Orta Əsrlərdə casuslar hansı peşələrdən seçilirdi? — SIYAHI

Orta Əsrlərdə casuslar hansı peşələrdən seçilirdi? — SIYAHIOrta Əsrlər tarixində ən az öyrənilən sahələrdən biri də casusluq şəbəkəsi və qoşunların mühəndis-istehkam bölmələridir. Müharibələrdən əvvəl illər boyu yürüş ediləcək ölkə öyrənilir, zəif və güclü tərəfləri analiz edilirdi. Bu işdə isə orduya casus şəbəkələri kömək edirdi. Bu casuslar kimlər idi? Casuslar əsasən hansı təbəqədən seçilirdi?

Bu sualın cavabını tarixçi-alim Əkbər Nəcəf "Ölkə.Az"a açıqlayıb.

Orta əsrlərdə casusların öz kimliklərini gizlətdikləri məsləklər aşağıdakılar olub:

1.Dərzilik - Bütün dövrlərdə çox rəvacda olub. Xüsusilə Xilafət dövründə xəlifələrin casus dərziləri vardı.

2.Çəkməcilik - Qaraxanlı və Qəznəvilər sərhəd şəhərləri və məntəqələrində onlardan casus kimi istifadə edirdilər.

3.Ticarət - Çingiz xanın Müsəlman ölkələrindəki başlıca casusları müsəlman tacirlər idi.
4.Təbiblik - ismaililərin Səlcuqlu saraydakı casuslarını əsasən həkimlər təşkil edib.

5.Dərvişlik - Əmir Teymurun qələndəri dərvişləri arasında casusları vardı.

6.Bərbərlik - əlaxüsus XVII əsrlərdə sui-qəsdçi və casus kimi diqqət mərkəzində olublar.

7.Hamam fəllahları, yəni işçiləri - Ziyarilər dövlətinin banisi Mərdavic onlar tərəfindən hamamda sui-qəsdə qurban gedib.

Maraqlı   Baxılıb: 1297   Tarix: 12 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR