Deputat: "Bu hadisə ölkə başçısının iqtisadi siyasətinə xəyanət idi"

Deputat: "Bu hadisə ölkə başçısının iqtisadi siyasətinə xəyanət idi""Prezident İlham Əliyev iyulun 8-də Nazirlər Kabinetinin iclasında geniş xarakterli və ölkənin iqtisad-sosial sahələrinin bütün tərəflərini özündə etiva edən fikirlər səsləndirib. Bu fikirlərdə əvvəlki inkişafın məntiqinə uyğun olaraq son 6 ayda da Azərbaycanın inkişafında əldə edilən uğurlar üzərində konkret rəqəmlərlə ətraflı dayandı və inkişafın ayrı-ayrı tərəflərini diqqətə çatdırdı. Ölkə başçısının aparmış olduğu uğurlu islahatlar nəticəsində Azərbaycan dünya miqyasında inkişaf baxımından diqqəti cəlb edən ölkələrdən birinə çevrilib. İki faktı demək kifayətdir : Azərbaycan inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə 3-cü yerdədir. Eyni zamanda ölkəmiz ayrı-ayrı sahələrdə Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, əhəmiyyətli yerlərdən birini tutur. Bu artıq inkişafımızın səviyyəsini ortaya qoyan konkret amillərdir".

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Prezident İlham Əliyev iyulun 8-də Nazirlər Kabinetinin iclasındakı yekun çıxışı zamanı qeyd etdiyi məsələlərə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, Prezidentin çıxışında diqqəti cəlb edən digər məqamlardan biri məmur məsuliyyətinin artması və bu məsuliyyətin onun fəaliyyətində yer tutmasının önəmi ilə bağlı oldu.

"Bir neçə gün bundan öncə "Azərenerji"nin günahı ucbatından ölkənin qaranlığa qərq olunması ilə bağlı Prezidentin keçirmiş olduğu müşavirədə dediyi sərt fikirlər bir daha təkrarlandı. Deyilən fikirlərdən çıxarılan nəticə belə bir fikir deməyə əsas verir ki, ölkə prezidenti bu cür nöqsanlara, məsuliyyətsizliyə, cinayətə güzəşt etməyəcək. Əlbəttə, nöqsan varsa aradan qalxmalıdır. Ancaq cinayət varsa, mütləq cəza olmalıdır. Və "Azərenerji"nin günahı ucbatından baş vermiş hadisə ölkə başçısının uzun illərdən bəri həyata keçirdiyi iqtisadi siyasətə tamamilə ziddir. Hətta mən deyərdim ki, bu xəttə xəyanətdən başqa bir şey deyil. Ona görə bu məsələnin önə çəkilməsi əlbəttə təsadüfi deyil. Hər kəs nəticə çıxarmalıdır. Məmur məsuliyyətli, peşəkar olmalıdır. Kim bu məsuliyyətdən, peşəkarlıqdan uzaqdırsa, ölkə prezidentinin söylədiyi kimi, o, heç bir zaman komandada yer almayacaq. Mən istisna etmirəm ki, onlar haqqında da cinayət işi açılacaq".

F.Ağamalı deyib ki, 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərindən sonra Azərbaycan yeni bir mərhələyə qədəm qoyub.

"Bu, ölkə prezidentinin islahatları daha da dərinləşdirmək və bütün sahələrdə şəffaflığı təmin etmək, korrupsiyaya qarşı kəskin mübarizə aparmaq, vətəndaşlara qarşı diqqət və qayğını yüksəltmək, Azərbaycanı tezliklə dünyanın inkişaf etməkdə deyil, inkişaf etmiş ölkələi sırasına çıxarmaqdır. Ona görə də məmurlar onlara verilmiş olan səlahiyyətlərdən sui-istifadə etməli deyillər. Xalqa xidmət etməkdən şərəfli heç nə ola bilməz. Bu şərəf hər kəsə qismət olmur. Ona görə də yüksək səviyyəli məmurlar, Azərbaycan xalqı ilə işləyən məmurlar bu şərəfin məsuliyyətini hər zaman dərk etməlidir. Bunu unutmaq olmaz. Unudanlar ölkə başçısının sərt iradəsi və Azərbaycan qanunlarının bütün şərtlərilə cəzalandırılacaqlar".

Deputat qeyd edib ki, müvafiq qurumlar ölkə başçısının qanunsuz tikililərlə bağlı səsləndirdiyi fikirlərindən nəticə çıxarmalıdır.

"Tamah ucbatından Bakı və digər böyük şəhərlərdə insanların dincəldiyi, uşaqların oyun yerlərinin tikinti meydançalarına çevrilməsi yolverilməzdir. Görünür ki, ölkə başçısı qanunsuz tikililərlə bağlı gizli məlumatlara malikdir. Xalqın istirahəti, narahatlığının pozulması üzərində biznes qurulmalı deyil. Ev tikmək lazımdır. Buna ehtiyac da var. Amma qanuni surətdə. Bir də ev tikən zaman Bakının mərkəzində ev tikmək lazım deyil. Bakının kənarında ev tikmək lazımdır. Hesab edirəm ki, ölkə başçısı çox haqlı olaraq qanunsuz tikililərin üzərində dayandı".

F.Ağamalı deyib ki, bütün sahələrdə özünü göstərən nöqsanlar, səhvlər, məsuliyyətsizlik və cinayətlər Nazirlər Kabinetinin 6 aylıq hesabatı zamanı ölkə başçısının dilindən səsləndirildi:

"Xəbərdarlıqlar edilib. Mən əminəm ki, bu xəbərdarlıqdan hər kəs özü üçün nəticə çıxaracaq. Səlahiyyətli orqanlar nöqsanların aradan qaldırılması istiqamətində öz addımlarını atacaq. Yəqin ki, biz ölkə başçısının bu çağırışlarının qısa zaman kəsiyində konkret nəıticələrini görəcəyik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 889   Tarix: 10 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan-Qırğızıstan münasibətləri türk dünyasının birliyinə mühüm töhfələr verir

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaql

24 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19 aprel
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22 aprel
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19 aprel
.

Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edib

"Azərbaycan və Ermənistan ilk dəfə olaraq problemi danışıqlar masası arxasında həll ediblər". Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edərkən jurnalistlərə açıqlamasında bildirib. "İstəməzdim ki, baş verənlərə ço

20 aprel
.

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır. xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib:. "Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan memorandumla Qarabağ regionunda atəşkəsə nəzarət və pozuntuların qarşısını

18 aprel
.

Prezident İlham Əliyev Rusiyada səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfərə gedib. xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digə

22 aprel
.

Prezident: "Rusiya ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk"

"Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Prezident İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib. "Baykal-Amur magistral

22 aprel
.

Prezident: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"

"Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin delimitasiyası olsun". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP2

23 aprel