Qidadan zəhərlənməmək üçün nə etməli?

Qidadan zəhərlənməmək üçün nə etməli?Həkimlər deyir ki, meyvə və tərəvəzlərin rənginə, dadına, formasına və saxlanma şəraitinə diqqət yetirmək lazımdır

Sonxeber.az kaspi.az-a istinadən yazını təqdim edir.

Yayın gəlişi ilə qida rasionumuz da təbii olaraq dəyişir. Meyvə-tərəvəzin bol olduğu bu mövsümdə təəssüflər olsun ki, bəzi insanlar yediklərinə diqqət etmirlər. Nəticədə qida zəhərlənmələri faktı bu aylarda daha da artır. Azyaşlı uşaqlarda isə zəhərlənmə riskləri daha çoxdur. Bəs görəsən özümüzü və övladlarımızı bu təhlükədən necə qoruya bilərik? Ümumiyyətlə, zəhərlənmə baş verdiyi zaman xəstəyə hansı tibbi yardım göstərilməlidir?

Tibb üzrə ekspert, professor Adil Qeybulla deyir ki, yay fəslində zəhərlənmələrin qarşısını almaq üçün istifadə edilən qidaların növünə, çeşidinə diqqət etmək lazımdır: "Bu aylarda daha çox qarpız, pomidor kimi məhsullardan zəhərlənmə faktlarına rast gəlinir. Tərkibində çoxlu su olan giləmeyvələr yetişdirilərkən müxtəlif gübrə və dərmanlardan istifadə olunur. Bu gübrələr məhsulun tərkibinə təsir göstərir və insan orqanizminə düşdüyü zaman toksiki təsir göstərir. Belə meyvələri kəsən zaman diqqət etmək lazımdır. Məsələn, qarpızın tərkibində çoxlu damarlar varsa və kəsdikdə partlamırsa, deməli, onun tərkibində problem var. Bundan başqa, məhsulların iyinə, dadına, rənginə və formasına fikir vermək lazımdır. Şübhəli məhsullardan qəti şəkildə istifadə edilməməlidir. Bundan başqa, konservləşdirilmiş məhsullardan da zəhərlənmə faktları baş verir. Düzdür, bu zəhərlənmələrə daha çox qış aylarında təsadüf olunur. Çünki konservləşdirilmiş qidalardan daha çox qışda istifadə olunur. Ümumilikdə götürdükdə isə qida məhsulu düzgün saxlanılmadıqda onda toksik infeksiyalar yaranır. Adətən köhnə qidalar belə zəhərlənmələrə səbəb olur. Açıq şəkildə satılan qidalardan istifadə etmək olmaz. Zəhərlənmə baş verdiyi zaman zəhərlənən şəxs dərhal maye qəbul etməlidir. Çünki maye toksiki maddələri sorur. Daha sonra xəstəyə ilkin tibbi yardım göstərilməlidir. Mütləq şəkildə həkimə müraciət etmək lazımdır. Bəzən səhlənkarlıq ucbatından ölüm hadisələri baş verir".

Pediatr Kənan Qarayevdeyir ki, yay fəslində yaşından asılı olmayaraq bütün uşaqların qidalanma növünü düzgün seçmək lazımdır: "Bəzən infeksiyalar qidalanma, hava, su yolu ilə də keçə bilir. Sağlam uşaq xəstə uşaqla kontaktda olduğu, yaxud onun əşyalarından, qabından istifadə etdiyi zaman bu infeksiyalar bir-birinə ötürülür. Ona görə də belə məqamlara diqqət yetirmək lazımdır. Yay meyvə və tərəvəzlərin bol olduğu mövsümdür. Ona görə də meyvə və tərəvəzlərin yuyulmasına, onların saxlanma şəraitinə diqqət yetirmək lazımdır. Mövsümü olmayan qidaların qəbulu tövsiyə edilmir. Təcrübəmizdə mövsümü olmayan qidalardan zəhərlənmə faktlarına tez-tez rast gəlinir. Bu zəhərlənmə uşaqlarda temperatur, ishal, qusma ilə özünü göstərir. Ona görə də daha çox təbii qidalardan istifadəyə üstünlük vermək lazımdır. Tez yetişməsi üçün gübrə verilən məhsulları uşaqlara vermək olmaz. Çünki uşaqlar belə məhsulları yediyi zaman onlarda qida zəhərlənməsi baş verir. Yay aylarında uşaqlar arasında infeksiyalar yayılır. Bu infeksiyalar bağçaya və məktəbə gedən uşaqlar arasında daha tez yayılır. Qidaların tərkibinə, saxlama şəraitinə nəzarət edilməlidir. Zəhərlənmənin ilkin əlamətlərindən biri mədə nahiyəsində ağrıların olmasıdır. Qusma, ishal, temperatur da zəhərlənmənin ilkin əlamətlərindən hesab olunur. Bəzi uşaqlar qidadan zəhərləndiyi zaman ilkin mərhələdə onlarda təkcə temperatur müşahidə olunur. Digər əlamətlər bir neçə gün sonra özünü büruzə verir. Belə olan halda, valideynlər uşaqları ağırlaşmış vəziyyətdə xəstəxanaya çatdırırlar. Ona görə də uşaqlarda temperatur müşahidə edildiyi zaman təcili tibbi yardıma, sahə poliklinikasına, yaxud da ailə həkiminə müraciət etmək lazımdır. Uşaqları ev şəraitində müalicə etmək qətiyyən olmaz. Çünki gecikmə zamanı daha ciddi fəsadlara yol aça bilir. Ona görə də qusma, temperatur yaxud ishal müşahidə edildiyi zaman dərhal həkimə müraciət etməli və ilkin tədbirlər klinik şəraitdə görülməlidir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 629   Tarix: 12 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vaksin vurduran şəxslər niyə dünyasını dəyişir? - AÇIQLAMA

Son günlər vaksin olunanlar arasında dünyasını dəyişənlər az deyil. Bu da insanlarda narahatlığa səbəb olur. Niyə vaksinasiya olunan şəxslər virusa yoluxan zaman bu xəstəlikdən vəfat edirlər?. Məsələ ilə bağlı -a infeksionist Nicat Əzimli açıqlama vererkən "Coronavac" vaksininin hazırkı dönəmd

16 sentyabr 2021
.

Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu

Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb

11 sentyabr 2021
.

Oynaqlarınız ağrıyırsa, bunları yeyin

Hava dəyişiləndə sizin oynaqlarınız ağrımağa başlayırsa, onları düzgün "yedizdirməyə" çalışın. Bəzi qidalı maddələr, vitaminlər və minerallar oynaqlarımızın sağlamlığı üçün çox vacibdir. -a istinadən bu maddələrlə zəngin olan qidaları daha tez-tez qəbul etməyi məsləhət görür. - Zülal orqaniz

8 sentyabr 2021
.

Niyə vaksin vurdurmazdan öncə insanlardan "COVID-19" analizi götürülmür? - AÇIQLAMA

İnsanlar arasında vaksin vurdurduqdan sonra yoluxanların sayı artmaqda davam edir. Bunu vaksinasiya ilə əlaqələndirənlər var. Düşünürlər ki, məhz vaksin vurdurduqları üçün virusa yoluxublar. Bəziləri isə vaksin vurdurduqda artıq koronavirus xəstəsi olduqlarını güman edirlər. Bəs niyə vaksin vurdurmazda

17 sentyabr 2021
.

Gizli başlayan pnevmoniyanın əlamətləri: 1 günə ağırlaşma...

Koronavirusun ağırlaşması olan atipik pnevmoniya nədir, niyə ölümcüldür?. Ağciyərlərin ağır iltihabı xəstəliklərindən olan pnevmoniya – yüksək hərarət, öskürək, xırıltı, titrətmə, tənəffüs boğulması kimi əlamətlərlə müşahidə olunur. Ağciyərləri tamam sıradan çıxarda biləcək pnevmoniya əlamətsiz, gizl

11 sentyabr 2021
.

On qaşıq bal, üç diş sarımsaq - İnsanları qışdan çıxaran təbii üsullar

Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. -a istinadən həmin qidaları təqdim edir:. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanma

10 sentyabr 2021
.

Qızdırma yaradan yeni virus aşkarlanıb

Rusiyanın "Vektor" mərkəzinin mütəxəssisləri qızdırma simptomlarına səbəb ola biləcək yeni virus təsbit ediblər. Yeni patogenə Rusiyanın cənubundakı Manıç çayının şərəfinə "manych" adı verilib. Virus Rostov vilayətində tibb müəssisələrindən "Krım-Konqo hemorragik qızdırması"

10 sentyabr 2021
.

Evdə dəfnə yarpağı yandırmağın - FAYDALARI

Roma, yunan təbiblərinin və sərkərdələrinin sevimli ağacı dəfnənin barəsində hələ sovet dövrünün qəzetlərində möcüzəvi təsir etməsi barədə yazılırdı. evdə dəfnə yarpaqları yandırmağın psixoloiji və fiziki bədənə faydalarını təqdim edir:. - İltihabəleyhinə. - Mikrob, bakteriya əleyhinə. - Yarasağaldıcı

16 sentyabr 2021
.

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41234 nəfərdir. Ölkədə vurulan vaksinləri

11 sentyabr 2021