Milli Məclisin 33 yaşlı yeni xanım deputatı - FOTOLAR

Milli Məclisin 33 yaşlı yeni xanım deputatı - FOTOLARSonxeber.az ölkə.az-ın Milli Məclisə keçirilmiş seçkilərdə ilk dəfə millət vəkili adını qazanmış şəxslərlə bağlı yazılarından ilkini təqim edir.

İlk qəhrəman 33 yaşlı Ülviyyə Həmzəyeva 6 saylı Culfa-Babək Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi kimi qalib gəlib.

Gənc deputat 30 aprel 1982-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Şəkərabad kəndində anadan olub, 2003-cü ildə Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsinin təsviri incəsənət ixtisasını fərqlənmə diplomu bitirib. 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə başa vurub. Hazırda Naxçıvan Dövlət Universitetinin təsviri incəsənət və rəsmxət kafedrasının baş müəllimi, universitetin dissertantıdır.

Azərbaycanda ilk dəfə olaraq 2001-ci ildə Naxçıvan Dövlət Universitetinin gənclik parkında soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidənin müəllifidir. 2008-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı, 2009-cu ildə isə Azərbaycan Respublikasının Əməkdar Rəssamı fəxri adına layiq görülüb. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür, 2013-cü ildə "Yeni Era" Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvlüyünə qəbul edilib.

2011-ci ildə keçirilmiş Naxçıvan Rəssamlar Birliyinin III konfransında Naxçıvan Rəssamlar Birliyinin sədri seçilmişdir. Azərbaycan, ABŞ və Türkiyədə bir çox fərdi və qarışıq sərgiləri keçirilib. Əsərləri bir çox şəxsi kolleksiyalarda və muzeylərdə saxlanılır. Əsərlərində əsasən milliliyi, qədimliyi, mifologiyanı və real həyatın fəlsəfəsini özünəməxsus tərzdə əks etdirməyə çalışır.

Sonda Ülviyyə Həmzəyevanın ictimai fəaliyyətini özündə əks etdirən fotoları təqdim edirik.
Milli Məclisin 33 yaşlı yeni xanım deputatı - FOTOLARMilli Məclisin 33 yaşlı yeni xanım deputatı - FOTOLARMilli Məclisin 33 yaşlı yeni xanım deputatı - FOTOLARMilli Məclisin 33 yaşlı yeni xanım deputatı - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3210   Tarix: 02 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - Video

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin boş ərazidə futbol oynaması diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, görüntülərdə işçilərin boş ərazini stadiona çevirərək, futbol oynadıqları əks olunub. Həmin görüntünü təqdi

19 aprel
.

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi

19 aprel
.

Rusiya sülhməramlıları regionu TƏRK EDİR: ABŞ və qərb hərbi qüvvələri Qarabağda fəaliyyət GÖSTƏRƏCƏK? - ŞƏRH

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Bununla bağlı, yayılan görüntülərdə sülhməramlılara məxsus hərbi texnikaların qatarlarla Rusiya yolunda olduğunu görmək mümkündür. Əgər belə davam edərsə, sülhməramlıların vaxtından əvvə

19 aprel
.

Bakıda yarım milyona Quran satılır? - FOTO

Azərbaycanda yarım milyona Quran kitabı satışa çıxarılıb. xəbər verir ki, bu barədə saytlardan birində elan yerləşdirilib. Qeyd edilib ki, kitab XIX əsrdə miniatür litoqrafiya ilə işlənmiş Osmanlı Quranıdır. Bu kitabı, xüsusilə Birinci Dünya müharibəsində vuruşan bəzi müsəlman əsgərlər üzərlərində gəzdirirmişlər

19 aprel
.

Qətl törədən azərbaycanlının evindən görün nələr TAPILDI? milyonlarla pul...

Rusiyanın Moskva şəhərində azərbaycanlı gənc Şahin Abbasovun qətl törətməsi barədə xəbər vermişdik. Rusiya mediasına istinadla bildirir ki, müstəntiqlər dayanacaq üstündə moskvalı öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Şahin Abbassovun mənzilindən 44 milyon rubldan çox, həmçinin 300 min dolla

19 aprel
.

"Nobel qardaşlarının qənimi" Bakı milyonçusunun evi 1 milyon 200 minə satılır - VİDEO

Azərbaycanlı milyonçu Şəmsi Əsədullayevin tikdirdiyi binadakı mənzil satışa çıxarılıb. Bu barədə BAKU.TV-də görüntülər nümayiş olunub. Qeyd edilib ki, Qoql, Lev Tolstoy və Həzi Aslanov küçələrinin kəsişməsində yerləşən evdə sonradan "Neftçi Qurban" kimi Ağaqurban Əliyev və oğlu Yalçın Əliye

19 aprel
.

Ətin qiyməti niyə günbəgün ARTIR? - Açıqlama

2024-cü ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət istehsal olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,5 faiz azalıb. Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır?. Mövzu ilə bağlı bağlı iqtisadçı-eskpert Natiq Cəfərli -a açıqlama verib. İqtisadç

19 aprel
.

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlandı + YENİLƏNİB

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) təsisçisi olduğu Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL) ləğv olunması haqqında qərar qəbul edib. Qərarın qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyət

19 aprel
.

Çoxuşaqlı ailələrə ayrıca müavinət TƏYİN EDİLSİN - TƏKLİF

Dünya praktikasında 3 uşağı olanlar çoxuşaqlı ailələr hesab edilir. Bu baxımdan Azərbaycanda çoxuşaqlı anlayışının 5-dən 3-ə endirilməsi təklif edilir. Artıq məsələ Milli Məclisdə müzakirə olunur və yekun qərarın təsdiqlənməsi gözlənilir. Azərbaycanda kütləvi şəkildə boşanmaların olması, o cümlədən ailələri

19 aprel