Azərbaycanda yeni qoyun cinsi yaradıldı - FOTO
Azərbaycanda yeni qoyun cinsi pasportlaşdırılır. Lerik rayonunun "Lerik Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi" MMC-də yetişdirilən "Pirəsora" qoyunları xalq seleksiyası nəticəsində çarpazlaşdırma yolu ilə yetişdirilib, yüksək yun, ət, yağ, balavermə qabiliyyətinə malikdir. Lerik zonasında geniş yayılmış bu qoyun sortu Pirəsora kəndinin şərəfinə "Pirəsora" qoyunu adlandırılıb.
Sonxeber.az Azərtac-a istinadən xəbər verir ki, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini Fizuli Mirzəyevin sözlərinə görə, Pirəsora qoyunları xalq seleksiyası yolu ilə yaradılıb və bu günə kimi öz varlığını saxlayıb. İnstitutun mütəxəssisləri Pirəsora qoyunlarının əlamətlərini götürmək və yaxın gələcəkdə bu qoyunların cins kimi təsdiq olunmasında lazımı materialların toplamaq məqsədilə Pirəsora yaylağında tədqiqat aparıblar. "Qoyunlar qədim zamanlardan Lerik rayonunda saxlanılıb və xalq tərəfindən yetişdirilib. Çarpazlaşdırma yolu ilə təsdiqlənəcək cinsin eksteryer göstəriciləri xeyli yüksəldilib. Cinsin təsdiq edilməsi üçün bir neçə meyar var. Əsas meyar isə qoyunların baş sayı, eksteryer göstəriciləri, eyni arealda yerləşməsidir. Bütün bu göstəricilərə görə Pirəsora qoyunları cins kimi təsdiq olunmağa layiqdir və yaxın vaxtlarda əldə olunmuş materiallar və elmi araşdırmalarin nəticələri cinsin təsdiq edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunacaq".
Hazırda "Lerik Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi" MMC-də 8269 baş Pirəsora qoyunu yetişdirilir. Törədici qoçların diri çəkisi 60-75 kiloqram, ana qoyunların çəkisi 35-40 kiloqramdır. Toğluların çəkisi isə 30 kiloqrama çatır.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1796 Tarix: 19 iyul 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:
25 aprelXalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO
"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"
24 aprelLaçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir. Bildirilir ki
25 aprelAzərbaycanda vəkillərin sayı açıqlanıb
"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro
25 aprelİntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara
25 aprel