Dünyanın ən gənc dövlət başçısı olan xanım siyasətçi haqda MARAQLI FAKTLAR

Dünyanın ən gənc dövlət başçısı olan xanım siyasətçi haqda MARAQLI FAKTLARHakimiyyət, liderlik qadından başqa yalnız güclü qadına yaraşa bilər. Nəzərə alsaq ki, gücsüz qadın yoxdur, deməli, fikrimizi bir daha təsdiqləmiş oluruq.

Bu gün dünyanın ən gənc dövlət başçısı qadın siyasətçi Yeni Zelandiyanın baş naziri Casinda Arderndir. Amma nədənsə insanları tarixin ən gənc baş nazirinin dövlət idarəçiliyində əldə etdiyi nailiyyətləri deyil, yalnız yaşı maraqlandırır. Səbəb isə sadədir: cəmiyyət hələ ki, qadını vəzifə başında qəbul etmək istəmir.

Yəqin ki, bu yazının qəhrəmanının Casinda Ardern olduğunu artıq bildiniz.

Elə isə keçək əsas mətləbə. Casinda öz psixoloji problemləri ilə mübarizəni cəmiyyətlə bölüşən, LGTB və qadın hüquqlarının qoruyucusu kimi tanınan siyasətçidir. Ölkəsində baş nazirin pərəstişkarları "Casindamanlar" adlanır. Həmçinin Arderni sevənlər onu Makrona layiqli rəqib də adlandırırlar.

Ardern bu vəzifəyə layiq olmaq üçün uzun və əziyyətli yol keçib. Toni Bleyr Britaniyanın baş naziri vəzifəsində çalışanda Casinda onun müavini təyin olunur. 2008-ci ildə isə Gənclərin Beynəlxalq Sosial Birliyinin prezidenti seçilir. 2017-ci ildə ölkənin leyboristlər partiyasının lideri vəzifəsinə yüksəlir. 2013-cü ildə Yeni Zelandiyanın eynicinsli nikahlarına dəstək verən siyasətçilərindən biri də Casinda Ardern idi. Hazırda Ardern ətrafına 50 faiz qadın siyasətçi toplayıb.

O deyir ki, mən qadınam, və əminəm ki, dövlətimiz istənilən sahədə öz qadınını sevib qəbul edəcək. Bir il öncə Ardern Yeni Zelandiyanın baş naziri vəzifəsinə təyin olunanda ana olacağı ilə bağlı sualları belə cavabladı: "Düşünürəm ki, bu suallar yaşadığımız dövrə yaraşmır. Qadın özü qərar verər, nə vaxt ana olmağa hazırlaşar, kiminlə ailə qurar və s."

Jurnalistin ona "40 yaşa yaxınlaşan qadınlar adətən ailə və karyera seçimi arasında qalırlar, siz karyeranı seçdiyinizə görə yəqin övlad dünyaya gətirməyəcəksiniz", - sualına Ardern: "Yaşımı xatırlatdığınız üçün sağ olun, amma bu qərarlarımı bölüşmək fikrim yoxdur", - deyir.

"Bəli, siz bu suallarla mənə müraciət edə bilərsiniz, çünki dövləti idarə edən fəal siyasətçiyəm. Amma imkan vermərəm ki, ölkəmin qadınlarının bu və digər seçimləri müzakirə mövzusu olsun", - deyə o qeyd edir.

Bu müsahibədən sonra 36 yaşlı baş nazirə olan rəğbət birə-beş artır, və bütün ölkə qadınlarının sevimlisinə çevrilir. Hazırda 37 yaşlı baş nazirin həyat yoldaşı ölkənin məşhur telekanallarının birində balıqçılıqla bağlı veriliş aparan Klark Geyforddur. Klarkın verilişi dünyanın 20 ölkəsində yayımlanır. Cütlük 4 il öncə tanış olub. Klark parlamentə öz hüquqşünası ilə görüşməyə gələndə təsadüfən Ardernlə tanış olur, və onu qəhvə içməyə dəvət edir. Qısa müddət ərzində cütlük bir-birinə aşiq olur, birgə yaşamağa qərar verirlər. Geyford hər zaman deyir ki, xanımının şəxsi qərarlarına və karyerasına qarışmaq fikrində deyil. Siyasi karyera haqda isə ümumiyyətlə, düşünmür.

Ölkə mediasında ən maraqlı xəbərlərdən biri də baş nazirin hamiləliyi oldu. Elə bu ayın 5-də Yeni Zelandiyanın ən məşhur cütlüyünün qızı dünyaya gəldi. Casinda vəzifədə olub, uşaq dünyaya gətirən ikinci siyasətçi kimi də adını tarixə yazdı.

Yeni Zellandiyanın ən sadə klinikalarının birində övladını dünyaya gətirən baş nazır 2 gün sonra ailəsilə birgə gecə xəbərlərinin canlı qonağı olur. Bildirir ki, körpəsinə Te Aroha adını verib. Te Aroha maori dilindən tərcümədə "Sevgi" deməkdir.

Bundan əlavə baş nazir bir neçə gündən sonra 6 aylıq iş səyahətinə çıxacaq. Həmin müddət ərzində körpə ilə atası teleaparıcı Klark qalacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2304   Tarix: 11 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

İkinci əl avtomobil satan şəxslər nəqliyyat vasitəsinin problemini ört-basdır etmək üçün min bir üsula əl atırlar. -ın məlumatına görə, avtomobil ustası Sahil Ağabəyli deyir ki, belə faktlarla demək olar, hər gün rastlaşır. Avtomobilin yürüşü çox olduğundan bəzən satıcılar maşının kilometrajını da ger

7 aprel
.

Süni intellektdən "Maşa və Ayı" animasiyası ilə bağlı şokedici CAVAB

Rusiyanın "Yandex" şirkətinə məxsus "Alisa" virtual səs assistenti artıq istifadəçilərə "Maşa və Ayı" cizgi filmində qəhrəmanın əslində öldürülmüş qızın ruhu olduğunu demir. Bu barədə "Yandex" şirkətindən xəbər verilib. Bildirilib ki, bu, tək-tük belə hadisələrdəndi

7 aprel
.

Heç kimin getmədiyi QORXUNC ADA

Əslində, dünyada bir neçə olduqca təhlükəli ada var ki, həmin yerlərə səyahət etmək qadağandır. Çox vaxt bu, yalnız təhlükəsizlik ilə deyil, həm də qanunvericilik səviyyəsində öz əksini tapır.  xarici mətbuata istinadən xəbər verir ki, ilanların insan həyatı üçün təhlükə olduğunu bilirsiniz. Ancaq bəz

11 aprel
.

Çəkilmiş ət alarkən aldanmamağın yeganə yolu - VİDEO

Ətin bir kiloqramı 16-18 manat civarında təklif edilir. Çəkilmişinin kiloqramı isə 9-13 manat aralığında satılır. xəbər verir ki, paytaxtdakı bəzi supermarketlərdə çəkilmişi ətin özündən 3-4 manat ucuzdur. Halbuki farş ət sümüksüz və hazır olduğundan adi ətin özündən baha olmalıdır. Sakinlərin bu məsəl

14 aprel
.

Dünyanın ən yaşlı siam əkizləri vəfat etdi

Dünyanın ən yaşlı siam əkizləri Lori və Cor Şappel vəfat edib. Axşam.az xəbər verir ki, əkizlər 62 yaşında dünyasını dəyişib. Onların naməlum səbəbdən öldüyü bildirilib. Qeyd edək ki, əkizlər 1961-ci ildə birləşmiş kəllələri ilə dünyaya gəlmişdilər. Onlar eynicinsli əkizlər idi, lakin 2007-ci ildə Dor

14 aprel
.

Hansı vərdiş telefonun batareyasını öldürür?

Telefonunuzun batareyasına bir çox amillər təsir edir, lakin onu yavaş-yavaş öldürə biləcək bir vərdiş var. .  xəbər verir ki, istifadəçilərin bəziləri belə hərəkətləri ilə batareyaya ciddi ziyan vurduqlarının fərqinə varmadan batareyanı daim sıfır faizə boşaldır. Hər bir cihaz batareyasının müəyyə

11 aprel
.

Natiq Şirinovun qızının müzakirələrə səbəb olan gəlinliyi neçəyə başa gəlib?

Uzun müddət sonra şou-biznesdə günlərlə müzakirə olunan toy baş tutub. Bir neçə gün öncə ailə quran Xalq artisti Natiq Şirinovun qızı Sevilin gəlinliyi sosial şəbəkələrdə geniş müzakirə olunub. Kimisi libası bəyəndiyini yazsa da, kimisi həddən artıq qapalı olduğunu bildirib. Gəlinliyi tərzlərinə uyğu

14 aprel
.

Bakıda 131 yaşlı tarixi bina qəzalı vəziyyətdədir - VİDEO

Bakı şəhər Xətai rayonunda yerləşən 131 yaşlı bina qəzalı vəziyyətdədir. Həmin bina Nobel qardaşları tərəfindən 1893-cü ildə neftçilər üçün inşa edilib. Hazırda isə binanın qəzalı vəziyyətdə olması orada yaşayan sakinlərə çətinlik törədir.( )

14 aprel
.

Hər gün içdiyimiz çay XƏRÇƏNG YARADIR - Bu səhvi etməyin

Çay Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir. Ölkəmizdə adətən armudu stəkanda içilən bu içki süfrəyə şirniyyat, çərəz və limonla birlikdə verilir. Hətta susuzlayıb-susuzlamamasından asılı olmayaraq, qonaq qarşısına çay qoyulur. Bu, qonağa hörmətin əlaməti sayılır. Bundan başqa, çay ürək sağlamlığ

7 aprel