"Moskva İrəvan kimi Bakıya da açıq irad tuta bilməz"

"Moskva İrəvan kimi Bakıya da açıq irad tuta bilməz""Rusiya yenə narahatdır. Kreml Ermənistanın yeni siyasəti ilə bağlı iki əsas sualı gündəmə gətirir. Birinci sual budur ki, Ermənistan Rusiyanın strateji müttəfiqi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğu halda necə olur ki, düşmən NATO-nun Gürcüstandakı təlimlərində iştirak edir?vİkinci sual isə budur ki, Ermənistan və Azərbaycan bir-birləriylə müharibə şəraitində olduqları halda necə olur ki, NATO-nun birgə təlimlərində iştirak edə bilirlər?"

Sonxeber.az-ın məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu özünün "Facebook" səhifəsində yazıb.

Politoloq hər iki suala məntiqi cavabın olduğunu bildirib: "Birinci suala cavab belədir ki, Ermənistanın yeni hakimiyyəti əvvəlkitək Rusiyanı müttəfiq adlandırsa da, Qərbə də arxa çevirmək istəmir, tam əksinə, Qərbin müxtəlif institutları ilə əməkdaşlığı genişləndirməyə çalışır. Ermənistanın NATO təlimlərində iştirakı bu siyasətin tərkib hissəsidir. Bir də ki, Paşinyanın devirdiyi və Rusiyaya daha yaxın olan Serj Sərkisyan da ötən il Ermənistanın Gürcüstanda eyni adlı NATO təlimlərində iştirakına qərar vermişdi. O belə bir qərar veribsə, Nikol Paşinyan niyə NATO təlimlərindən imtina etməli idi?

İkinci sualın cavabı isə budur ki, Ermənistan NATO təlimlərində iştirak etdiyi halda Azərbaycanın bu təlimlərdən kənarda qalması məntiqi olmaz. Ötən il qatılmamışdıq. Bu dəfə doğru qərar verdik. Biz Rusiyadan Ermənistan qədər asılı deyilik, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının da üzvü deyilik ki, Moskva İrəvan kimi Bakıya da açıq irad tuta bilsin. O ki qaldı, erməni və azərbaycanlı hərbçilərin təlimlərdə birgə iştirakına, bu həqiqətən suallar doğursa da, NATO rəhbərləyi də işini bilir, vacib deyil ki, bir-biri ilə müharibə şəraitində olan ölkənin hərbçiləri eyni hərbi planlamada yer alsınlar, hər halda aralarında məsafə saxlanılır. Ermənistanın NATO təlimlərində iştirakı Azərbaycanın xeyrinədir:

"Çünki bu birincisi, Kollektiv Təhlüksizlik Müqaviləsi Təşkilatının NATO-dan geri qaldığını göstərir və ikincisi, Rusiyanın Ermənistana inamını azaldır. Digər tərəfdən, NATO-nun Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyən təşkilat olduğunu da unutmamaq lazımdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2042   Tarix: 06 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qırğızıstan prezidenti Ağdama gedəcək

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır. Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasını

23 aprel
.

"Sülhməramlılar üçün Qarabağda heç bir funksiya qalmamışdı" - Peskov

"Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı". "Qafqazinfo" xəbər verir ki, bunu Birinci Kanalda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, vəziyyət Ermənistanın Azərbaycan sərhədlərin

22 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19 aprel
.

İlham Əliyev: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

"Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib. "Üzləş

23 aprel
.

İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI

"Bizim "Vahid Çin" siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də AD

23 aprel
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbayca

24 aprel
.

Prezident İlham Əliyev Rusiyada səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfərə gedib. xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digə

22 aprel