olmayanına icazə verilməyəcək".


Sonxeber.az Telegramda izləyin
Sosial   Baxılıb: 1183   Tarix: 10 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Ailənin tək oğullarının əsgər aparılıb-aparılmayacağına aydınlıq gətirildi

Ermənistanın yeni hökuməti ötən həftə "Hərbi xidmət və hərbçinin statusu haqqında" qanuna dəyişikliklər edib. Yeni dəyişikliklərə əsasən, Ermənistanda ölən hərbçilərin qardaşları və övladları orduda xidmətdən azad olunacaqlar. Amma bu şəxslər ailədə tək oğul qaldıqları halda hərbi xidmətdə

10 iyul 2018

"Atamı çox qınamışam" - Elçibəyin oğlu

Sonxeber.az Kulis.az-a istinadən Azərbaycan milli azadlıq hərəkatının liderlərindən biri, eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevlə müsahibəni təqdim edir.. . - Bu gün burda, Elçibəyin doğulduğu Kələki kəndində 80 illik yubileyi qeyd olundu. Hansı hisslər keçirdiniz, nələr yaşadınız?.

10 iyul 2018

Mingəçevirdəki qəzaya səbəb nə olub?

"Energetikada xırda məsələ yoxdur. Hər hansı kiçik bir məsələ çox böyük miqyas ala bilər və qəzanın genişlənməsinə səbəb olar".. . Sonxeber.az xəbər verir ki, bunu "Xalq Qəzeti"nə Azərbaycan -Texniki Universitetinin dosenti, Əməkdar mühəndis Qara Həsənov Mingəçevirdəki "Azərbaycan"

10 iyul 2018

Azərbaycanda bu ixtisaslar üzrə təhsilhaqqı artdı

Bu il ali məktəblərə qəbul üzrə IV ixtisas qrupunda plan yerləri azaldılıb və dəyişikliklər edilib.. . . Bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.. . . Təhsil eksperti deyib ki, bu il IV ixtisas qrupu üzrə yeni ixtisaslar da yaranıb:. . . 1. Bitki mühafizəsi. . 2. Bağcılıq və tərəvəzçilik.

10 iyul 2018

Akif Əlizadədən Mingəçevir İES-dəki hadisəyə REAKSİYA

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş vermiş hadisəyə münasibət bildirib.. . Sonxeber.az apa-ya istinadən xəbər verir ki, A. Əlizadə AMEA magistrlərinin məzun günündə çıxışı zamanı bildirib ki, Mingəçevir İES-d

10 iyul 2018

"Azərsu"dan Mingəçevir qəzasının fəsadları barədə

Mingəçevirdə baş verən 3 iyul tarixli enerji qəzasından sonra içməli su təminatında yaranan fasilə tamamilə aradan qaldırılıb.. . . Bu barədə Modern.az-a məlumat verən "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı bildirib ki, artıq su verilişində rejim tam bərp

10 iyul 2018

Taksi sürücüləri ilə bağlı YENİLİK

Regionlarda istismar edilən taksi minik avtomobillərinin qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab vermədiyinə dair vətəndaşlardan daxil olan sorğulara əsasən bildirək ki, taksi daşımalarının sosial əhəmiyyətini nəzərə alaraq, bu sahədə Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən yumşa

10 iyul 2018

"Azərsu"da YENİLİK

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə müasir informasiya texnologiyaların tətbiqini davam etdirir. "Elektron hökumət" portalı haqqında Əsasnamə"nin təsdi

10 iyul 2018

"17 yaşlı qızı əvvəl dizindən vurdu, sonra da alnından…" – Azərbaycan qadınının müharibə hekayəti

Bir qız təsəvvür edin. Məktəbdən, dərsdən qaçıb, böyüklərlə birlikdə mitinqdə "Azadlıq" deyə qışqıran 15 yaşlı bir məktəbli.... . . . ... Bir qız təsəvvür edin. İnstituta daxil olsa da, bir dəfə belə, ora ayaq basmayan, əvəzində könüllü şəkildə hərbi hospitalda işləyib, yaralı əsgərlərin qayğısın

10 iyul 2018