Tramp Ərdoğana görə dünya liderlərini BAŞINDAN ETDİ: "Onu sevirəm"

Tramp Ərdoğana görə dünya liderlərini BAŞINDAN ETDİ: "Onu sevirəm"Belçikanın paytaxtı Brüsseldə baş tutan NATO zirvəsi ABŞ –Avropa İttifaqı böhranının kölgəsində davam edərkən Amerika mətbuatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ lideri Donald Tramp arasındakı isti söhbəti işıqlandırıb.

Sonxeber.az "publika.az"a istinadla xəbər verir ki, "Nyu york Post" qəzeti liderlərin zirvədəki qızğın söhbətinə "Tramp qərb müttəfiqlərini Türkiyənin güclü lideri ilə danışmaq üçün başından etdi" başlıqlı məqalədə yer verib.

Donald Tramp Rəcəb Tayyib Ərdoğanı tərifləməkdən doymayıb. İkili arasındakı söhbətdən sonra Tramp Ərdoğanı nəzərdə tutaraq yanındakı liderlərə "onu sevirəm" sözlərini deyib.

Liderlər ayaqüstü söhbətdə YPG-FETÖ terror təşkilatları və Suriya siyasətini müzakirə ediblər.

Dünyada   Baxılıb: 1385   Tarix: 12 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR