Bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
2018-ci ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,4 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən Sonxeber.az-a verilən məlumata görə, cari ilin iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,6 faiz azalıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.
Cari ilin son üç ayı ərzində ərzaq məhsullarının əvvəlki ayla müqayisədə ardıcıl olaraq ucuzlaşması ikinci rübdə birinci rübə nisbətən ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətlərinin 0,3 faiz aşağı düşməsinə səbəb olub.
Ay ərzində manna və qarabaşaq yarması, makaron məmulatları, qoyun əti, qatıq, pendir, kərə yağı, albalı, gilas, alça, ərik, çiyələk, pomidor, xiyar, badımcan, göy lobya, soğan və kartofun qiymətlərində azalma, düyü, mal və toyuq əti, yumurta, zeytun, günəbaxan və qarğıdalı yağları, göyərti, şəkər tozu, dondurma, qara və yaşıl çayın qiymətlərində isə artım müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaşİran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır
İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind
13 iyul 2021Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır
18 may 2021"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək
"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"
25 avqust 202120 qəpiyə alınıb 80 qəpiyə satılan pomidor - Niyə bu qədər fərq var? - VİDEO
Saatlıda pomidor yığımı davam edir. 2 həftədir sahədən məhsul yığılır və indiyədək 30 ton məhsul tədarük edilib. Xəzər TV-yə istinadən xəbər verir ki, məhsul bol olsa da, qiymətlər aşağıdır. Hazırda sahədə pomidorun kiloqramı 20 qəpiyə satılır. Bu isə təsərrüfat sahiblərini qane etmir. Çəkilən xərcl
26 iyul 2021Azərbaycanda ərzaq məhsulları 5%-ə yaxın BAHALAŞIB - RƏSMİ
2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb
13 may 2021Azərbaycanda problemli kreditlər artıb
Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 937,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ayla müqayisədə 2,5 % çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur. Problemli kreditlər son 1 ildə isə 11,8 % azalıb
25 avqust 2021Mikayıl Cabbarovdan qeyri-neft ixracı ilə bağlı AÇIQLAMA
Azərbaycanda qeyri-neft ixracının təşviqi tədbirləri bu sahədə artımı sürətləndirib. xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov məlumat verib. Nazir bildirib ki, pandemiyanın təsirlərinə baxmayaraq, göstəricilər müsbətdir: "İlkin nəticələrə görə, əvvəlki ilin müvafiq dövrü il
6 may 2021