Moskvadan İrəvana görünməmiş hədə – "Göz qırpmamız yetər ki, Qarabağ əldən getsin..."

Moskvadan İrəvana görünməmiş hədə – "Göz qırpmamız yetər ki, Qarabağ əldən getsin..."Şimaldan Paşinyan hökumətinə qarşı təhdidlər artır; politoloq Aleksandr Duqin ermənilərə: "Ayının quyruğunu yandırmayın, yoxsa Qarabağla birgə dövlətçiliyinizi də itirərsiniz..."

Ermənistan-Rusiya müttəfiqlik münasibətləri Nikol Paşinyanın inqilab dalğasında baş nazir olmasından sonra heç vaxt olmadığı qədər ağır sınaqdan keçməkdədir. Əslində bu sınaq ən çox rəsmi İrəvana aiddir. Çünki ikitərəfli əlaqələrdə köhnə tarazlığı Qərbin xeyrinə pozmağa çalışan məhz N.Paşinyan və onun "Amerikanın uşaqları"ndan təşkil olunmuş hökumətidir.

Rusiya bəlkə də çox şeyə göz yuma bilərdi. Ancaq belə görünür ki, artıq "ayağının tapdanmasının" fərqindədir. O üzdən səbri daşmaq üzrə olan Moskva hələlik prezident Vladimir Putin səviyyəsində olmasa da, öz qəzəbini xarici işlər naziri Sergey Lavrov səviyyəsində, qismən yumşaq ifadə edib. Rusiyanın ekspert camiyəsi və KİV-lər səviyyəsində isə qat-qat sərt mövqelər sərgilənməkdədir. Bir də hələlik Rusiya Ermənistanla razılaşdırılmış 100 milyon dollarlıq silah tədarükünü dayandırıb.

*****

Moskvanı xüsusilə qəzəbləndirən ona bağlı iki şəxsin - eks-prezident Robert Köçəryanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, general Yuri Xaçaturovun həbsidir (sonuncu girov qarşılığında müvəqqəti buraxılıb). Kremli narahat edən həm də Paşinyan iqtidarının Qarabağ məsələsi ətrafında Qərbin əli ilə yeni şərtlər sistemi yaratmağa can atmasıdır.

"Serj Sərkisyanın prezidentliyi dövründə Rusiyanın iştirakı ilə Azərbaycan-Ermənistan əlaqələrinin yaxşılaşması istiqamətində ciddi razılıq əldə olunmuşdu. Qarabağ münaqişəsinin həlli ilə bağlı anlaşma var idi. Belə ki, Dağlıq Qarabağ ətrafındakı 5 rayonun Azərbaycana geri qaytarılması nəzərdə tutulurdu ki, bu da iki ölkə arasında eskalasiyanı aradan qaldırmağa imkan verəcəkdi".

"Yeni Müsavat" minval.az-a istinadən verdiyi xəbərə görə, bu sözləri Beynəlxalq Avrasiya Hərəkatının lideri, Kremlə yaxın politoloq Aleksandr Duqin "Federal Xəbərlər Agentliyi"nə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu, ona görə baş vermədi ki, Serj Sərkisyan baş nazir postuna keçmək istəyərkən ölkədə qarışıqlıq başladı və hakimiyyətə gələn Nikol Paşinyan tamam fərqli kurs yürütməyə başladı: "Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın əvvəlki rəhbərliyinin Azərbaycan və Rusiya ilə əldə elədiyi anlaşmanı yerinə yetirməyə hazırlaşmır. Bununla da böyük çətinliklər yaradır. Üstəlik, Paşinyan qərbyönlü, avroatlantik yönlü ovqat sərgiləməyə başlayıb və Ermənistanın Rusiya ilə KTMT və Avrasiya Birliyi çərçivəsində qarşılıqlı əlaqələrini sual altına oyub. Yəni bizim davamlı müttəfiqlik əlaqələri əleyhinə destruktiv siyasət yürütməyə başlayıb".

Duqin daha sonra deyib: "Rusiya Ermənistanla əlaqələri inkişaf etdirirdi. Rusiya bu zaman regional ittifaqların və Azərbaycanın maraqlarını nəzərə alırdı. Paşinyan isə bu modeli dağıdır, hamını təhdid edir. Mən anlayıram ki, ermənilər Ermənistanın əvvəlki rəhbərliyinə çox mənfi münasibət bəsləyiblər. Amma bu, o demək deyil ki, geosiyasi konstruksiyanı dağıtmaq lazımdır. Bu, çox təhlükəlidir".

Ekspert Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana geosiyasi razılıqları pozmamaqla bağlı xəbərdarlıq etdiyini də xatırladıb (Lavrov az öncə KTMT baş katibi Yuri Xaçaturova qarşı cinayət işi açılmasına görə Ermənistan hakimiyyətini tənqid edib). "Lavrov olduqca mülayim adamdır. Gör indi Vladimir Putinin reaksiyası necə olardı? Təsəvvür edin, Lavrovun çıxışı - bizim prezidentin yüz dəfə yumşaldılmış formasıdır. Paşinyanın hərəkətlərinin Moskvada hansı narazılığı doğurduğunu təsəvvür eləmək olar" - deyə politoloq əlavə edib.
Onun sözlərinə görə, erməni baş nazirin addımları Qarabağ cəbhəsindəki situasiyaya da birbaşa təsir edə bilər: "Bu yaxınlarda Qarabağda oldum (Cocuq Mərcanlı - red). Mən gözəl anlayıram ki, Qarabağda sülh çox kövrəkdir və onu qorumaq çətindir. Xaçaturovun həbsi - qaydalar və anlaşmalar sistemindən çıxmaq, hərbi alyansın dağılması deməkdir. Düşüncəmə görə, bu, misli görünməmiş hərəkətlərdir".

Duqin hesab edir ki, Ermənistan hakimiyyəti Xaçaturovu tam azad eləməli və öz hərəkətlərinə görə üzr istəməlidir. O, əks prosesin Ermənistana fəlakət vəd elədiyi haqda xəbərdarlıq edib: "Belə getsə, onda Rusiya erməni dövlətinin qarantı kimi, sadəcə, deyəcək ki, daha ona cavabdeh deyil. Moskvaya bunu demək yetər ki, situasiya gözlənilməz şəkil alsın. Əgər biz yalnız bir anlığa, bir saniyəlik unutsaq ki, bizim KTMT və Avrasiya Birliyi üzrə müttəfiqlərimizi qorumaq lazımdır, o zaman düşünürəm ki, Ermənistanın ərazi bütövlüyünün, xüsusən də Qarabağ məsələsinin sonu gələcək - bir neçə dəqiqə sonra hər şey gözlənilməz fazaya girəcək. Rusiyanın göz qırpması kifayətdir".

Rusiyalı analitik vəziyyətdən yalnız bir çıxış yolu görür: "Ya Paşinyan özünə gəlib dövlətinin və xalqının strateji maraqlarını nəzərə almalıdır, avantüraya, xəyanətə getməməlidir. Ya da ermənilər anlamalıdırlar ki, növbəti dəfə səhv ediblər. Buna görə də yenidən inqilab edib başqasını hakimiyyətə gətirməlidirlər... Ruslar nəhəng gücdür, ayı kimi. Ermənistan onu qəzəbləndirməməlidir. Yaxşı, ayı qab-qacaq dükanına girib. Daha onun quyruğunu yandırmaq niyə? Yandırarsan, ondan sonra nə qab-qacaq qalar, nə dükan, nə də dükançı".

*****

Xatırladaq ki, İrəvan məhkəməsi iyulun 26-da Ermənistan İstintaq Xidmətinin vəsatətini təmin edərək Ermənistanın sabiq prezidenti Robert Köçəryan barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. Məhkəmənin daha bir qərarı ilə KTMT baş katibi, general-polkovnik Yuri Xaçaturov barəsində də eyni maddə üzrə ittihamla həbs cəza tədbiri seçilib. Lakin Yuri Xaçaturov 10 min dollar girov qarşılığında azadlığa buraxılıb. Köçəryan və Xaçaturov 2008-ci il 1 mart hadisələri ilə bağlı cinayət işi üzrə Ermənistan Respublikası Cinayət Məcəlləsinin 300.1 maddəsinin 1-ci hissəsi üzrə, başqa şəxslərlə ilkin sövdələşməyə gələrək, Ermənistanda konstitusiya quruluşunu devirməkdə ittiham olunur. Bu maddə üzrə onları 10 ildən 15 ilədək həbs cəzası gözləyir.

Politoloq Duqinin müsahibəsindən isə aydın olur ki, bu iki fakt Moskvanı xüsusilə qəzəbləndirib. Əslində onun Paşinyan hökumətinin ünvanına səsləndirdiyi fikirlər və şantaj qarışıq xəbərdarlıqları bütünlüklə rəsmi Kremlin hazırkı ovqatını ifadə edir. Sadəcə, ekspertlər daha müstəqil olduqları üçün fikirlərini qat-qat sərt və açıq ritorika ilə bəyan edə bilirlər... (musavat.com)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4845   Tarix: 05 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021
.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

Qazaxıstanın parlament nümayəndələri Şuşa və Füzuliyə səfər edib

Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə -a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində

12 sentyabr 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam

31 avqust 2021