"Gəncəlilər cinayətkar ünsürləri rədd etdilər" – Ziyafət Əsgərov

"Gəncəlilər cinayətkar ünsürləri rədd etdilər" – Ziyafət ƏsgərovAzərbaycanın xüsusilə son 10-15 ildə sürətli dinamik inkişafı bir sıra xarici dairələrin yuxusuna çoxdan haram qatıb. Azərbaycan böyük iqtisadi-ticari, infrastruktur layihələr həyata keçirir, beynəlxalq enerji proyektlərində iştirak edir. Azərbaycanın bu inkişafını gözü götürməyən qüvvələr var və onlar bu gün yatmayıblar, çalışırlar ki, hər vəchlə hadisə törədib qarışıqlıq yaratsınlar.

Bu sözləri Teleqraf.com-a açıqlamçasında Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov dünən Gəncədə baş verən hadisəyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda uzun müddətdir ki, ictimai-siyasi sabitlik hökm sürür: "Təəssüf ki, daxildə bu sabitliyi pozmağa cəhd edən qüvvələr tapılır və onlar bunu öz xarici himayədarlarının köməyi ilə etməyə çalışırlar. Prezidentin təyin etdiyi icra başçısına qarşı terror aktının, ictimai asayişin pozulmasının qarşısı birmənalı olaraq alınıb və bundan sonra da alınacaq. Azərbaycan oturuşmuş, möhkəm dayaqlar üzərində bərqərar olmuş dövlətdir. Azərbaycan Respublikasının Konstitusiya quruluşuna, dövlət müstəqilliyinə, suverenliyinə əl uzadan insanlar dərhal cəzalarını alacaqlar. Bu gün ölkəmizdə möhkəm qanunçuluq rejimi və hüquq qaydası var. Hər şey hüquq qaydası və qanun çərçivəsində həll olunmalıdır. Bundan kənara çıxan şəxslər mütləq cəzalarını almalıdırlar. Hüquq-mühafizə orqanlarının rəsmi bəyanatında vurğulanıb ki, hadisədə cəmi 150-200 nəfər olub və Gəncə camaatı onları müdafiə etməyib. Gəncəlilər hər zaman dövlətçiliyin və prezidentin yanında olub və müdafiə edib. Gəncə camaatına bir daha təşəkkür edirəm, onlar həmişə olduğu kimi bu dəfə də mübarizlik göstərdilər və cinayətkar ünsürləri rədd etdilər. Bu cür hərəkətlərin heç bir perspektivi yoxdur və ola da bilməz. İctimai asayişin bərpası zamanı iki zabitimizin həlak olmasına təəssüf edirəm. Onların ailələrinə baş sağlığı verirəm, Allahdan rəhmət diləyirəm. Onlar ictimai-siyasi asayişin qorunması zamanı igidlik göstərdilər, namusla, qeyrətlə, vicdanla öz vəzifəsini icra etdilər".

Ziyafət Əsgərov vurğulayıb ki, cəmiyyətdə heç bir narahatlığa əsas yoxdur: "Hadisədir baş verib, hüquq-mühafizə orqanları bununla məşğuldur, araşdırma aparıb ictimaiyyətə geniş məlumat veriləcək. Azərbaycan hüquqa, qanunçuluq rejiminə əsaslanan dövlətdir və onun möhkəm strukturları, hüquq-mühafizə orqanları var".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 994   Tarix: 11 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

19 aprel
.

Azərbaycan Prezidenti Rusiyaya səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyaya səfər edəcək. xəbər verir ki, bu barədə Kremldən bildirilib. Qeyd olunub ki, Azərbaycan lideri rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Onlar Heydər Əliyevin SSRİ Nazirlər Sovetində işlədiyi illərdə tikintisinə rəhbərlik etdiyi Baykal-Amu

19 aprel
.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel
.

Rusiya Prezidenti: "Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb"

"Bu günlər biz Baykal-Amur Magistralının 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, Sizin atanız bu layihənin icrasında böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşdə deyib

22 aprel
.

"Fransız deputatlar Azərbaycan əleyhinə qarayaxma kampaniyasında oyuncağa çevrilib" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

18 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19 aprel
.

İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb. xəbər verir ki, bu vəzifə Anar Axundova həvalə edilib. O, 1975-ci ildə anadan olub, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə bitirib, əmək fəaliyyətinə "Bakı Banklararas

18 aprel
.

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfir

23 aprel