"Qalib gələndə almaniyalı, uduzanda murdar türk köçkün oluram" - Məsut Özil

"Qalib gələndə almaniyalı, uduzanda murdar türk köçkün oluram" - Məsut Özilİngiltərənin "Arsenal" klubunun yarımmüdafiəçisi Məsut Özil Almaniya yığmasında oynamaq istəmədiyini, Almaniyanı beynəlxalq yarışlarda təmsil etmək niyyətində olmadığını bəyan edib.

29 yaşlı futbolçu bu barədə Twitter-dəki akkauntunda açıqlama yayıb.

Özilin yazdığına görə, qərarının əsas səbəblərindən biri Almaniya Futbol Federasiyasının (DFB) rəhbərliyi, xüsusilə də federasiyanın prezidenti Raynhard Qrindelin davranışıdır.

"Son hadisələrlə bağlı düşünüb-daşınandan sonra qərara gəldim ki, irqçilik və sayğısızlıqla qarşılaşdığım üçün Almaniya yığmasını tərk etməliyəm. Almaniya yığmasının futbolkasında qürurla oynayırdım. İndisə artıq o hiss yoxdur", - Özil yazıb.

Üç səhifəlik açıqlamasında futbolçu bildirir ki, Almaniya yığmasının heyətində oynadığı 10 ildə əldə etdiyi uğurlar unudulub.

"DVB-nin rəhbərliyi mənə belə yanaşırsa, Türkiyə əsilli olmağıma sayğı bəsləmirlərsə və siyasi təbliğatın alətinə çevirirlərsə, dayanmaq zamanıdır. Qalib gələndə almaniyalı, uduzanda murdar türk köçkün oluram", - Özil yazıb.

Bu ilin mayında Məsut Özil Londonda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə foto çəkdirəndən sonra Almaniyada sərt tənqidlərə məruz qalmışdı. DFB rəhbəri Raynhard Qrindel onun belə addımını "qətiyyətlə pisləmişdi".

Məsut Özil tək Almaniyada yox, bütün Avropa ölkələrində "əsl avropalı" olmayan futbolçulara irqçi, şovinist münasibətlə bağlı məqamları aşkarlayıb.

Almaniya demokratik, inkişaf etmiş ölkədir. Lakin elə həmin Almaniyada məişət səviyyəsində almanların "gəlmə"lərə, ölkədə doğulmuş müsəlmanlara münasibətləri irqçilik, nasizm həddindədir.

Milli.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2256   Tarix: 23 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Arda Gülerin yeni transfer qiyməti açıqlandı

Xəbər verdiyimiz kimi "Transfermarkt" İspaniya La Liqasında çıxış edən ən dəyərli futbolçulardan ibarət 11-i açıqlamışdı. Ölkə.az -a istinadən xəbər verir ki, Arda Güler heyətdə yer almasa da, siyahıda yer alıb. "Transfermarkt"in açıqladığı yeni siyahıda ümumilikdə 20 futbolçu ye

26 mart
.

Azərbaycanın qadınlardan ibarət basketbol millləri Türkiyədə parlaq qələbələr qazanıb

Azərbaycanın qadınlardan ibarət basketbol milləri parlaq qələbələr qazanıb. "Report" Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirən qadınlardan ibarət U-16 və U-18 yığmalarımız yoldaşlıq görüşlərind

23 mart
.

Avropa Oyunları bu ölkədə keçiriləcək

2027-ci ildə Avropa Oyunları Türkiyənin İstanbul şəhərində keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu özü də bununla bağlı açıqlama verib. Qeyd edək ki, 2027-ci ildə Avropa Oyunlarının İstanbulda keçirilməs

27 mart
.

Elvin Cəfərquliyevə əlavə cəza verildi - SƏBƏB AÇIQLANDI

UEFA "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevi iki oyunluq cəzalandırıb. "Report"un əldə etdiyi məlumata görə, buna 23 yaşlı cinah müdafiəçisinin Bakıda "Braqa"ya qarşı keçirdikləri Avropa Liqasının pley-off mərhələsinin cavab matçında (2:3, əlavə vaxtda) hakimi söyməs

26 mart
.

"Qəbələ" yoxlama matçında "Sabah"a qalib gəlib

"Qəbələ" ilə "Sabah" arasında yoxlama matçı keçirilib. "Report" xəbər verir ki, qarşılaşma "Bank Respublika Arena"da baş tutub. Görüş "Qəbələ"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Əyyub Allaş və Bilel Auaşeriya vurublar. Qeyd edək ki, Azərbayca

23 mart
.

Azərbaycanın U-21 millisi Bakıda İngiltərəyə böyük hesabla məğlub olub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. "Report"un məlumatına görə, F qrupunda yer alan yığma liderlər qrupunda qərarlaşan İngiltərə ilə qarşılaşıb. "Qarabağ Arena"da baş tutan qarşılaşmadan qonaq komand

22 mart
.

Devid Bekhem niyə Viktoriya ilə evlənmək qərarına gəldiyini AÇIQLADI

48 yaşlı məşhur ingilis futbolçu 25 ilə yaxındır ki, müğənni və dizayner Viktoriya Bekhemlə evlidir. xarici mediaya istinadla bildirir ki, cütlük şou-biznesin ən güclülərindən biri hesab olunur. Birlikdə cütlük çox şey yaşayıb və dörd uşaq böyüdüb. Devid Bekhem bu yaxınlarda niyə "Spice Girls"

24 mart
.

Fransa millisinin futbolçusu komandanı tərk etdi - Maraqlı səbəb

Mamadu Diavara Ramazan ayında oruc tutmaq qadağasına görə Fransanın U-19 futbol yığmasını tərk edib. Qeyd olunur ki, daha əvvəl Fransa Futbol Federasiyasının prezidenti "Le Figaro" nəşrinə müsahibəsində milli komandanın tərkibində Ramazan ayında oruc tutmağı qadağan edən yeni qaydaları açıqlayı

24 mart
.

"Yəqin ki, "McDonald’s"da işləyəcəkdim" - Ronaldo

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo karyerasını "Sportinq"də başa vurmağı planlaşdırdığını bildirib. "Qafqazinfo" TCR-yə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu deyib: "Karyeramı "Sportinq"də başa vuracağam. Bu kluba qayıtmaq istəyirəm. Portuqaliy

20 mart