160 manatla ABŞ-a köçən məşhur: Dollar bahalaşanda çox sevindim - VİDEO

160 manatla ABŞ-a köçən məşhur: Dollar bahalaşanda çox sevindim - VİDEODörd ildir ABŞ-a köçüb özünə yeni həyat quran Azərbaycanın ilk videobloqeri Aynur Hüseynin (Aka The One) Oxu.Az-a müsahibəsi:

– Dörd ildən sonra Azərbaycana gəlmisiniz.

– Xoş gördük.

– Statuslarınızda qeyd etdiyiniz kimi, ABŞ-a köçmək böyük arzunuz idi və arzunuza çatdınız. İlk həftələrdə hansı çətinlikləri yaşadınız?

– ABŞ-a çatan gün şok yaşayırdım.

Elə bilirsən ki, yatırsan, bəlkə, bu yuxudur deyə, yanındakıların səni çimdikləməsini istəyirsən. Sonra başa düşürsən ki, bu, realdır. Arzuladığım ölkədəsən, yeni həyat başlayır.

Orada hər şey fərqli idi: İnsanların sənə gülümsəməsi, tanımadan "Sabahın xeyir" deməsi... Çünki biz belə şeylərə öyrəşməmişik və özümü hazırlayırdım.

Kimsə sənə gülümsəyirsə, bu, normaldır. Sən də onlara gülümsə, əl elə. Dostlarım deyirdi ki, Aynur, hər şey yaxşıdır. Sadəcə, gülümsə!

Robot kimi gülümsəyib, hər kəsə salam verirdim. Bu qədər pozitiv, tanımadığın insanların sənə gülümsəməsi mənim üçün valehedici idi.

Daha sonra çətinliklər başladı...

– Hansı çətinliklər?

– Elə bilirdim ki, ingilis dilini bilirəm. Lakin oraya gedəndən sonra anladım ki, bilmirəm. Çünki Amerikan ingiliscəsi çox fərqlidir. Danışıq sürətləri məni depressiyaya salırdı. Tez bir zamanda onlara alışmaq istəyirdim. Bunlar çox çətin idi.

– Bakıda 23 yaşlı bir qızın işləyə biləcəyi yetərincə yüksək bir işdə çalışırdınız. ABŞ-a gedəndə isə məlum idi ki, belə bir yerdə işləməyəcəksiniz. Buradan gedəndə onun fərqində idiniz. Hansı işdən başladınız və hazırda hansı işdə çalışırsınız?

– Böyük ümidlərlə getsəm də, böyük ümidlərlə başlamamışdım. Bilirdim ki, yeni ölkədir, təkəm, pulum, arxamda dayanan, dəstəkləyən heç kim yoxdur. İlkin olaraq iş tapmalı idim. Orada həyat mübarizəsi var. Düşünürsən ki, bu gün, ya sabah nə yeyəcəksən. Restoranda ofisiant kimi çalışmışam. Tikinti şirkətində işləmişəm.

– Tikintidə hansı işdə?

– Ustalarla bir yerdə çalışırdım. Onların gördüyü işdən bir az daha yüngülünü görürdüm. Orada da qadınlara nəzakət var, ancaq bizim səviyyədə deyil. İşləyərkən ağır şeylər də qaldırırdım.
Uniformada selfilərimi anama göndərirdim. Anam deyirdi ki, sənin başın xarabdır. Camaatın qızı ərə gedir, sən gedib tikintidə işləyirsən (gülür).

Mağazada və çox xırda işlərdə çalışmışam. Axırda hotel biznesinə düşdüm. Bu, məni çox maraqlandırırdı. ABŞ elə yerdir ki, dünyanın istənilən nöqtəsindən insanlar gəlir. Nyu-Yorka ilk dəfə gələndə hotel işinə başladım.

Turistlərin bütün əyləncəsini təşkil edirdim. Çətin olan o idi ki, Nyu-Yorka gələndən bir gün sonra həmin işi tapmışdım və şəhəri tanımırdım. İngilis dilim də çox zəif idi. Soruşurdular ki, 5-ci prospekt haradadır. Mən də onlara sual verirdim (gülür).

Bir aya bütün şəhəri öyrəndim, ingilis dilimi təkmilləşdirdim. Ondan sonra oraya gələn bütün azərbaycanlıları gəzdirirdim. Binalar haqda məlumat verirdim. Hoteldə "check inn" və "check up" işlərinə baxırdım.

Hazırda isə lüks hotellərin birində həm qonaqlarla, həm də yeni işçilərlə maraqlanıram. İşim onların problemləri ilə maraqlanıb, motivasiya verməkdir – belə desək, "Supervayzer", "Tim lider" vəzifəsi kimidir.

– Buradan ABŞ-a nə qədər büdcə ilə getmişdiniz?

– Gedəndə cibimdə cəmi 200 dollar pul var idi. Hansı ki, manat dollardan daha baha idi. Fikirləşdim ki, olan budur, qane olmalıyam.

– Ailənizin sizə yardımı olmurdu?

– Heç vaxt onlardan pul almamışam. Əksinə, ayağa qalxandan sonra mən onlara pul göndərirdim (gülür).

Oxuculardan üzr istəyirəm, amma dollar bahalaşanda o qədər sevindim ki, çünki buradan gedəndə Bakıda kreditlərim var idi. İşləyirdim, amma Amerikadan iki qat pul ödəyirdim. Dollar birdən-birə bahalaşdı. Xəbərləri oxuyub, "çox sağ ol, Allahım" deyirdim. Çox xoşbəxt idim (gülür).

Gələndə də iş yoldaşlarım dedi ki, sən xeyli pulnan getməlisən. Dedim ki, yox, bir az dolları manata çevirəcəm, xeylaq pul edəcək. O pul mənə bəsdir. Yəqin ki, bu sözlərdən sonra camaatın məndən zəhləsi gedər (gülür).

– Dörd ildə sizin üçün nələr dəyişdi?

– Düşüncə və həyat tərzim dəyişdi. Doğru vaxtda – 23 yaşımda oraya getdim. Həmin yaşda böyüyürsən, formalaşırsan, yetkinləşirsən. Artıq onların cəmiyyətinə uyğun böyüdüm. Buraya qayıdandan sonra fikirləşmirdim ki, məndə böyük dəyişikliklər var. Çünki insan öz dəyişimini görmür.

Bilirdim ki, güclüyəm, daha sərbəstəm, azadam. Buraya gələndən iki gün sonra rəfiqələrimdən biri ilə marketə getdik. İçəri daxil olan kimi, bütün insanlara dönüb "Salam, sabahınız xeyir, necəsiniz?" dedim. Bunu deyəndən sonra elə bildim ki, onların atasını söymüşəm.

Mənə elə baxırdılar ki, çox peşman oldum. Rəfiqəm dedi ki, başın xarabdı, bura sənin üçün ABŞ-dır? Marketə girəndə qaş-qabaqlı dur, heç kimi sayma, hamıya yuxarıdan aşağı bax.

Anamgillə "ASAN Xidmət"ə getmişdik. İşlərimi tez yekunlaşdırdılar. Hamıya təşəkkür edə-edə çıxdım. Anam dedi ki, Aynur, bizi biabır eləmə (gülür).

Belə məqamlar var ki, çox dəyişmişəm. Geri dəyişim də istəmirəm. On gündür Bakıda getdiyim bütün məkanlarda gülümsəyirəm, hamıya "Sabahınız xeyir" deyirəm, təşəkkür edirəm. Bundan da geri dönməyəcəyəm.

– ABŞ-a köçəndən sonra sizə qarşı kimlərin münasibəti dəyişdi?

– Videolarım mənə ABŞ-da çox kömək oldu. Oradakı azərbaycanlıların hamısı, demək olar ki, məni tanıyırdı. Getdiyim hər şəhərdə mənə ən azı 2-3 nəfər yazırdı ki, Aynur xanım, xoş gəlmisiniz.

Deyirdim ki, nə əladır, bomba kimidir. Onlarla görüşürdüm. Düzdür, onların mənfi tərəfləri də olur. Hər özünü yaxşı göstərənin mənfi üzü ortaya çıxır. Anladım ki, hər insanla görüşə bilmərəm. Bəzi insanlarla problemlər yaşayırdım.

Əfsuslar olsun ki, xaricdəki bəzi azərbaycanlılarımız dəstək əvəzinə, pislik edirlər. Sonra daha yaxşı dostlar qazandım. Onlar mənə yazdılar, biz görüşdük. Hazırda dostluq edirik. Hətta onlardan birinin toyudur deyə, Bakıya gəlmişəm.

– Ancaq bacınızın toyuna gələ bilməmişdiniz...

– O, çox dramatik anlar idi. Sənəd işlərim bitməmişdi, geri qayıtmağa problem yarana bilərdi. İmmiqrant həyatı yaşayanlar məni çox yaxşı başa düşər. Vətəndaşlıq almaq üçün bir müddət ölkədən çıxmaq olmaz.

Bacım bir müddət məni anlamadı, küsdü ki, sənin yeganə bacınam, toyuma gəlmirsən. Valideynlərim də onu başa saldı. Dedim ki, ən son pulumu xərcləyib, toyuna gələrdim, lakin bu, mümkün deyildi. Bu qədər əziyyətdən keç, planlar qur, nələrəsə nail ol.

Bir toy üçün Azərbaycana gəlmək bütün planlarımı alt-üst edirdi. Hətta ona təklif etdim ki, həyat yoldaşınla sizə bilet alım, bal ayını Mayamidə keçirin. Bütün xərclərinizi də mən qarşılayıram. Bacım isə mənə çox mükəmməl cavab verdi. Dedi ki, Mayamini neynirik, biz Türkiyəyə gedirik (gülür).

Bacıma Mayamidə bal ayı maraqlı gəlmədi. Toya "Skype"la bağlanmışdım. O anlar mənim üçün çox çətin idi. Ağlamırdım ki, bacım da ağlayar, makiyajı axar. Sadəcə, gülümsəyirdim, Bu, ABŞ-da olarkən ən ağır hadisə idi.

Nəyisə çox istəmişəm, edə bilməmişəm, sonradan öhdəsindən gəlmişəm. Bundan sonra hər hansı bir hadisə olsa, gələ bilməsəm, bu, mənim üçün adi bir şey olacaq. Bacımın qızı da dünyaya gələndə gələ bilmədim.

İşdə idim. Anam beş dəqiqə öncə doğulmuş uşağın fotosunu göndərib. Mən isə başa düşmədim, anamı yığdım ki, bu nədir, göndərmisən? Dedi ki, bacının qızı olub. Onu görməli idim, Bakıya gəlməyimin ən birinci səbəbi Adeldir.

Məncə, ona görə hər il Bakıya gələcəyəm. Ya da onu özümlə aparacağam. Bacımgil uşağın adını seçəndə məsləhətləşirdilər, dedim ki, nə edirsiniz, edin, uşağa Azərbaycan adı qoymayın. Adlarımız çox gözəldir, ancaq uşağın mənim çəkdiyim əziyyətləri çəkməsini istəmirdim.

– Nə əziyyəti?

– Adımla bağlı problem yaşayıram. Heç kim "Aynur" sözünü tələffüz edə bilmir. Hərə bir cür deyir. Həmişə adımı sevirdim. Deyirdim ki, ay işığı mənasını verir. Orada adamın adı gözündən düşür. Soruşan olanda adın nədir. Deyirəm ki, vallah, nə istəyirsən de. Artıq fərqi yoxdur. Sonra adımı dəyişdim "Luna" qoydum. Adımın mənasına yaxındır, asan tələffüz olunur.

Hərdən də ingiliscə "I know - Mən bilirəm" demələrini istəyirdim. Deyirdilər ki, sənin adın "I know"dur, o nə addır sənə qoyublar? Deyirdim ki, bizim ölkədə belə adlar qoyurlar. Sonra növbəti sual yaranırdı – Haralısan?

"Azərbaycanlıyam" deyirdim və onu da tələffüz edə bilmirdilər. Deyirdilər, ora haradır? Söyləyirdim ki, qonşularımız – Rusiya, İran, Türkiyədir. Hər yeri tanıyırdılar, Azərbaycandan başqa.

– Başınıza gələn ən maraqlı hadisə nə idi?

– "Macəra dolu Amerika" adlı kitab yazıram. Getdiyim gündən başıma gələnləri qeyd edirəm. Hansı ki, danışanda insanlar mənə inanmır. Bir dəfə geyimlərimi oğurladılar. Rəsmən geyinməyə heç nəyim yox idi. Təkcə cins, sviter, kurtka və botum var idi.

– Necə olmuşdu?

– Manhettından Bruklinə köçürdüm. Evi təhvil vermişdim deyə, rəfiqəm onlarda qalmağımı təklif etdi. Orada evlər beş mərtəbəlidir. Çamadanım isə çox böyük idi, onu yuxarı qaldırmaq çətin idi. Rəfiqəm dedi ki, aşağıda qoy, burada oğurluq yoxdur.

Səhər oyanıb aşağı düşəndə gördüm ki, çamadanım yoxdur. Çölə çıxdım ki, bəlkə, bir iz tapam. Gördüm ki, zibil maşınının içindədir, elə biliblər ki, zibildir. Maşının arxasında qaçıb, "dayanın" deyirdim. Şirkətlə əlaqə saxlamaq istədik, tapa bilmədik. O əşyaları Azərbaycandan almışdım. Anladım ki, bu, bir işarədir, Bakı ilə bütün bağlılığımı kəsirəm. Amma məyus olmadım.

– Azərbaycanın ilk videobloqer xanımı idiniz. Yetərincə məşhurlaşmışdınız. Ancaq Bakıdan gedəndən sonra videolar azaldı və tamamilə bitdi...

– Azərbaycandan dörd ildir çıxmışam. İlk üç il davam etdim. Sonra başa düşdüm ki, çəkməyə mövzum yoxdur. Elə bir cəmiyyətdə yaşayıram ki, o videonu çəksəm, Azərbaycanda onu anlamayacaqlar.

Oranın problemləri başqa, Azərbaycanınkı başqadır. Həm də, bəlkə də, oradakı problemlər, azərbaycanlılar üçün heç nə idi. Mövzuların olmaması, Azərbaycanın gündəmini izləyə bilməməyim məni uzaqlaşdırdı.

Əfsuslar olsun ki, video sferası isə əksinə, inkişaf etdi. Başqa bir səviyyəyə keçdi. Artıq izləmək istəmirdim. Ona görə də trendlərdən kənarda qalırdım. Hər hansı bir mövzu olanda isə gecikirdim, video çəkməyin mənası qalmırdı.

Bəlkə, Azərbaycanda qalsaydım, başqa videolar çəkərdim. Belə qərara gəldim ki, çəkirəm deyə, "çeynənilməkdənsə", sonuncu videonu çəkim, ancaq dadı damaqda qalsın. Qəşənq, maraqlı və özünəməxsus getməyi seçdim.

Hərdən pis olurdum, yazırdılar ki, geri dönün, yenə videolar çəkin. Baxmayaraq ki, mən altı il öncə video çəkməyə başlamışdım – 2012-ci ildən. Videoları dayandırsam da, hələ də hər addımımı izləyir və reaksiya verirlər. Yanımda olan həmin insanlara təşəkkür edirəm.

– İndiki videobloqerlərdən kimləri bəyənmirsiniz?

– Bu dəqiqə Taleh Yüzbəyov və Əlixan Rəcəbovu bəyənirəm. Çatdıra bilsək, Talehlə video çəkəcəyik. Ssenarini hələ göndərməyib, amma ona çox güvənirəm.

– Böyük aktrisa olmaq həvəsiniz var idi...

– O arzumun arxasınca getmək istəyirəm. Film üzrə məktəbə baş vurmuşam. Sənəd işləri var. Birtəhər həll etməyə çalışacağam. Çünki işim də var deyə, məsuliyyət üzərimdədir.

Oxuyacağam, görsəm ki, hazırkı işim daha maraqlıdır. Dayandıracağam. Həmin o məktəbdə kinonun sıfırdan qurulması, kastinq, səs, montaj və s. öyrədəcəklər.

– Elə bir azərbaycanlı olub ki, qarşılaşmısınız, ancaq azərbaycanlı olduğunuzu deməmisiniz?

– Bir ara Bruklində yaşayırdım. Həmin ərazidə çimərlik var. Hansı ki, oraya yalnız azərbaycanlılar, türklər və ruslar gəlir. Kofemi alıb, noutbuku açıb, maillərimə nəzarət edirdim. Yanımda iki oğlan əyləşdi. "Ə, yox da, mən onlara dedim ki" ilə başladılar və söyüşlə davam etdilər. Mən isə tez noutbukumu da götürüb, oradan uzaqlaşdım.

Orada yaşayandan bir müddət sonra anlayırsan ki, hər kəslə münasibət qurmaq lazım deyil. Təzə-təzə gedəndə kimsə "Azərbaycan" deyəndə şəhərin bu başından, o biri başına gedirdim. Bir dəfə də çox pis oyuna gəldim.

– Necə oyun?

– Mançestr şəhərində olarkən azərbaycanlılardan biri yazdı ki, xoş gəlmisiniz. Sizi Bostonda qonaq kimi qarşılamaq istərdim. Ona izah etdim ki, ora gəlmək üçün imkanımız yoxdur. Həmin adam dedi ki, sizə maşın göndərəcəyəm, avtomobil sizi yanıma gətirəcək.

Sizə şəhəri də gəzdirərəm. Biz də razılaşdıq. Maşın gələndə oğlanın adını dedim, sürücü bildirdi ki, həmin adamı tanımır. Pulu isə siz ödəyəcəksiniz.

Təsəvvür edin əgər sürücüyə suallar verməsəydim. Saat yarımlıq yol üçün 250 dollar pul ödəməli idim. Şəhərə düşsəydim, axırıncı pulum olacaqdı və Bostonda pulsuz qalacaqdım. Bunu isə mənə bir azərbaycanlı edib. Həmin adama yazdım ki, səni belə pis iş etməyə nə vadar edib? Sənə pisliyim keçməyib axı. O isə məni bloka atdı.

Mən də onun fotosunu "Facebook"da paylaşdım, olanları yazdım. Çoxlu paylaşımlar etdilər. Oğlan mənə yazdı, üzr istədi ki, şəkli oradan silim. Dedi ki, ailəsi narahat olub. Mən isə fotonu illərlə saxladım və sonra sildim. Onun haqsızlığına belə cavab verdim.

– Haqsızlıq demişkən. Siz ABŞ-da olarkən bəzi informasiya portallarında rəqs videolarınız və bir çox xəbərləriniz çıxdı. Buna görə ailəniz sizi çox sıxışdırmadı?

– Bu məqamlar məni Azərbaycandan küsdürdü. İlk məzuniyyətimi Meksika, Kanadada yox, Azərbaycanda keçirmək istəyirdim. Onların səhifəmdən yox, dostlarımın bağlı profillərindən rəqs videomu götürüb saytda paylaşmaq və reputasiyamı korlamaq istəyi mənim vecimə deyil.

Çünki əgər çimərlik geyimində, yaxud alt paltarında rəqs edirəmsə, dostum paylaşırsa, bu, o deməkdir ki, heç nə vecimə deyil. Mən azad olmaq istəyirəm. "Filan sayt nə paylaşar" deyə düşünmək istəmirəm. Sadəcə, öz həyatımı yaşayıram.

Xərçəng xəstəliyinə tutulan insanlar var ki, onlar taleyilə barışır. İnsanların beyni həmin o xəstəlik kimidir. Onların iç dünyalarını, beyinlərini dəyişmək mümkün deyil. Bu, onların mahiyyətidir. Anladım ki, onların beynini dəyişə bilmərəm. Düzü, mənə çox insan dəstək oldu. Yazdı ki, fikir verməyin.

– "Fikir verməyin" yazanların səmimiyyətinə inanırsınız?

– İnanmaq istəyirəm. Bəlkə də, səmimi deyillər. Zəng vurdum ailəmə, dedim ki, belə şeylər baş verib. Hazırlıqlı olun. Təbii ki, bu hadisə ailəm tərəfindən xoş qarşılanmadı. Amma ki, onlar məndən nə imtina etdi, nə qızlıqdan sildi.

Şükür ki, ailəm ağıllı, beynini istifadə edən insanlardan ibarətdir. Hətta mənə ən çox dəstək olan anam oldu. Dedi ki, burada nə var ki? Səndən başqa o qədər rəqs edənlər var. Onları niyə paylaşmırlar? Mən də anama başa saldım ki, ulduz oldun, belədir (gülür).

Dedim ki, insanlar xəbər yaratmaq, baxış yığmaq istəyir. Çünki bu, onların maaşıdır. Mənim vasitəmlə reytinq yığırlar. Etsinlər.

Amma dediyim ki, bütün bunlar məni soyutdu. Bacım qızı Adelə və rəfiqəmin toyuna görə Bakıya gəldim. Bunlar olmasaydı, Bakıya gəlişim 2-3 il daha uzana bilərdi.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 2626   Tarix: 22 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Fəlakət" görünüşünü DƏYİŞDİ - FOTO

"Fəlakət" obrazı ilə məşhurlaşan aktyor Elşən Orucov uzun müddətdən sonra görünüşündə dəyişiklik edib. xəbər verir ki, hazırda İstanbulda olan aktyor Türkiyədə çəkiləcək "Çırak" serialına görə bığını kəsdirib. O, yeni halını "Instagram" hesabında paylaşıb. Qeyd edək ki

20 mart
.

Əlikram Bayramov Elgiz Əkbəri ifşa etdi: "Proqramdan əvvəl mənə tapşırdı ki..."

Müğənni Əlikram Bayramov qatıldığı teleproqramlardan birində aparıcı Elgiz Əkbər haqqında maraqlı fikirlər səsləndirib. -a istinadən bildirir ki, o Elgiz Əkbərin onu meyxanaçılarla eyni proqrama çıxarkən əvvəlcədən öyrətdiyini, onlara qarşı kəskin sözlər deməsini tapşırdığını deyib. "Verilişə çağırıb

16 mart
.

Afaq Bəşirqızı üsyan etdi: "Niyə Məleykə Əsədovadan yazmırlar?"

Bir müddət öncə Xalq artisti Afaq Bəşirqızının görüntüsü müzakirələrə səbəb olub. Onun yeriməkdə çətinlik çəkdiyi iddia olunurdu. Martın 8-də isə Xalq artisti "Bu şəhərdə" komandasının tamaşasında görüntülənib. A.Bəşirqızının səhhəti ilə maraqlanmaq üçün onunla əlaqə saxlayıb. Xalq artist

17 mart
.

Emin Ağalarov söz verdi

"Crocus City Holl" bərpa olunacağı təqdirdə yeni zalda terror aktı zamanı həlak olanların xatirəsinə abidə ucaldılacaq. Bu barədə RBK telekanalına "Krokus" Şirkətlər Qrupunun keçmiş birinci vitse-prezidenti Emin Ağalarov məlumat verib. "Təbii ki, biz bütün bunları nəzərdən keçiririk

26 mart
.

Britninin 12 il öncə geyindiyi geyim hərraca çıxarılır

"Goldin Auctions" hərrac evi pop müğənnisi Britni Spirsin qarderobundan ikonik əşyanı 25 min dollara satmağa çalışacaq. "Qafqazinfo" xəbər verir ki, bu haqda "Page Six" nəşri yazıb. Söhbət uzun kulonlarla bəzədilmiş gümüşü rəngli geyimdən gedir. Müğənninin bu paltarı 2012-c

25 mart
.

Azərbaycanlı musiqiçi DÜNYASINI DƏYİŞDİ - FOTO

Azərbaycanda musiqiçi vəfat edib. -ə istinadən bildirir ki, Ucar şəhər Uşaq İncəsənət məktəbinin tar müəllimi Tofiq Əliyev 64 yaşında dünyasını dəyişib. Mərhum 40 ildən artıq müəllim kimi fəaliyyət göstərirmiş. Tofiq Əliyev ürək tutmasından vəfat edib. Allah rəhmət eləsin!

16 mart
.

Rəqqasə Renkanın avtomobili qəzaya uğrayıb - FOTO

Rəqqasə Rəna Ağamuradova (Renka) avtomobili ilə yol-nəqliyyat hadisəsinə uğrayıb. xəbər verir ki, bu barədə o "Instagram" hesabında məlumat yayıb. Rəna avtomobilinin fotosunu paylaşaraq bunları yazıb:. "Gecə məni bir xanım vurdu. Uşağıma sürpriz etməyə gedirdim. Saat 12-də ad gününə getmə

18 mart
.

Aygün Kazımova konserti təxirə düşən Röyadan GÖRÜN NƏ YAZDI

"Moskvada baş verən dəhşətli hücumda həlak olanların ailələrinə Allahdan səbr, yaralılara tezliklə sağalmalarını diləyirəm". xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova instagram hesabındakı paylaşımında qeyd edib. O, həmçinin, Emin Ağalarov və konserti təxirə düşən həmkarı Röy

23 mart
.

Alla Puqaçovanın əri ona məbəd tikdirəcək

Alla Puqaçovanın əri Maksim Qalkin ona qotik məbəd tikdirməyi planlaşdırır. xəbər verir ki, məbəd "Qryazi" kəndində cütlüyün qəsri yanında tikiləcək və onunla bir kompleks təşkil edəcək. İçərisi pravoslav kilsə kimi düzələnəcək məbədin qarşısında park salinması nəzərdə tutulub. Qalkin məbəd

22 mart