Qohumunun evində arvadını... - Azərbaycanda ata və oğuldan DƏHŞƏTLİ ƏMƏL

Qohumunun evində arvadını... - Azərbaycanda ata və oğuldan DƏHŞƏTLİ ƏMƏLAstara şəhərində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə, xuliqanlıq etməkdə təqsirli bilinən 1963-cü il təvəllüdlü Məstəli Nuriyev və onun oğlu, 1990-cı il təvəllüdlü Əli Nuriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, Əli Nuriyev 2014-cü il aprelin ayının əvvəllərində qardaşı Əfqan Nuriyevin ehtiyac üzündən iki ədəd qızıl üzük satmaq istəməsi barədə xalası Sevinc Salmanovanın şayiə yaymasının onun ailəsinin imkansızlığı haqqında qohum və tanışları arasında mənfi fikir yaratmasından narazı qaldığı üçün onu nalayiq sözlərlə təhqir edib.

Kürəkənlər qayınanaları üçün "razborka"da

Bu səbəbdən Sevinc Salmanovanın kürəkənləri Səbuhi Quliyev və Asif Camalovun bununla bağlı onun Sevinc Salmanovadan üzr istəməsini israrla tələb etmələrinə baxmayaraq, Ə.Nuriyev bundan qəti şəkildə imtina edib. Əli Nuriyev heç bir vaxt üzr istəməyəcəyini deməsi Səbuhi Quliyev və Asif Camalovla aralarında narazılıq yaradıb.

Bundan sonra Əli Nuriyev aprelin 29-da, saat 15 radələrində Astara şəhəri Heydər Əliyev prospekti ilə Mirzə Cəbiyev küçəsinin kəsişdiyi yerdə yerləşən, işlədiyi avtomaşın təmiri sexinin ərazisində olarkən Asif Camalov onun iş yerinə gəlib. Asif ondan Sevinc Salmanovadan üzr istəməsini tələb edib.

Bacanaqların basqını

Bu zaman Əli Nuriyev kobud sözlərlə cavab verdiyindən aralarında mübahisə yaranıb. Mübahisə zamanı Asif Camalov onun üz nahiyəsinə şillə vurub.

Əli Nuriyev Asifin onu döyəcəyindən qorxaraq qaçmağa başlayıb. Bu zaman əvvəllər ondan Sevinc Salmanovadan üzr istəməsi barədə tələbini rədd etdiyinə görə aralarında narazılıq olan və həmin vaxt təsadüfən avtomaşın təmiri sexinə gəlmiş Səbuhi Quliyevin də üstünə gəldiyini görüb.

Əli Səbuhinin də onun iş yerinə Asif Camalovla eyni niyyətlə gəldiyini və ona qarşı fiziki zor işlədəcəyini fikirləşərək ondan qisas alıb, qəsdən öldürmək qərarına gəlib.

Bacanaqlardan birinin qanı töküldü

Bu niyyətlə Əli Nuriyev cib bıçağı ilə Səbuhi Quliyevin ürək nahiyəsinə bir bıçaq zərbəsi vuraraq sağlamlığına ağır zərər yetirib.

Həmin vaxt Səbuhi Quliyev vaxtında xəstəxanaya çatdırılıb, ona ixtisaslı tibbi yardım göstərilərək, həyatı xilas olunduğundan Əli Nuriyev niyyətinə nail ola bilməyib.

Bundan başqa Əli Nuriyev cinayət əməllərini davam etdirərək həmin gün saat 16 radələrində atası Məstəli Nuriyevə və qardaşı Əfqana Asif Camalovla Səbuhi Quliyevin onu döymək istəmələrini, sonuncuya xəsarət yetirməsi barədə məlumat verib.

Ana və iki oğullarına qarşı zorakılıq

Bu səbəbdən onlar Astara dəmiryol stansiyasının yaxınlığında görüşüb bir qrup şəxs halında Səbuhi Quliyevin yaşadığı Astara şəhəri, S.Vurğun küçəsi, ev 27 ünvanında yerləşən binanın qarşısına gəliblər.

Onlar Səbuhi Quliyevin qohumlarını münaqişəyə cəlb edib, sonuncunun arvadı Vəfa Quliyeva və onun iki azyaşlı oğlu - 2006-cı il təvəllüdlü Məhəmməd Quluzadə, 2007-ci il təvəllüdlü Sübhan Quluzadənin ünvanına nalayiq ifadələr işlədiblər.

Oğlu bıçaqlanan ata təhqir edildi

Ata və oğullar Vəfadan Səbuhi Quliyevin olduğu yeri soruşub, düzünü deməyəcəkləri halda onlara qarşı zor tətbiq etməklə hədələyiblər.

Nuriyevlər eləcə də, səs-küyə həmin yerə gəlmiş Səbuhi Quliyevin qayınatası Fikrət Salmanovu nalayiq ifadələrlə təhqir edib, ona qarşı fiziki zor tətbiq ediblər.

Cəza və bəraət

İstintaq orqanı tərəfindən ata və oğulun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

27 fevral 2015-ci ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Nuriyev və Məstəli Nuriyevin əməli Cinayət Məcəlləsinin 126.-cı (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilib.

Məhkəmənin hökmünə əsasən ata və oğlunu xuliqanlıq əməlləri sübuta yetirilməyib, onlara Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə bəraət verilib.

Bu hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib.

Prokurordan ata və oğula qarşı şikayət

Həmçinin Məstəli Nuriyev və onun oğlu Əli Nuriyev də apelyasiya şikayəti verib. Ata və oğul cəzalarının yüngülləşdirilməsini istəyiblər.

Şirvan Apelyasiya Məhkəməsinin 23 sentyabr 2015-ci il tarixli qərarı ilə apelyasiya protesti və şikayətləri təmin edilməyib.

Bundan sonra prokuror Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmənin 9 mart 2016-cı il tarixli qərarı ilə Şirvan Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

Bu səbəbdən cinayət işi yenidən araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə qaytarılıb. Apelyasiya instansiyasında bu dəfə şikayət hakim Kamran Əkbərovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

"Xalamı telefonda söydüm"

Təqsirləndirilən şəxs qismində ifadə verən Əli Nuriyev bildirib ki, xalası Sevinc Salmanova ilə onun ailə üzvləri arasında əvvəl yaxşı münasibət olub: "Lakin digər xalam Dilarənin oğlu ilə bacım Fərqanə 2013-cü ildə boşandıqdan sonra münasibətlərimiz müəyyən mənada pisləşib və həmin ailənin dağılmasına xalam Sevincin səbəbkar olduğunu hesab etmişik. Daha sonra isə xalam Sevinc tərəfindən qardaşım Əfqanın guya yol pulu olmadığına görə əri Fikrətə üzük satmaq istəməsi barədə şayiə yaydıqdan sonra münasibətlərimiz daha da gərginləşib. Hadisədən əvvəl ailə üzvlərim Sevincgilə gedərək ailəmiz barədə belə şayiələr yaydığını ona irad tutublar. Həmin vaxt Sevinc and içərək belə şayiələr yaymadığını desə də, sonradan məlum olub ki, həqiqətən də Sevinc həmin sözləri deyib. Bu səbəbdən də xalam Sevincə zəng etmişəm. Xalam ünvanıma söyüş söydü, mən də onun ünvanına söymüşəm".

"Məni dəniz kənarına "razborkaya" çağırdı"

Əli Nuriyev qeyd edib ki, daha sonra Sevincin kürəkənləri olan Asif Camaov və Səbuhi Quliyev ondan qayınanalarından üzr istəməyə məcbur etmək istəyiblər, onu hədələyib, "razborkaya" çağırıb, mübahisə ediblər" Mən də onlara "xala mənimdir, özüm bilərəm, qarışmayın" sözlərini dedim. Asif mənə əgər xalamdan üzr istəməsəm, harada görsə, məni vuracağını dedi. Hətta bir dəfə məni dəniz kənarına "razborkaya" çağırdı".

"Bizi nalayiq sözlərlə söyüb, daşa basdı"

Əli Nuriyev qeyd edib ki, Səbuhiyə ağır xəsarət yetirməsini bilməyib: "Ancaq onu bıçaqla vurmağımdan narahatlıq keçirmişəm. Atam Məstəli və qardaşım Əfqanla birlikdə avtomaşına minərək oradan getmişik. Səbuhinin evinin yanında maşını saxlayıb onun vəziyyəti ilə maraqlanmaq istəmişik. Səbuhinin həyat yoldaşı Vəfa evdən çıxaraq bizi söyərək təhqir edib. Aramızda mübahisə yaranıb. Lakin Vəfa Quliyevaya və azyaşlı uşaqlarına qarşı zor işlətməmişik və onları zor işlətməklə hədələməmişik, onları qorxutmamışıq. Həmin vaxt atam Məstəlinin əlində bıçaq, qardaşım Əfqanın əlində isə tapança olmayıb. Vəfa ilə mübahisələrimiz 3-5 dəqiqə olub və oradan getmək istəyərkən Vəfanın atası Fikrət yaxınlıqdakı mağazadan çıxaraq qaçaraq oraya gəlib. Fikrət bizi nalayiq sözlərlə söyüb, daşa basıb. Sonra bizə çataraq əlindəki dəmir parçası ilə Əfqanı vurmağa başlayıb. Əfqan Fikrətlə əlbəyaxa olaraq dəmir parçasını onun əlindən alıb. Fikrətlə qarşılıqlı dalaşmışıq. Fikrət yerə yıxıldı, səs-küyə oraya qonşular gəliblər. Fikrəti bıçaqla kimin vurduğunu görməmişəm".

Digər məhkum Məstəli Nuriyev də oğlunun ifadəsinə uyğun danışıb. Sonra zərərçəkmiş və prokuror çıxış edərək, təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyiblər.

Son cəza

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti təmin edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Qərara görə, Əli Nuriyevə Cinayət Məcəlləsinin 29,120.1 və 221.2.1-ci maddələri, Məstəli Nuriyevə isə Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə ittiham elan olunub.

Məhkəmə Əli Nuriyevin barəsində 9 il, Məstəli Nuriyevin barəsində isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Bu qərardan narazı qalan təqsirləndirilən şəxslər kasasiya şikayəti veriblər. Onlar cəzalarının yüngülləşdirilməsini istəyiblər.

Bu günlərdə Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərin kasasiya şikayətlərinin dəlilləri araşdırılıb.

Hakim heyəti sonda qərar elan edib. Qərara görə, həm Əli Nuriyevin, həm də Məstəli Nuriyevin kasasiya şikayətləri təmin olunmayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 3734   Tarix: 06 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Namus üstündə nişanlı qızı boğan dayıdan YENİ XƏBƏR

Göyçayda bacısı qızını boğub öldürən Vüqar Bədəlovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. -a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nahid Mirzəyevin icraatına verilib. Qeyd edək ki, bu ilin may ayınd

9 sentyabr 2021
.

Kürün sahilində narkotik becərənlər saxlanıldılar - FOTO

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumat

4 sentyabr 2021
.

İsmayıllıda ƏMƏLİYYAT - Heroin alverçisi saxlanıldı - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  -a verilən məlumata görə, keçirilən əməliyyat zamanı üzərində narkotik vasit

22 avqust 2021
.

Bu da tanınmış klubda müştərini döyərək öldürən mühafizəçinin FOTOSU

Xəbərə şəkil əlavə olunub. 10:20. Bakının Xətai rayonunda qətl hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Xocalı prospektində yerləşən iaşə obyektində qeydə qlınıb. Belə ki, "Berlin pub" klubunun mühafizəçisi Orxan Şahbazov iaşə obyektində müştəri olan 1981-ci il təvəllüdl

30 avqust 2021
.

Daşkəsəndə 72 yaşlı kişi güllələnib

Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Özünün dediyinə görə

31 avqust 2021
.

Rusiyada azərbaycanlı qadın keçmiş əri tərəfindən bıçaqlandı - VİDEO

Rusiyanın Orenburq şəhərində 40 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlı hücuma məruz qalıb. portalı məlumat verir ki, hadisə yaşayış binasının təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Videoda orta yaşlarında olan kişinin qadını saçlarından tutaraq yerlə sürüdüyü daha sonra isə əlind

2 sentyabr 2021
.

Şirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTO

Şirvan sakini oğurladığı avtomobili yandırıb, saxlanılan zaman onun üzərində narkotik vasitə olan heroin aşkar edilib. xəbər verir ki, avqustun 20-də əvvəllər məhkum olunan Şirvan sakini, 1997-ci il təvəllüdlü Qasımzadə Sakit Qasım oğlu saat 5.00 radələrində avtomobil təmiri sexindən Şirvan sakini, F.Namazov

22 avqust 2021
.

Göygöldə 83 yaşlı kişi intihar edib

Göygöl rayonunda intihar hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə -a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, 1938-ci il təvəllüdlü Göygöl rayonu Xəqani kənd sakini Famil Musayev yaşadığı evdə özünü asaraq intihar edib. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirmi

25 avqust 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Ərini kürəklə öldürüb cəsədini yandırdı

Neftçalada ərini öldürüb yandıran Şahzadə Məhərrəmovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. " "a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlkin Abdullayevin icraatına verilib. Qeyd edə

1 sentyabr 2021