Valideynlər imtahanda zəif nəticə göstərən övladlarını necə məhv edir?

Valideynlər imtahanda zəif nəticə göstərən övladlarını necə məhv edir?İlin sonuncu qəbul imtahanlarına bir neçə gün qalıb. Abituriyentlər ikinci dəfə imtahan verməklə, sonun cu şanslarından yararlanırlar. Lakin bəziləri istər birinci, istərsə də ikinci imtahan zamanı zəif nəticə bvcjgöstərməklə, psixoloji yenilgidən özlərini xilas edə bilmirlər. Bunun bir çox səbəbləri var. Bəlkə də ən birincisi, valideyn basqısıdır.

Lakin valideynlər xüsusən bu ərəfələrdə diqqətli olmalı, övladlarının belə həssas məqamlarında onlara diqqət ayırmalıdırlar.

Ümumiyyətlə, imtahanlardan sonra abituriyentlərin nəticəsi zəif olduğu halda ailələrin diqqət etməsi lazım olan məsələlər hansılardır?

Bununla bağlı AzEdu.az psixoloqların fikrini öyrənib:

Psixoloq Gülnarə Səttarovanın sözlərinə görə , valideynlər də övladları ilə birlikdə sanki imtahana girir, onlarla birlikdə həyəcan keçirir, bəzən, sevinib, bəzənsə, birlikdə kədərlənirlər. Bu, isə çox böyük xətadır:

"Valideynlər bununla uşaqlarını motivasiya etdiklərini düşünüb hər dəfə bu haqda danışırlar. Qatılacaqları imtahanların onların həyatında nə qədər önəmli olduğunu , gələcəkdə uğurlu fərd ola bilmələri üçün mütləq bu imtahanı qazanmalarının vacibliyini dönə-dönə xatırlayırlar.

Əvəzində, imtahan nəticəsinin uğursuz olduğu halda valideynlərin bu kimi psixoloji təsirləri abituriyentdə müəyyən şüuraltı zədələrin yaranmasında mühüm rol oynayır".

Onun sözlərinə görə , imtahanlardan sonra valideynlər uşaqlarını nəticədən asılı olmayaraq, mükafatlandırmalıdırlar. İmtahan ballarını hesablamaq, "görəsən, hansı universitetə, fakültəyə daxil olacaq" təxminlərini etmək yerinə, birlikdə dincəlmək və zaman keçirməyə qərar verməlidilər:

"Gələcəklə bağlı neqativ düşünmək gənclərin ovqatına daha pis təsir edər.

Gələcəkdə bağlı hər zaman bir seçim və ümid var. İmtahan nəticələri bilinmədən ehtimallar və seçimlər üzərində danışmaq çox yararlı olmaya bilər. Bu, əksinə uşaqlara olan sağlam münasibətlərinizə zərər verə bilər. Başqalarının yanında inam qazandırmaq lazımdır, tənqid etmək yox! İmtahan nəticəsinə hazırlıqlı olmaq lazımdır!

Nəticə nə olursa, olsun valideynlər uşaqla bağlı üzərinə düşən vəzifə və öhdəlikləri yerinə yetirməlidirlər. Seçimləri düzgün dəyərləndirməli , sakit və ağıllı davranmalıdırlar. Həyat və imtahan bir-birindən çox fərqli ola bilər. Çünki imtahanda uğursuzluqla qarşılaşmaq, həyatda da hər zaman uğursuzluqlarla qarşılaşmaq demək deyil. Abituryent imtahanda gözlədiyi nəticəni əldə etməmişsə, çalışmaq istəyi varsa və bacarığına inanırsa təkrar hazırlamasına, dəstək olun. Uşağınız təkrar girmək istəmirsə, həyata atılmağına kömək edin. Unutmayın! Həyatda bacarıqlı və xoşbəxt olmanın tək yolu imtahan qazanmaq deyil, iş həyatına başladıqdan sonra təhsili tamamlamaq mümkündür. Universitet oxumadığı halda belə həyatında çox xoşbəxt və işində bacarıqlı olan insanlar vardır".

Psixoloq Arzu Məmmədovanın sözlərinə görə, əgər övladınız öz potensialına uyğun, yaxud, ondan aşağı bal toplayıbsa, bu zaman dünyanın sonu olmadığını bilməliyik çünki hər il qəbul imtahanları olur:

"Dövlətimiz abituryentlərə ümumiyyətlə, tələbə adını qazanmaq istəyən vətəndaşlara çox gözəl şərait yaradıb ki, onlar dəfələrlə öz şanslarını, biliklərini yoxlasınlar. Bu şansı valideynlər dəyərləndirməyi bacarmalıdırlar.

Övladınıza birinci növbədə dəstək olmalısınız, onunla dost kimi davranmalısınız. Əgər o, sizi yanında bir dost kimi bilsə, daim problemlərini sizinlə bölüşəcək. Əgər siz söyləsəniz ki, "qonşunun uşağı qəbul oldu, sən qəbul ola bilmədin" bunun kimi və s. sözlər işlənilsə, o zaman təbii ki,uşaqda ağır psixoloji problemlərə, depresiyyalara, intihara , qidalanma nevrozlarına, nevrotik hallara rast gələcəkdir. Ona görə də bu halların qarşısını almaq üçün mütləq ailə dəstəyi lazımdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1256   Tarix: 22 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28 mart
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28 mart
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, bu günü

28 mart
.

Valideynlər qızlarına dişlərinə baxıb ər alırlar: Qeyri-adi bazar - ARAŞDIRMA + VİDEO

Hindistanın Madxubani şəhərində qeyri adi bazar 700 ildir ki fəaliyyət göstərir. Bazarın ilk təçkilatçısı Raca Xari Sinqx olub. Belə ki, bu bazarda meyvə tərəvəz, cürbəcür qidalar yox, kişi satılır. Daha doğrusu, qızlar öz valideynləri ilə bura gəlib özlərinə ər alırlar. Bu bizim üçün qeyri-adi və imkansı

28 mart
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28 mart
.

Nazirliyin şöbə rəisi vəfat edib

Ədliyyə Nazirliyinin əməkdaşı Akşin Mirtəbib oğlu Ağayev vəfat edib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, nazirliyin Neftçala rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsində çalışıb. Qeyd edək ki, A.Ağayev 2015-ci ildən Ədliyyə Nazirliyinin əməkdaşı olub

28 mart
.

13 yaşlı Zəhranın dəstəyə ehtiyacı var: "Əməliyyat məbləğini toplaya bilmirik" - FOTO

13 yaşlı Zəhra Hacılı B-hüceyrə kəskin mieloblast leykoz M2 (qan xərçəngi) xəstəliyindən əziyyət çəkir. Bu barədə -a onun atası İlkin Hacıyev məlumat verib. O bildirib ki, qızı iki ildir ki, bu xəstəliklə mübarizə aparır:. "Hazırda qızım Milli Hematoalogiya və Transfuziologiya Mərkəzində müalic

28 mart
.

Azərbaycanda Əməkdar artistə 200 minlik avtomobil hədiyyə edildi - FOTO

"2011-ci ildə mənə zəng gəldi. Dedilər ki, get filan yerdən "İnfiniti QX 56" markalı avtomobili götür. Getdim gördüm ki, sənəddə Yusif Mustafayev yazılıb. Dedilər ki, sənədə imza at. O vaxt qiyməti 110 min dollar idi, təxminən 200 min manat". "axşam.az"a istinadən xəbə

28 mart
.

Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır. xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyini

28 mart