İşıqlar söndü, Bakı metrosunda vəziyyət necədir? – Rəsmi açıqlama

İşıqlar söndü, Bakı metrosunda vəziyyət necədir? – Rəsmi açıqlamaBakının bir çox ərazilərində, eləcə də əksər rayonlarda işıqlar sönüb.

Sonxeber.az xəbər verir ki, sosial şəbəkə istifadəçilərinin yaydığı məlumata əsasən işıqların sönməsi səbəbilə yenidən "Bakı Metropoliteni"nin fəaliyyəti dayanıb.

Məsələ ilə bağlı Bizimyol.info-ya danışan Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov metronun bənövşəyi xəttin "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarında hərəkətin bərpa olunduğunu bildirib:

"Saat 16:10-da metropolitenə gələn elektrik xətlərində yüksək gərginlik olmadığından Bənövşəyi xəttin "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları sərnişinlərin hərəkətinə bağlansa da, saat 16:30-dan gərginlik verilib və qatarların hərəkəti bərpa olunub".

Sosial   Baxılıb: 6517   Tarix: 12 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR