Gəncənin deputatı: 30 dəqiqə ərzində şəhərdə asayiş tam bərpa edildi

Gəncənin deputatı: 30 dəqiqə ərzində şəhərdə asayiş tam bərpa edildi"İyulun 10-da Gəncədə bir qrup pozucu dəstənin qeyri-qanuni aksiya keçirməyə cəhd göstərməsi Azərbaycanın müstəqilliyinə, sabitliyinə qənim kəsilən düşmən qüvvələrin məkirli planının bir hissəsi idi. Əlinə soyuq silah, deşici-kəsici alətlər alaraq şəhərin baş meydanında pozucu aksiyalara cəhd göstərmək, təxribat törətmək, xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarını qətlə yetirmək nə dinə, nə də demokratiyaya xidmət edir".

Sonxeber.az bildirir ki, bunu Modern.az-a açıqlamasında Gəncə şəhərinin deputatı Naqif Həmzəyev dünən İcra Hakimiyyəti qarşısında keçirilən icazəsiz aksiyaya münasibət bildirərkən deyib.

N.Həmzəyev bildirib ki, düşmənin çirkin niyyəti baş tutmadı, polis əməkdaşlarının qətiyyətli tədbirləri nəticəsində qanunsuz aksiyanın qarşısını alındı, iğtişaş iştirakçıları saxlanıldı.

"30 dəqiqə ərzində şəhərdə asayiş tam bərpa edildi. Hazırda hüquq mühafizə orqanları vəziyyətə tam nəzarətdə saxlayır. Əfsuslar olsun ki, pozucu niyyətlərini həyata keçirməyə çalışan radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov şəhid oldular. Bu gün Gəncə sakinləri matəm içindədirlər. Azərbaycanın müstəqilliyi, dünyəvilyi, sabitliyi uğrunda şəhid olan polis zabitlərimizi son mənzilə yola saldılar. Allahdan şəhidlərimizə rəhmət diləyir, ölkəmizdə stabilliyi pozmaq istəyən qüvvələri lənətləyirəm".

N.Həmzəyev bildirib ki, vətəninə xalqına xəyanət edib terrora əl atanlar bilməlidirlər ki, ölkəmizə uzanan əllər mütləq kəsiləcək.

"Onlar Azərbaycan qanunları qarşısında mütləq cavab verəcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1057   Tarix: 11 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sahibə Qafarovanın İsveçrəyə səfəri başlayıb

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gəlib. Bu barədə "Report"a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Cenevrə Beynəlxalq Hava Limanında nümayəndə heyətin

22 mart
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28 mart
.

Baş nazir quru sərhədlərinin açılmamasından DANIŞDI

"Quru sərhədlərinin bağlı olmasını ümumdaxili məhsulla bağlamaq düzgün deyil". APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib. Baş nazir bildirib ki, 2021-ci ilin mart ayından Azərbaycanın quru sərhədləri bağlanıb:. "Bu, mənim baş nazir kim

15 mart
.

Paşinyan: "Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb"

Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Milli Assambleyasının Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. O bildirib ki, bu prinsiplər 2022-c

27 mart
.

Paşinyandan Qarabağla bağlı daha bir ETİRAF

Ermənistan prezidenti Nikol Paşinyan bildirib ki, Ermənistan Dağlıq Qarabağda mühacirətdə olan heç bir hökuməti tanımır. -a istinadən xəbər verir ki, bu cür bəyanatlar milli təhlükəsizliyə təhdiddir

28 mart
.

Baş Prokurorluqda Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı brifinq - CANLI

Baş Prokurorluqda Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı brifinq keçirilir. xəbər verir ki, brifinqdə prokurorluq rəsmiləri kütləvi məzarlıqla bağlı vacib açıqlamalar verirlər

18 mart
.

Bayden Prezident İlham Əliyevi təbrik edib

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Prezident. Amerika Birləşmiş Ştatlarının xalqı adından Sizə və Azərbaycan xalqına xoş arzularımı yetirir və Novruz bayramınızın dinc

16 mart
.

Prezident İlham Əliyev terror aktı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskvada törədilmiş dəhşətli terror aktı ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib. "Report" xəbər verir ki, dövlətimizin başçısı başsağlığı məktubunda qeyd edib: "Crocus City Hall" konsert zalınd

23 mart
.

Azərbaycanlı deputat Avronest PA-nın komitə sədri seçildi

Azərbaycan Avronest Parlament Assambleyasının (PA) Sosial məsələlər, işsizlik, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinə sədrlik edəcək. "Report"un xəbərinə görə, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasının 11-ci sessiyasında komitələrin məruzələri dinlənilib

20 mart