Bakıda tuneli bağlayıb, əylənən gənclərlə bağlı AÇIQLAMA - VİDEO
Sosial şəbəkələrdə Bakının mərkəzi küçələrindən birində gur hərəkətin olduğu tuneli bağlayaraq, bir dəstə gəncin dəlisov əyləncəsini əks etdirən video yayımlanıb.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Unikal.org-a açıqlamasında bildirib ki, hazırda sözügedən sujetlə bağlı BDYPİ-də araşdırma aparılır:
"Videodan da göründüyü kimi, bu olduqca köhnə bir materialdır. Sujetlə bağlı artıq xəbərimiz var və onunla bağlı araşdırma aparılır. Təəssüflər olsun ki, sujetdə heç nə görünmür və bilinmir. İlkin versiya bundan ibarətdir ki, kadırlar olduqca köhnədir. Sözügedən görüntünün tarixi, saatı və məkanı bəlli deyil. İnsanların üzünü belə müəyyənləşdirmək olmur. Bütün bunlara baxmayaraq araşdırma davam edir".
Vaqif Əsədov bildirib ki, araşdırma nəticə verərsə sözügedən gənclərlə bağlı qanunvericiliyə uyğun olaraq sərt tədbirlər görüləcək.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 12172 Tarix: 16 iyul 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşHər işin içindən çıxan o Qəmbərqulu kimdir? - Belə yaranıb
Dilimizdə tez-tez işlədilən bir deyim var.: "Qəmbərsiz toy-düyün olmaz". Bu sirli Qəmbərlə bağlı başqa bir deyim də var. "Hər işin içindən bir Qəmbərqulu çıxır". Bəs bu hər işin içindən çıxan, hər toya gedən o Qəmbər kim olub? . "Belə yaranıb" rubrikasında bu ifadənin yaranm
18 aprelQəbiristanlıqdan oğurluq edildi - Keçmiş məhkumlar saxlanıldı
Lənkəran şəhəri ərazisində yerləşən qəbiristanlıqlardan birindən metal məhəccər və dəmir borular oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, həmin əməli törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhku
19 aprelTürkiyədə güclü zəlzələ baş verdi (YENİLƏNİB)
Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 5,6 maqnitudalı zəlzələ baş verib. Qaynarinfo xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Qeyd olunub ki, zəlzələ yerli vaxtla 18:11-də, 5,99 km dərinlikdə qeydə alınıb. 22:15. Zəlzələ nəticəsində bir sıra binalara ciddi ziyan dəyib. "Report"
19 aprel"Sərxoş idi deyə "prava"m olmasa da, maşını mənə sürdürdü"
Sumqayıtda sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə ölümə səbəb olan 25 yaşlı L.Süleymanovanın məhkəməsi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, xanım müttəhimin cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. İttihamda deyilir ki, L.Süleymanova BMW markalı avtomobill
19 aprelBDU-nun tələbəsi intihar etdi - FOTO
Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksindəki mənzillərdən birində kirayədə qalan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onu
19 aprel"Yusi Ko" MMC BDU-nu məhkəməyə verdi
Bakı Dövlət Universitetinə (BDU) qarşı məhkəmə iddiası qaldırılıb. xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatına verilib. Məhkəmə iddiası ölkənin tanınmış tikinti şirkətlərindən biri olan "Yusi Ko" MMC tərəfindən podrat müqaviləsi üzrə mübahisələrl
19 aprelÇoxuşaqlı ailələrə ayrıca müavinət TƏYİN EDİLSİN - TƏKLİF
Dünya praktikasında 3 uşağı olanlar çoxuşaqlı ailələr hesab edilir. Bu baxımdan Azərbaycanda çoxuşaqlı anlayışının 5-dən 3-ə endirilməsi təklif edilir. Artıq məsələ Milli Məclisdə müzakirə olunur və yekun qərarın təsdiqlənməsi gözlənilir. Azərbaycanda kütləvi şəkildə boşanmaların olması, o cümlədən ailələri
19 aprel