Azərbaycanda 3 nəfərin öldüyü dəhşətli ailə qəzasının görüntüləri yayıldı - VİDEO

Azərbaycanda 3 nəfərin öldüyü dəhşətli ailə qəzasının görüntüləri yayıldı - VİDEOBakı-Qazax magistral yolunda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sonxeber.az ARB TV-yə istinadən xəbər verir ki, yolun 375-ci kilometrliyində, Göygöl rayonu ərazisində "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dəmir maneəyə çırpılıb.

Nəticədə xəsarət alan sürücü, Tərtər rayon sakini, 30 yaşlı Fuad Aydınzadə xəstəxanada, onun anası Bənövşə Aydınzadə və 7 aylıq övladı isə hadisə yerində ölüblər. Fuad Aydınzadənin həyat yoldaşı və bacısı, 36 yaşlı Nigar Aydınzadə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Hadisə   Baxılıb: 2647   Tarix: 11 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR