"Dərhal Mingəçevir SES-ə zərbə endirəcəyik..."

"Dərhal Mingəçevir SES-ə zərbə endirəcəyik..."Ermənistan müdafiə naziri David Tonoyanın ardınca qondarma "dqr müdafiə naziri" də Azərbaycanı müharibə və "Mingəçevirin vurulması" ilə hədələyib.

Sonxeber.az "virtualaz.org"a istinadla xəbər verir ki, Levon Mnatsakanyan bu gün Xankəndində jurnalistlərin qarşısına çıxaraq təmas xəttində hökm sürən "təəcüblü sakitlikdən", payızda vəziyyətin gərginləşə biləcəyindən və irimiqyaslı hərbi əməliyyatların başlayacağı təqdirsə "Azərbaycanın iqtisadiyyatını iflic etmək" planlarından bəhs edib.

Mnatsakanyan bildirib ki, "əgər zərurət yaranarsa" Dağlıq Qarabağ "müdafiə ordusu", yəni erməni işğalçı birləşmələri Mingəçevir SES-ə raket zərbəsi endirəcək. Onun sözlərinə görə, Mingəçevir SES hədəf kimi erməni ordusunun taktiki planlarına daxil edilib.

"Hərb elmi bu və buna bənzər obyektlərə zərbə endirilməsini tələb edir. Belə zərbə iqtisadiyyata zərər vuracaq və düşmənin silahlı qüvvələrini müvafiq resurslarla təchiz etmək imkanlarını aradan qaldıracaq. Bu obyekt bizim planlarımıza daxildir"-o bildirib.

Mnatsakanyan əlavə edib ki, hər şey belə zərurətin yaranmasından asılıdır, hansı ki, sözügedən zərurət hələ yoxdur. Qondarma "nazir" lovğalığı davam etdirərək deyib ki, Azərbaycanın "LORA", "Polonez", "Dana" kimi yeni raket-artilleriya sistemləri nümayiş etdirməsi onları qorxutmur. Çünki ermənilərin əlində də "oxşar silahlar" var. Üstəlik bu silahlar "daha dəqiqdir"

Ermənistanda Mingəçevir SES-i vurmaq barədə təhdidlər ilk dəfə deyil ki, səslənir. Belə təhdidlərlə adətən ya istefada olan generallar, ya hansısa ekspertlər və siyasətçilər çıxış edirdi. İndi isə Dağlıq Qarabağdakı işğalçı qüvvələrin "naziri" su bəndinin hədəf kimi müəyyən edildiyini açıqlayır. Və şübhəsiz ki, rəsmi Bakı, Azərbaycanın Müdafiə Nazirliyi düşmənin bu təhdidinə cavab verməli olacaq. Gözlənilir ki, Müdaifə Nazirliyi gün ərzində Mnatsakanyanın sərsəm təhdidləri ilə bağlı bəyanatla çıxış edəcək.

Belə görünür ki, düşmənin nəzərinə Azərbaycan silahlı qüvvələrinin bütün Ermənistan boyu və işğal altındakı ərazilərdə hansı hədəflərin nişangahda olduğunu çatdırmaq lazımdır. Və düşmənə başa salmaq lazımdır ki, bu cür sərsəm təhdidlərlə çıxış etməzdən əvvəl azı iki dəfə düşünməyə zərurət var.

Şübhəsiz ki, Azərbaycan özünün strateji infrastruktur obyektlərinin, o cümlədən Mingəçevir SES-in su bəndinin potensial hücumlardan müdafiəsi üzərində çoxdandır işləyir. Hansı ki, hava və raket hücumlarından bir neçə pilləli müdafiə sistemləri formalaşdırır. Bu sistemlər Ermənistanın sərəncamındakı və Mingəçevirə zərbə endirmək barədə lovğalanmaq üçün istifadə edilən "İsgəndər" raketlərini də dəf etməyə hesablanıb.

Digər tərəfdən deyəsən Mnatsakanyan yaddan çıxarıb ki, Azərbaycan ordusunun Naxçıvanda cəmləşdirilmiş əlahiddə ümumqoşun birləşməsi Yerevan və onun yaxınlığındakı Metsamor AES də daxil olmaqla bütün strateji infrastruktur obyektlərini darmadağın etmək gücündədir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 3079   Tarix: 24 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rusiyaya kütləvi dron hücumu: Dörd PUA Moskvaya yaxınlaşarkən məhv edilib

Rusiyada ən kütləvi dron hücumlardan biri ötən gecə baş verib. Ümumilikdə, ölkənin səkkiz rayonunda 35 PUA və bir S-200 raketi məhv edilib. Dörd PUA Moskvaya yaxınlaşarkən vurulub. Slavyansk şəhərindəki neft emalı zavodunda pilotsuz uçuş aparatının partlaması nəticəsində bir nəfər ölüb. Kaluqa vilayətini

17 mart
.

İsrail ordusu: Livandan ölkəyə raketlər və zərbə PUA-ları buraxılıb

İsrailin Müdafiə Ordusu Livandan "Hizbullah" tərəfindən ölkə ərazisinə üç raket və iki hücum pilotsuz uçuş aparatı atışını qeydə alıb. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. "Livandan İsrailə uçan 3 raketin yaşayış olmayan əraziyə düşdüyü qey

14 aprel
.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin doqquzu saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəli

9 aprel
.

İran İsrailə PUA-ların üçüncü dalğası ilə hücum edib

İran İsrailə qarşı pilotsuz təyyarələrin üçüncü dalğasını buraxıb. "Report"un məlumatına görə, bu barədə İsrail televiziyasının "Kanal 12" telekanalı xəbər yayıb. Bundan əlavə, telekanalın məlumatına görə, İranın İsrailə doğru uçan bəzi pilotsuz təyyarələri Suriya səmasında ələ keçirilib

14 aprel
.

İsrail Ordusu təsdiqlədi: İran PUA-lar buraxıb, hamısını izləyirik

İsrail rəsmiləri İranın İsrailə doğru onlarla yürüş təşkil edərək, hücuma başladığını təsdiq ediblər. Bu barədə "Al Jazeera" məlumat yayıb. Daha əvvəl İordaniya hakimiyyət orqanları hava məkanının bağlandığını bəyan etmişdi. İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidmətinin məlumatına görə

14 aprel
.

Qarabağdakı antiterror tədbirlərindən yeni görüntülər - VİDEO

Ötən il sentyabrın 19-20-də Qarabağda antiterror tədbirləri ilə bağlı yeni görüntülər üzə çıxıb. Görüntülərdə Azərbaycan hərbçilərinin təkcə cəsarəti və qəhrəmanlığı deyil, həm də peşəkarlıq və koordinasiyasının yüksək səviyyədə olması öz əksini tapıb. Bizim.Media-nın yaydığı görüntüləri təqdim edir

8 fevral
.

İLK DƏFƏ: İran hücum anının GÖRÜNTÜLƏRİNİ YAYDI - ŞOK VİDEO

SEPAH İranın "Nəbi Əkrəm" bazasından İsrail ərazilərinə ballistik raketlərin buraxılması anlarını yayıb. xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb. Qeyd edək ki, İran İsrailə PUA-larla hücum edib. İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib ki, ord

14 aprel
.

İran İsraili ballistik raketlərlə VURMAĞA BAŞLADI - GƏRGİNLİK PİK HƏDDƏ

İran İsrailə ballistik raketlər atıb. "Report" xəbər verir ki, bu barədə İRNA agentliyi mənbələrə istinadən məlumat yayıb. Onların məlumatına görə, zərbələr üçün hədəflər İsrail ərazisinin dərinliklərində yerləşir. Qeyd edək ki, daha əvvəl İrana məxsus onlarla pilotsuz təyyarənin İraqın cənu

14 aprel
.

Ukraynada çörək sexinə raket düşdü: 28 nəfər həlak oldu

Ukraynanın Luqansk vilayətinin Lisiçansk şəhərində raket çörək sexinə düşüb. Nəticədə 28 nəfər həlak olub. Məlumata görə, daha 10 nəfər xəsarət alıb. Ölənlərin 18-i kişi, doqquzu qadın və biri uşaqdır. Raketin Ukrayna Silahlı Qüvvələri tərəfindən HİMARS sistemilə buraxıldığı iddia edilir

4 fevral