Əsədin bu addımı Gürcüstanı bərk əsəbləşdirəcək

Əsədin bu addımı Gürcüstanı bərk əsəbləşdirəcəkSuriya prezidenti Bəşər Əsəd Cənubi Osetiyaya "rəsmi" səfər edəcək.

Sonxeber.az azvision.aza istinadən bildirir ki, bu barədə Cənubi Osetiyadakı separatçı qurumun lideri Anatoliy Bibolov məlumat verib. Onun sözlərinə görə, Əsədin səfərinin dəqiq tarixi hələ ki razılaşdırılır və bu istiqamətdə müvafiq iş gedir.

Qeyd edək ki, Bibolov iyulda Suriyaya "rəsmi" səfər edərək, Dəməşqlə dostluq və əməkdaşlıq haqqında saziş imzalayıb.

Xatırladaq ki, mayın 29-da Bəşər Əsəd hökuməti Cənubi Osetiya və Abxaziyadakı qondarma qurumların müstəqilliklərini tanıdığını bəyan edib və onlarla səfirlər səviyyəsində ikitərəfli diplomatik əlaqələr qurulacağını bildirib.

Gürcüstanın tərkibində olan Cənubi Osetiya hələ 1990-cı ildə müstəqilliyini elan edib. Gürcü hökuməti osetinlərin separatçı davranışlarına son qoymağa çalışsa da, görülən tədbirlər nəticə verməyib. 1992-ci ilin gürcü-abxaz müharibəsi nəticəsində Abxaziya Gürcüstanın tərkibindən çıxaraq müstəqillik elan edib. Bununla da Gürcüstan hökuməti Abxaziya və Cənubi Osetiya əraziləri üzərində nəzarəti itirib. Müstəqilliklərini elan etmələrinə baxmayaraq, Abxaziya və Cənubi Osetiya beynəlxalq razılaşmalarda Gürcüstanın ərazisi kimi tanınır və heç bir dövlət tərəfindən qəbul edilmir. ABŞ və Avropakomissiyası isə onları Rusiya tərəfindən işğal edilmiş Gürcüstanın əraziləri kimi qiymətləndirir.

Lakin Gürcüstanda 2008-ci ilin avqust müharibəsindən sonra Rusiya Federasiyası, Nikaraqua və Venesuela Cənubi Osetiya ilə Abxaziyanı müstəqil dövlət kimi tanıyıb. Daha sonra Nauru və Vanuatu da oxşar addımı atıb.
Əsədin bu addımı Gürcüstanı bərk əsəbləşdirəcək


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3419   Tarix: 04 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən -a məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələri

12 sentyabr 2021
.

Sülh müqaviləsi nə zaman imzalanacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa hazır oluğunu qeyd edərək, ölkəmizin bir daha sülhəmeyilli siyasət apardığını bildirib. Bununla yanaşı, erməni mediasında da Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləs

8 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021
.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

"Üç Qardaş – 2021": Xüsusi təyinatlıların beynəlxalq hərbi təlimi başladı - VİDEO

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Vətən Müharibəs

12 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021