Bakıda 5 mərtəbəli binanı qanunsuz tikirmişlər

Bakıda 5 mərtəbəli binanı qanunsuz tikirmişlərBakı şəhəri, 5-ci mikrorayon sakinləri tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həyətlərində qeyri-qanuni tikinti işlərinin başlanması ilə bağlı müraciət daxil olub.

Sonxeber.az xəbər verir ki, müraciətə əsasən Komitənin əməkdaşları tərəfindən şəhərsalma nəzarəti çərçivəsində əraziyə baxış keçirilib.

Bakı şəhəri, Nəsimi rayonu, 3005-ci məhəllə, 20 Yanvar küçəsində yerləşən 22 və 24 nömrəli yaşayış binalarının arasında Abbas Həsən oğlu Hüseynov tərəfindən 5 mərtəbəli yaşayış binasının inşası üçün tikinti çalasının qazıldığı müəyyən edilib.

Aparılmış araşdırma nəticəsində məlum olub ki, tikinti üçün icazə sənədlərinin hazırlanması prosesinin başlanmasına baxmayaraq, həmin proses başa çatdırılmayıb və Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən sözügedən ünvanda tikintiyə icazə verilməyib.

Eyni zamanda, tikintinin aparılması məqsədilə hazırlanmış ərazi planlaşdırılması sənədləri Azərbaycan Respublikasının müvafiq şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan tərtib edilib. Belə ki, mövcud 22 və 24 nömrəli yaşayış binalarının sakinlərinin ümumi istifadəsində olan həyətdə yeni binanın yerləşdirilməsi layihəsində ərazinin tikinti sıxlığı yolverilən göstəricilərdən yüksək hesablanıb, həmçinin mənzillərin sayına uyğun avtomobillərin parklanma yerlərinin, ərazidə uşaq oyunları və yaşlıların istirahəti üçün meydançaların, təsərrüfat məqsədli sahələrin nəzərdə tutulması və s. ilə bağlı tələblər gözlənilməyib.

Azərbaycan Respublikası Prezidentinin 24.11.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları"nın 5.1.2-ci bəndini rəhbər tutaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri və Nəsimi rayonu icra hakimiyyətlərinə 20 Yanvar küçəsində yerləşən 22 və 24 nömrəli binaların arasında 5 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsindən imtina edilməsi ilə bağlı icrası məcburi olan "Göstəriş" göndərilib.

Göndərilən sənədə əsasən, hazırda həmin ünvanda tikinti məqsədləri üçün aparılan işlərin dayandırılması, habelə ərazinin əvvəlki vəziyyətinə qaytarılmasının təmin edilməsi barədə tədbirlər görülməlidir. Eyni zamanda, məsələ ilə bağlı məlumat Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə də göndərilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1253   Tarix: 11 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

Marketlər müştərini ALDADIR: Yalançı, yoxsa real endirimlər? - AÇIQLAMA

Bütün mağazalarda endirim kampaniyaları olur. Bayram günləri, həftə sonları müəyyən kampaniyalar mövcud olur. Amma bəzən müştəri cəlb etmək məqsədi ilə mağazalarda süni endirimlər edilir. "40, 50, 70 faiz endirim edilir " deyə? elanlar yapışdırırlır, amma mağazada ya o qədər endirim olmur

24 aprel
.

Hadrutdan ürəkaçan görüntülər - Video

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər İTV-də yayımlanıb. Bildirilib ki, burada tikilən hər bir bina xüsusi memarlıq üslubuna görə seçiləcək. Artıq tikililərin layihələndirmə işləri yekunlaşıb. Daha ətraflı süjetdə

24 aprel
.

Bakının mərkəzində yeni PUL TƏLƏSİ - VİDEO

Metronun "28 May" stansiyasının ətrafında yeni yaradılan pul tələsi diqqət çəkib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, insanlar müəyyən məbləğ ödəyərək, turnikə çıxır və onlardan 2-3 dəqiqə turnikdə asılı qalmaq tələb olunur. Bunun öhdəsindən gələn şəxslərə isə 50-10

24 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub. Bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. Belə ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Biblioqrafiya şöbəsinin bazasında daxili imkanlar hesabına Biblioqrafik resursların yaradılması şöbəsi və Biblioqrafik və elektron informasiy

24 aprel
.

Sabah 31 dərəcə isti olacaq

Aprelin 25-ə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfer təzyiq

24 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24 aprel