"Sevdiyim qız üçün sinəmi güllənin qarşısına verdim" - Xalq artisti

"Sevdiyim qız üçün sinəmi güllənin qarşısına verdim" - Xalq artisti"7 oğul istərəm" filmi deyiləndə həmişə göz önünə Cəlal gəlir. O, Cəlal ki, sevdiyi qız - Humayın həyatda sağ qalması üçün sinəsini güllə qarşısına verdi. Özü də "Yanıq kərəm"in sədaları altında "ürəyimi nişan al, Kələntər dayı, ağrıdır axı" deyə tez ölməyi üçün yalvaran Cəlal... Kədər, qan, yaş dolu səhnələrlə milyonların qəlbində iz salan bu obrazı yaradan Ənvər Həsənov 67 yaşında xalq artisti adına layiq görüldü.
Sonxeber.az aznews.az-a istinadən Ənvər Həsənovun müsahibəsini təqdim edir.

-Ənvər müəllim, xalq artisti fəxri adına layiq görüldüyünüzü eşidəndə hansı hisslər keçirdiniz?

-Xalq artisti fəxri adına layiq görülməyim təsadüfü olmadı. Uzun illərdir ki, bu sənətdəyəm, amma bir dəfə də olsun kiməsə müraciət etməmişəm. Sənət adamlarının sənədlərinə baxılır, lazım bilirlərsə, təqdimat verirlər. Axşam saat hardasa 18:00 olardı. Evdə oturmuşdum. Telefonum birdən zəng çaldı, necə oldusa götürmədim. Baxdım ki, bir-birinin ardınca müxtəlif nömrələrdən zəng gəlir, dedim görəsən nə olub? Telefonu götürəndə dedilər ki, Ənvər müəllim, sizi təbrik edirik, "Xalq artisti" fəxri adına layiq görülmüsünüz. "Allah prezidentin canını sağ eləsin"-dedim. Bundan əlavə Mədəniyyət naziri Əbülfəs Qarayevə, Azərbaycan Kinemotoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədovaya da təşəkkür edirəm.

- Etiraf edək ki, bəzi sənət adamları fəxri ad, mükafat, ev almaq üçün döymədikləri qapı, müraciət etmədikləri şəxs və yazmadıqları ünvan qalmayıb. Siz necə xalq artisti fəxri adını almaq üçün kiməsə müraciət etmisiniz?

- Heç vaxt kiminsə qapısını döyməmişəm. Bunu məni tanıyanlar gözəl bilir. Ancaq mənim həyat yoldaşım dünyasını dəyişməmişdən öncə xəbərim olmadan ev üçün müraciət etmişdi. O məktuba cavab gəldi ki, evimiz yoxdur, xahiş edirik öz imkanınız daxilində özünüzü evlə təmin edin. Biz kommunal evdə yaşayırıq. Mən əminəm ki, məktub yuxarılara gedib çıxmamışdı. Həmin məktub prezidentdə çatsaydı, mütləq ailəmi evlə təmin edərdi. 50 ildən yuxarıdır ki, kinostudiyadayam, 70-dən yuxarı filimə çəkilmişəm. Yaxın dostlarım bunları bilirdi, haradasa oturanda ürəyimizi boşaldırdıq.

- Sizə qarşı olan ögey münasibət, yəni sənətinizin vaxtında qiymətləndirilməməsi Milli Məclisdə də müzakirə olunub?

- Hə, Allah Fazil Mustafanın canını sağ eləsin, Milli Məclisdə məsələ qaldırdı. Sonra Xalq artisti Zeynəb Xanlarova onu dəstəklədi ki, Ənvər Həsənov qiymətini almayıb. Amma mən bu barədə heç kimə deməmişəm. 20-dən yuxarı deputat var, onların hər biri ilə dostam. Həmişə söhbət əsnasında deyirdilər ki, darıxma hər sey yaxşı olacaq. Ad çəkmək istəmirəm, amma məsələ Milli Məclisdə müzakirə olunmasaydı, yəqin ki, fəxri ad üçün təqdimatım gecikəcəkdi. Mənim belə görünməyimə baxma, çox sadə adamam.

- Azərbaycan kinosunda xetyli bir-birindən yadda qalan obrazlar yaratmısınız. Amma xalq sizi "Yeddi oğul istərəm" filmində Cəlal və "Uşaqlığın son gecəsi"ndə isə Murad obrazı ilə tanıyır. Bunun səbədi nədir?

- Filmlərdə yaratdığım obrazlar mənim üçün əzizdir. Ancaq bu vaxta kimi məni ya Murad cağırırlar, ya Cəlal. Yəqin ki, bu tamaşaçıların həmin obrazlara olan münasibəti və sevgisindən irəli gəlir. Bir də məni yaşadan xalqın obrazlarıma olan sevgisidir. Tamaşaçılar bunu mənə deyəndə çox sevinirəm.

- Cəlal sevdiyi qız üçün gözünü yummadan sinəsini güllənin qarşısına verdi...

- Yəqin ki, söhbət "7 oğul istərəm" filmindən gedir. Bəli, sevdiyim qız üçün sinəmi güllənin qarşısına verdim. O vaxtlar həyatda da belə idi. Gözəl illər idi, heyif...

- Niyə heyif?

- Yəqin ki, bu heyfin bir mənası var, elə-belə demədim. Zəmanə kimi insanlar da dəyişilib.

- Ənvər müəllim, yenidən cavan oğlan olsanız, lap elə Cəlal yaşında yenə sevdiyiniz qız üçün ölümə gedərsiniz?

- Əgər söhbət bu gündən və dövrün insanlarından gedirsə, yox, getməzdim.

- Səbəb?

- Zəmanə və insanlar başqalaşıb. O kinodur. Allah rəhmət eləsin Səməd Vurğuna, "Komsomol poemasını" elə gözəl yazıb ki, onu oynamamaq qeyri-mümkindur. Və o poemanı filmə çevirən gözəl sənətkarlarımız vardı. Bu gün onlardan tək-tükü qalıb. Təəssüflər olsun filimin bəstəkarı Xəyyam Mirzəzadə də bizi tərk etdi. O boyda "7 oğul istərəm"dən 3 nəfər qalıb- Şeyx Əbdül Mahmudbəyov, Rafiq Əzimov və mən. Çətindir, amma neynəyəsən, gərək zəmanə və insanlara uğyunlaşasan.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 4528   Tarix: 06 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya və Türkiyə nümayəndələri Şahbulaq qalasında

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Ağdam rayonuna səfər edən Türkiyə və Rusiya nümayəndə heyətləri Şahbulaq qalasında olublar.  xəbər verir ki, qonaqlara Şahbulaq qalası haqqında məlumat verilib. Bildirilib ki, XVII əsrə aid bu qala Qarabağ ərazisindək

27 iyun 2021
.

COVID-19 pasportu olmadan muzey və qalereyalara giriş məhdudlaşdırılır - QƏRAR

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə sentyabrın 1-dən etibarən iaşə obyektlərinin, otellərin və böyük ticarət mərkəzlərinin xidmətlərindən "COVID" pasportu olan şəxslər istifadə edə bilərlər. Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, qurum rəhbəri Anar Kərimovu

4 sentyabr 2021
.

16 ay teatrsız qalan aktyorlardan ETİRAZ: Biz yaşamırıq

Artıq iki ilə yaxındır ki, pandemiya ilə əlaqədar bir çox məkanlar, mədəniyyət ocaqları, eləcə də teatrların fəaliyyəti dayandırılıb. Bu müddət ərzində isə bir çox teatrların əməkdaşları işsiz qalıblar. Sənət adamlarından kimi sosial şəbəkədə etirazını bildirib, kimi Operativ Qərargaha səslənib. Sonxeber.azxəbə

25 avqust 2021
.

69 yaşlı Əməkdar artist plastik əməliyyatdan sonra - FOTOLAR

Xəbər verdiyimiz kimi, 69 yaşlı Əməkdar artist Vahid Əliyev plastik əməliyyat etdirib. xəbər verir ki, aktyor üzünə kök hüceyrə etdirərək qırışlardan xilas olub. V.Əliyev əməliyyatdan 3 gün sonrakı görüntülərini yayımlayıb. Aktyorun üzündəki qırışların açıldığı diqqət çəkib

28 iyun 2021
.

"İslam Rzayev, Həbib İsmayılov və Habil Əliyev mənə deyirdilər ki, gəl bizimlə "yaşa""

Xalq artisti Tükəzban İsmayılova yolda məni görüb, üzümə bir şillə vurdu, mən də onu təpiklə vurdum. "Mənim sənətdə qarşımı İslam Rzayev, Həbib İsmayılov və Habil Əliyev kəsdi. Mənə deyirdilər ki, gəl bizimlə "yaşa", mən də o yolun yolçusu deyildim. Gözəl qız idim, amma evli deyildim

13 iyul 2021
.

Azərbaycanda qəbri tapılan xanın skeleti çıxarıldı

Şəkidə Xan məscidində aşkar edilən Məhəmmədhüseyn xan Müştaqa məxsus qəbir açılıb. Bu barədə -a Dövlət Turizm Agentliyi qoruqların idaretmə mərkəzinin müşaviri Elşən Mustafayev məlumat verib. O qeyd edib ki, qəbirdəki insan qalıqları xüsusi qaydada oradan çıxarılıb və skelet yoxlanılması üçün aidiyyət

7 iyul 2021
.

Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTO

Telekanallar yeni mövsümün həndəvərindədirlər. Və bu o deməkdir ki, kanallarda həm də yeni serial mövsümünün başlamasına çox az qalıb. Əvvəla onu deyək ki, serial süjet xətti bir-biri ilə bağlı olan və ya olmayan telefilm silsiləsidir. İlk serial – "Farevey Hill" 1946-cı ilin oktyabrından dekabrın

5 sentyabr 2021
.

Alim Qasımov nəvəsi üçün qonaqlıq verdi - VİDEO

Xalq artisti Alim Qasımovun ailəsi ilə birlikdə yollandığı şam yeməyindən görüntülər yayılıb. xəbər verir ki, xanəndə nəvəsinin ad günü və universitetə daxil olmasını qeyd edib. Gecədə mahnılar səsləndirən ifaçıya qızı, Əməkdar artist Fərqanə Qasımova, nəvələri də qoşulublar

19 iyun 2021
.

"Kinoteatrların açılması təqdirəlayiq olar" - DEPUTAT

Artıq iki ilə yaxındır ki, ölkəmizdəki pandemiya səbəbindən tamaşaçılar teatr, kinoteatr və konsert zallarına həsrət qalıblar. Hər sahədə, az da olsa, yumşalmalar var, hətta toy məclislərinin keçirilməsinə, iri ticarət obyektlərinin açılmasına icazə verilib, lakin nədənsə kinoteatrlar və teatrların açılmas

18 avqust 2021