Sizdə hər şey əsəbdəndir... Ərə get düzələcək... Havadandır.. - Diaqnozu tapa bilməyən həkimlərin sevimli cümlələri

Sizdə hər şey əsəbdəndir... Ərə get düzələcək... Havadandır.. - Diaqnozu tapa bilməyən həkimlərin sevimli cümlələriÇox vaxt pasiyentlər öz ağrılarından, problemlərindən şikayətlənəndə "Məndə hər şey əsəbdəndir", "Qocalıram ona görə ağrıyıram" kimi təskinlik verici fikirlər işlədir. Azərbaycanda ən çox yayılmış el arası diaqnoz isə " Subaysan, evlən, ərə get düzələcək" misalıdır.

Maraqlısı budur ki, bəzən həkimlər də bu sözləri işlədir. Elə ki, pasiyent buket dolu simptomlarla qəbula gəlir, bir-iki analizdən sonra bir şey tapmayan həkim "Yaşla, əsəblə bağlıdır", ya da "Cinsi həyat normal deyil" kimi səbəblər səsləndirir. Azərbaycanda demək olar ki, çox ixtisas həkimləri xəstəyə baxan kimi nevroz, VSD-vegetativ distoniya - dünya səhiyyəsində belə diaqnoz və təbii ki, müalicəsi yoxdur - diaqnozu qoyub, hər bir şeyi buna bağlayırlar.

Qolun ağrıyır - əsəbdəndir, yata bilmirsən - əsəbdəndir, mədən sancır - əsəbdəndir, gözlərin bulanır - əsəbdəndir... Beləcə sanki pasiyenti də arxayın edib, bir iki dərman yazmaqla yola salırlar.

Sonxeber.az medicina.az-a istinadən diaqnozu tapa bilməyən, bu səbəbdən xəstəni başından etmək istəyən həkimləri elə işlətdiyi cümlələrdən tanımağın yollarını təqdim edir. Tibbdə qəbul olunmayan bu ümumi sözləri, diaqnozları səsləndirən həkimlərdən uzaq durun. Aşağıdakı sözləri işlədən həkimdən çıxıb, başqa peşəkar həkim tapıb bir daha yoxlanın:

1. Bu hal sizdə havadandır

Bu "diaqnoz"u fəsil fərqi qoymadan qışda da, yayda da qoyurlar. Deyirlər ki, yayda istidən, qışda da soyuqdan insan halsız, xəstə düşür. Bu, absurd fikirdir. Ola bilər, isti insana pis təsir etsin. Amma konkret nəyə və niyə təsir edir, bunu tapmaq lazımdır. İndi hətta təzyiq problemini də havaya bağlayanlar var.

Hava - insanda olan çatışmazlıqları üzə çıxaran səbəbdir. Xəstəliyin kökü deyil. 40 dərəcə hərarətlə yanına gələn xəstəyə "Havadandır, bu istidə kim dözər" deyən həkim göz görə-görə sizi aldadır.

Ciddi baş ağrıları, təzyiq, halsızlıq - bunları yaradan səbəbləri araşdırmalı, müayinələr təyin olunmalı, yalnız ondan sonra təzyiq dərmanları yazılmalıdır. Xəstə özü istidir, soyuqdur deyə aptekdən istənilən baş ağrı, təzyiq dərmanını içməklə düzəlməyəcək. Xüsusən yuxarı və aşağı təzyiqi olan xəstəni həkim diqqətlə müayinə etməli, müşahidədə saxlamalıdır.

2. Hər şey əsəbdəndir, nevroz, vegetativ distoniya

Az qala, hər 10 xəstədən 5-ə bu cümlə deyilir. Düzdür, əsəb, həyəcan, təşviş ümumi orqanizmə mənfi təsir edir, amma bu təsiri də aradan qaldırmaq lazımdır. Əgər müayinələrdə digər orqanik səbəb tapılmayıbsa, xəstə əsəbdən özünü yeyirsə, o zaman onu psixoterapevt, psixoloqa yönəltmək lazımdır. Amma çox zaman iltihab, mikrob, infeksiya, hormonal problemlər də xəstəni əsəbi edə bilər. Hətta ciddi psixi problemləri olanlar belə bəzən fiziki olaraq sağlam və güclü görünürlər, heç yerləri də ağrımır. Bəs necə olur ki, sadəcə əsəbi zəif olan adamın ürəyi, mədəsi, başı ağrıyır? Ola bilər ki, bu insanda qalxanabənzər vəzinin fəaliyyəti, qan dövranı pozulub, ola bilər ki, hansısa mineral, vitamin əksikliyi var. Axı bu çatışmazlıqlar da daş kimi lal adamı özündən çıxara bilir.

Hər şey əsəbdəndir deyib, əlavə müayinə və müalicəyə gərək görməyən həkimdən də qaçın.

3. Axı bura ağrımamalıdır, niyə ağrısın?

Çox axmaq sualdır, deyilmi? Ağrı olan nahiyəni yoxlayır, sadəcə USM-də baxır, heç nə görmür və xəstənin ağrı siqnalını önəmsəmir. Halbuki istənilən nahiyədə, nöqtədə ağrı orqanizmin siqnalıdır. Əgər insanda ağrı hissiyatı olmasaydı, özünü oda atar, yandırar, əl-ayağını sındırardı.

Orqanizmdə olan iltihabi prosesi tapmaq lazımdır. Əgər ürəyin arxası ağrıyırsa, ürək isə müayinədə normal çıxıbsa, deməli mədəni, ağciyəri, əzələ və sinirləri yoxlamaq lazımdır. Çox vaxt mədə ağrısı ilə infarktı səhv salıb xəstəyə yanlış iynə vuran təcili yardım briqadaları bu səhv metodla onlarla insanın ölümünə səbəb olublar. Hər şeyin kökündə isə 5-10 dəqiqə əlavə vaxt ayırıb xəstəni kardioqramma etməmək dayanır.

4. Cinsi həyatın normal deyil, ona görə ağrıyırsan

İntim əlaqənin sağlamlığa faydaları çoxdur, amma bu o demək deyil ki, insan orqanizmi seksdən bu qədər asılıdır. Hormonal fon cinsi həyatın az və ya çoxluğuna görə dəyişir, amma seksin olmaması insanın xəstə olması anlamına gəlmir. Kişidə uroloji, qadınlarda ginekoloji xəstəliklərin kökündə seks yox, daha çox infeksiyalar, mikroblar, artıq çəki, yanlış gigiyena, genetik amillər dayanır. Bütün günü intim əlaqədə olub, hamilə qalmamaq üçün qoruyucu tabletlerdən istifadə edənlərə bu dərmanlar daha mənfi təsir edir, nəinki az intim əlaqədə olmaq. Ona görə bu sözləri deyən həkimdən də qaçsanız yaxşıdır.

5. Qocalıqdandır, yaşla əlaqədardır

35 yaşında gələn xəstəyə də bu sözü deyə bilərlər, 55 yaşında gələn xəstəyə də. Sanki 20-25 yaşında insanın heç yeri ağrımır deyə qanun var. Qarşısında oturan xəstənin yaşına görə diaqnoz qoyan, yaşlı adamın xəstəlik səbəbini, kökünü tapmağa meyilli olmayan həkimdən uzaq olmaq lazımdır.

Bir çox hallarda ayağı ağrıyan, yatanda ayaqları sancan xəstəyə "yaşla əlaqədardır" deyib yola salırlar. Amma xəstədə ateroskleroz olub. Halbuki angioplastika və qan dövranı tənzimləyici dərmanlarla onun vəziyyətini yaxşılaşdırmaq olardı. Qocalmaq xəstə olmaq demək deyil. Qocalığın əlamətləri diş, ağaran saçlar, zəifləyən gözlər ola bilər. Amma bütün günü ağrılarla yaşamaq olmaz. Çixış yolu yaşından asılı olmayaraq, xəstəsinə komponent yanaşan peşəkar həkim tapmaqdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3195   Tarix: 15 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28 mart
.

Təlabat artıb, Azərbaycanda dollar BAHALAŞIR? -AÇIQLAMA

Son zamanlar ölkə ərazisində dollara tələbatın yüksək olması müşahidə olunur. Ölkə ərazisində dollara olan təlabatın bu dərəcədə artması nə ilə bağlıdır? Tələb bu qədər çox olarsa,dollar bahalaşa bilər?. Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. O bildirib ki, hazırda ölkədə dolları

28 mart
.

Mingəçevirdə yaşayış binasında baş yanğınla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

FHN-in "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində H. Hüseynov küçəsində yeddimərtəbəli yaşayış binasının beşinci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -in sorğusuna cavab olaraq FHN-dən bildirilib. "Hadisə ilə əlaqədar FHN-in yanğından mühafiz

28 mart
.

Lotoreya oynadı, milyardlıq CEK-POT uddu

ABŞ-nin Nyu-Cersi sakini Mega Millions lotereya oyununda 1,13 milyard dollarlıq cekpot qazanıb. xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb. Bu, ABŞ tarixində beşinci ən böyük lotereya uduşudur. Ölkə üzrə 13 nəfərin hər biri 1 milyon dollar mükafat alıb. Daha bir bilet Nyu Yorkda 2 milyo

28 mart
.

Arvadını çörəkpulu kartına görə döydü, cinayət məsuliyyətindən azad edildi

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Rəşad Zəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və Rəşad Zəfərov cinayət məsuliyyətində

28 mart
.

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. 2024-cü ilin fevral ayında şadlıq saraylarında sifarişlərin sayı cəmi 2.1 faiz artıb. Eyni zamanda, şadlıq saraylarında fevral ayında qiymətlər 3.8 faiz artıb. Xüsusə

28 mart
.

Bu gün onların peşə bayramıdır: "DTX, hüquq mühafizə orqanlarımız hər zaman terror məsələlərində çevik olublar" - Açıqlama

Azərbaycan milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü tamam olur. Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılmasından götürüb. Mövzu il

28 mart
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28 mart
.

Bu ölkədə uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək

Cənubi Koreyalı bir şirkət, ölkədə kəskin azalan doğum nisbətini düzəltmək üçün milyonlarla dollar ödəyəcək. xarici mənbəyə istinadən xəbər verir ki, Seulda yerləşən tikinti şirkəti "Booyoung Group" işçilərinə hər dəfə uşaq dünyaya gələndə 100 milyon Koreya vonu (75 min dollar) ödəməyi planlaşdırır

28 mart