Xərçəng xəstəliyindən əməliyyat olunan "Toppuş bacı" danışdı

Xərçəng xəstəliyindən əməliyyat olunan "Toppuş bacı" danışdıÖtən gün xərçəng xəstəliyindən əməliyyat olunan əməkdar artist Tünzalə Əliyeva artıq palataya köçürülüb.

Əməkdar artist primetime.az-a hazırkı durumu ilə bağlı açıqlama verib: "Əməliyyat yaxşı keçdi. Neçə saat davam etdiyini bilmirəm. Ona görə ki, palataya indi düşmüşəm. Çıxandan sonra hamısını öyrənəcəm. Amma özüm yaxşıyam. Yaxşı baxırlar mənə. Hər şey əladır".

Aktrisa dedi ki, o xərçəng xəstəliyinə tutulmasını tam təsadüf nəticəsində öyrənib : "Mən tam fərqli bir problemlə bağlı Həkimə müraciət etmişdim. Həkim elə orada dedi ki, səndə uşaqlıq boynunda şiş var. Mərkəzi Gömrük Hospitalında şişdən nümunələr götürülüb əkildi. Dedilər xərçəngsən" - deyə aktrisa bildirib.

Xəstəlik aşkar ediləndən sonra Tünzalə Əliyeva millət vəkili Qənirə Paşayevaya müraciət etdiyini dedi: "Qənirə xanıma mənə kömək etməsi üçün müraciət etdim. O da Milli Onkologiya Mərkəzinin (MOM) baş direktoru Cəmil Əliyevlə danışdı. Mərkəzin Onkoginekologiya şöbəsinin müdiri Şəmistan Alıyev məni əməliyyat etdi. Hazırda şişdən nümunələr götürülüb, əkilib. 14 gündən sonra dəqiq bilinəcək ki, kimyaterapiya, şüa olunacaq ya yox. Həkim sadəcə onu dedi ki, şiş bədxassəli olsa da əsas odur metastaz verməyib. Sizin dualarınız mənə yetər. Sizin sayənizdə mən sağlam oluram"-deyə əməkdar artist əlavə edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 6362   Tarix: 01 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bəstəkar Cavanşir Quliyevin son durumu açıqlanıb

Türkiyədə müalicə olunan əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin səhhəti normallaşıb. Bu barədə "Report"un Ankara bürosuna İstanbuldakı şəhid Mübariz İbrahimov adına məktəbin rəhbəri Aygün Həsənoğlu məlumat verib. O bildirib ki, Cavanşir Quliyev müalicə olunduğu İstanbul Acıbadə

17 fevral
.

Balabanla ifası kosmosa çatan azərbaycanlı: Böyüklüyündən xəbərsiz olan sənətkar

Onun adı gələndə ilk olaraq qulaqlarımda Novruz bayramı ərəfəsində Azərbaycan Televiziyasının mavi ekranında ifa olunan "Azərbaycan təranələri" səslənir. Daha sonra 20 Yanvar şəhidlərinin, Xocalı qurbanlarının ahını, vaxtilə Azərbaycanın Qarabağ harayını dünyaya yayan, şəhid adlı böyük bi

29 yanvar
.

Rövşən Məmmədov Flora Xəlilzadəni AzTV-yə QAYTARDI

Bu yaxınlarda Azərbaycan Televiziyasının (AzTV) Ədəbi-dram verilişləri Baş Redaksiyasının baş redaktoru vəzifəsindən təqaüdə göndərilən Əməkdar jurnalist Flora Xəlilzadə yenidən AzTV-yə qayıdıb. xəbər verir ki, onun qayıdışı barədə Azərbaycan Televiziyasının rəhbəri Rövşən Məmmədov bildirib. "Flor

10 fevral
.

Nazirlər Kabinetindən tarix və mədəniyyət abidələri ilə bağlı QƏRAR

"Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu" "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"na daxil edilib. Bu barədə Nazirlər Kabineti qərar verib. Eyni zamanda, Məmmədli kəndində yerləşən Əli daşı türbəsi (XVII-XVII əsrlər) də "Yerli əhəmiyyətl

27 fevral
.

Maksim Qalkin Bali adasına buraxılmamasının səbəbini açıqlayıb

Rusiyalı artist Maksim Qalkin konsert verməyi planlaşdırdığı İndoneziyanın Bali adasına buraxılmayıb. Şoumenin özü "Instagram" sosial şəbəkəsində bu hadisənin niyə baş verdiyini açıqlayıb. "Həqiqətən də pasport nəzarəti zamanı İndoneziyaya giriş qadağan edilib. Eyni zamanda, iki gün əvvə

28 yanvar
.

Gülhüseyn Kazımlı VƏFAT ETDİ - FOTO

Tanınmış ictimai xadim, şair-publisist və tədqiqatçı Gülhüseyn Kazımlı vəfat edib. Bu barədə -a mərhumun qohumları məlumat veriblər. G.Kazımlı uzun müddətdir əziyyət çəkdiyi onkoloji xəstəlikdən dünyasını dəyişib. Gülhüseyn Kazımlı 1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub. Azərbayca

25 fevral
.

"Avroviziya" şərhçimiz bəlli oldu

"Avroviziya-2024"​ beynəlxalq mahnı müsabiqəsinin Azərbaycandan builki şərhçisinin kimliyi açıqlanıb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mətbuat Xidmətindən "Qaynarinfo"ya verilən məlumata görə, müsabiqədə şərhçi tanınmış televiziya və radio aparıcısı Nurlana Cəfərov

4 aprel
.

Tarixin ən qanlı diktatorlarından biri barədə film çəkiləcək

"Emmy"nin 10 mükafatına sahib olan "Çernobıl" serialının rejissoru Yohan Renk yeni layihəsini lentə almağa hazırlaşır. O, İraqın keçmiş lideri Səddam Hüseynin həyatının son günlərindən bəhs edən film çəkəcək. Filmdə baş rolu "Saltburn" və "The Banshee of İnisherin"

17 fevral
.

Azərbaycanda cizgi filmlər niyə çəkilmir? - SƏBƏB

"2023-cü ildə 3 peşəkar film çəkilib. Bu isə çox azdır. Bu filmlər əsasən yerli və beynəlxalq festivallarda nümayiş olunub". Bu sözləri -a animator Rəşid Ağamalıyev deyib. O bildirb ki, milli animasiya kino sənətinin inkişafına yardım etmək məqsədi ilə "Azərbaycan Animasiya Assosiasiyası"

24 yanvar