Qazaxda tutulan erməni xüsusi təyinatlısının fotoları

Sosial şəbəkələrdə ötən bazar günü Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində tutulan erməni diversantının hərbi geyimdə və əli silahlı fotoları yayılıb.

Sonxeber.az Virtualaz.org-a istinadla xəbər verir ki, bu fotolar Ermənistan Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin bəyanatlarını tamamilə alt-üst edir.

Həmin bəyanatlarda deyilirdi ki, Azərbaycan ordusunun bölmələri tərəfindən iyulun 15-də əsir götürülən 1984-cü il təvəllüdlü Karen Kazaryan Tavuş vilayətinin Berdavan kəndinin mülki sakinidir. Heç vaxt Ermənistan silahlı qüvvələrində xidmət etməyib, çünki xidmətə yararsızdır. Və 2013-cü ildən etibarən xüsusi müalicə müəssisəsində qeydiyyatdadır. Erməni tərəfinin bəyanatlarına əsasən Karen Kazaryanın əqli cəhətdən qüsuru var.

Lakin "Vkontakte" sosial şəbəkəsindəki "Hərbi xəbərlər" qrupu Karen Kazaryanın əynində Ermənistan ordusunun xüsusi təyinatlı qüvvələrinin formasında və tam döyüş təchizatı ilə Azərbaycanla sərhəddəki postlardan birində çəkilmiş fotolarını yayıb. Həmin fotolara əsasən Kazaryan əlində avtomat postda növbə çəkir. Digər fotoda isə o xüsusi təyinatlıların avtomobilinin qarşısında dayanıb. Başqa fotoda isə Kazaryanı erməni hərbi jurnalist və kinorejissor Arшak Zakaryanın da yer aldığı qrupun əhatəsində görmək olar. Bu fotolar çox güman ki, Kazaryanın sosial şəbəkə hesablarından götürülüb. Ermənistan Müdafiə Nazirliyi və XİN isə Kazaryanın ağıldankəm mülki sakin olduğu haqda bəyanatlar verməzdən əvvəl bu fotoların yığışdırılmasını yaddan çıxarıb.

Necə deyərlər, Ermənistanda bu dəfə baltanı daşa vurublar...
Qazaxda tutulan erməni xüsusi təyinatlısının fotolarıQazaxda tutulan erməni xüsusi təyinatlısının fotolarıQazaxda tutulan erməni xüsusi təyinatlısının fotolarıQazaxda tutulan erməni xüsusi təyinatlısının fotolarıQazaxda tutulan erməni xüsusi təyinatlısının fotoları


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 3137   Tarix: 18 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Cəbrayılda daha 1 erməni hərbçisinin meyiti tapıldı

Qarabağda axtarışlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş daha 1 erməni hərbçisinin meyitinin qalıqları tapılıb. xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, cəsədlərin qalıqları işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində aşkarlanaraq qarş

28 avqust 2021
.

Müdafiə Nazirliyi: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Avqustun 1-i saat 03.45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəş

1 avqust 2021
.

Cəbrayılın viran qoyulmuş Cəfərabad kəndi - VİDEO

Cəbrayıl rayonunun Cəfərabad kəndindən videogörüntülər yayılıb. Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir:

13 iyun 2021
.

Azərbaycan əsgərləri erməni hərbçilərini sərhəddən qovdu - VİDEO

Azərbaycan Ordusunun hərbçiləri Azərbaycan - Ermənistan sərhədində təxribat törətmək istəyən bir qrup düşmən əsgərini ərazimizdən qovub. xəbər verir ki, bununla bağlı növbəti görüntülər sosial şəbəkələrdə yayılıb. Videoda təxribat törətməyə cəhd edən erməni hərbçiləri Azərbaycan Ordusunun əsgərləri tərəfində

26 iyun 2021
.

Şəhid Elməddin Həsrətov dəfn edildi - YENİLƏNİB/FOTO

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Goranboyda dəfin edilib. ərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri ,rayon ictimaiyyəti iştirak edib. E. Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb

27 iyun 2021
.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Avqustun 15-i saat 12:00-dan 12:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snaype

15 avqust 2021
.

Ermənilər Kəlbəcərdə mövqelərimizi atəşə tutdu

İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrl

27 iyun 2021
.

Üzeyir Cəfərov: "Hərbçilərin statusu barədə yeni qanun qəbul olunacaq"

"Hərbi qulluqçuların statusu barədə yeni qanun qəbul olunacaq". Bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, yeni qanun layihəsində bir çox yeniliklər var:. "Bir sıra sənədlərin və məsələlərin təkmilləşməsinə ehtiya

27 iyun 2021
.

"Bayraktar"ın 44 günlük müharibədəki sirri AÇILDI

Türkiyənin "Baykar" holdinqinə daxil olan "Baykar Teknik" şirkətinin direktoru Səlcuk Bayraktar "Bayraktar TB2" döyüş pilotsuz təyyarələrinin 44 günlük Qarabağ müharibəsində oynadığı roldan danışıb. xəbər verir ki, CNN Türk-ə müsahibəsində Səlcuk Bayraktar döyüş pilotsu

22 avqust 2021